Məhkəmə qərarları › İş №e-2(025)-1301/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1301/2024

24.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1301/2024 24.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun, yəni Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının, Cavabdeh, eyni zamanda mərhum X2 ümumi birgə mülkiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından;Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından; JN-314F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq sahəsindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1/3 hissə payına çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Ərazi İdarəsinin əməkdaşlarına həmin əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin Cavabdeh və onun ailə üzvlərinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinə Cavabdeh qarşı “payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onun, yəni Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının, Cavabdeh, eyni zamanda mərhum X2 ümumi birgə mülkiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından; Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından; JN-314F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq sahəsindən onun payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********32) X2, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.8801 ha torpaq sahəsindən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********31) X2, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.249 ha torpaq sahəsindən və JN–314F (Kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən Qəbələ rayonu, Bum kəndində yerləşən 0.42 ha torpaq sahəsindən iddiaçı Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının payı 1/3 hissədə müəyyən olunması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixi 2(107)- 546/2024 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-121/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 nömrəli qətnaməsi icra olunması Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. (icra vərəqəsi ərizəyə əlavə edilir). O isə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş paylarına uyğun çıxarış almaq üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 nömrəli qətnaməsini icra etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri ilə birlikdə payları müəyyən olunmuş torpaq sahələrinə getsələr də, lakin Cavabdeh çöl ölçmə işlərinin aparılmasına icazə verməmişdir. Bununla bağlı 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi X1 tərəfindən akt tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə edilir). Bundan əlavəAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 02 sentyabr 2024-cü il tarixli məktubla “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə” bildiriş verilmişdir. (bildiriş iddia ərizəsinə əlavə edilir). Həmin bildirişdə göstərilir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan ərazidə texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İddia ərizəsinə əlavə etdiyi sübutlardan göründüyü kimi Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqları, yəni sahiblik, istifadə və sərəncam hüququmdan istifadə etməyə imkan vermir və maneəçilik yaradır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, mülkiyyətinə verilmiş torpaq sahələrində çöl ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalıdır. İddiaya Etiraz: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, həmin torpaq sahələrindən həyətyanı torpaq sahəsi olan 0,42 ha torpaq sahəsində onun evi və digər yardımçı tikililəri var. Həmin həyətdə o, ev tikmişdir. Onun yeganə istəyi odur ki, həmin torpaq sahəsinin onun evi hissəsi olan hissəsi bölgü aparılan zaman ona düşsün. O, iddiaçı üçün həmin həyətyanı torpaq sahəsindən ayrıca hissə ayırmışdır. Orada hər cür meyvə ağacları əkilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri üçün isə ölçü işləri, bölgü aparılması ilə bağlı hər hansı etirazı yoxdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə dəftəxana vasitəsi ilə ərizə təqdim edərək, məhkəməyə öz etiraz ərizəsini təqdim etdiyini, səhhətində yaranmış narahatlılıqla bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılıb qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)- 121/2024 nömrəli qətnaməsindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********32) X2, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.8801 ha torpaq sahəsindən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********31) X2, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.249 ha torpaq sahəsindən və JN–314F (Kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən Qəbələ rayonu, Bum kəndində yerləşən 0.42 ha torpaq sahəsindən iddiaçı Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının payı 1/3 hissədə müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixi 2(107)- 546/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)- 121/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə” bildirişdən görünür ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan ərazidə texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi X1 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh istifadəsində olan torpaq sahəsində çöl ölçmə işlərinin aparmasına icazə verməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. AzərbaycanRespublikası TorpaqMəcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 nömrəli qətnaməsinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********32) X2, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.8801 ha torpaq sahəsindən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2023-cü il; reyestr nömrəsi – **********31) X2, İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.249 ha torpaq sahəsindən və JN–314F (Kod:********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən Qəbələ rayonu, Bum kəndində yerləşən 0.42 ha torpaq sahəsindən iddiaçı Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının payı 1/3 hissədə müəyyən olunması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin tələbi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi mübahisəli torpaq sahəsində çöl ölçmə işlərinin aparılması məqsədiləərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan, yəni cavabdeh çöl ölçmə işlərinin aparılmasına icazə vermədiklərindən torpaq sahəsində çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır.Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki işin məhkəmə araşdırılması zamanı cavabdehin İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 nömrəli qətnaməsinə əsasən payları müəyyən olunmuş torpaq sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına maneəçilik törədilməsi cavabdehin özünün etirafı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 sentyabr 2024-cü il tarixliməktubu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi X1 tərəfindən tərtib edilmiş akt ilə sübuta yetməkdədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki,hazırkı halda cavabdeh ƏMDK-nın yanında DƏDRX-nın 9 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törətdiklərindən maneə törədilməsi cavabdehlərə qadağan edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmətərəflərinizahatlarına, təqdimolunmuşsübutlaraməcmuhaldahüquqiqiymətverərəkhesabedirki, iddia tələbi təminedilməli, Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının, Cavabdeh, eyni zamanda mərhum X2 ümumi birgə mülkiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından; Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından; JN-314F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq sahəsindən İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1/3 hissə payına çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Ərazi İdarəsinin əməkdaşlarına həmin əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsi Cavabdeh və onun ailə üzvlərinə qadağanedilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının, Cavabdeh, eyni zamanda mərhum X2 ümumi birgə mülkiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından; Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından; JN-314F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Bum kəndində 0,42 ha həyətyanı torpaq sahəsindən İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-121/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1/3 hissə payına çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Ərazi İdarəsinin əməkdaşlarına həmin əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsi Cavabdeh və onun ailə üzvlərinə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: AbbasƏliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar