Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1306/2025 16.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçı AR İN ƏMDX-nın nümayəndəsi Nümayəndə2, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, iddiaçı AR İN Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı AR İN Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması tələbi barədə iddia qaldıraraq dövlət mülkiyyətində olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsinin (registr nömrəsi: **********9-000) cavabdeh tərəfindən boşaldılması və geri alınaraq AR İN ƏMDX-nə təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AR İN Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsi (registr nömrəsi: **********9-000) Qəbələ rayon İcra hakimiyyətinin balansında olmaqla dövlət mülkiyyətindədir. Dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən səmərəli istifadənin təmin olunması AR İN ƏMDX-nın vəzifələrində daxildir və bu məqsədlə həmin daşınmaz əmlak obyekti Qəbələ rayon İcra hakimiyyətinin razılığı ilə xx.xx.2023cü il tarixli 3941 saylı “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” İcarə müqaviləsinə əsasən aylıq icarə haqqı 260,0 manat olmaqla Maraqlı şəxs istifadəsinə verilmişdir. Maraqlı şəxs aylıq icarə haqqını vaxtı-vaxtında ödəməsinə baxmayaraq icarə predmeti olan qeyriyaşayış sahəsi Cavabdeh tərəfindən özbaşınalıq yolu ilə zəbt edildiyindən əmlak hüquqlarını həyata keçirə bilmir. Ona görə də,dövlət mülkiyyətində olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsinin (registr nömrəsi: **********9-000) cavabdeh tərəfindən boşaldılması və geri alınaraq AR İN ƏMDX-nə təhvil verilməsi haqqında iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 1994-cü ildə o, Rusiya Federasiyasına məxsus 30765 saylı Hərbi hissə komandirinin razılığı ilə Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən “Qəbələ RLS” adlanan Hərbi şəhərcik ərazisində budka qoyaraq Maraqlı şəxs ilə birlikdə şərikli ticarətlə məşğul olmuş və əldə olunan qazanc aralarında bərabər qaydada bölünmüşdür. 2005-ci ildə Maraqlı şəxs “Gilan” şirkətində rəhbər vəzifə tutması ilə əlaqədar ondan ayrılmış və Hərbi şəhərcik ərazisində fəaliyyətini dayandırmışdır. 2006-cı ildə o, Hərbi hissə komandirin razılığı ilə budkanın yerində 1 mərtəbəli, 197,2 kv/m sahəsi olan qeyri-yaşayış sahəsi tikərək 2012-ci ilədək fərdi qaydada sahibkarlıq fəaliyyətini davam etdirmişdir. Həmin müddətdə bütünlüklə mal tədarükü və satışı, ödəmələr və işlərin görülməsi onun şəxsi məsuliyyəti ilə icra edilmiş, Maraqlı şəxs mağazanın fəaliyyətində heç bir iştirakı olmamışdır. Rusiya Federasiyasına məxsus olan 30765 saylı Hərbi hissə Qəbələ rayonu ərazisindən köçürüldükdən sonra mağaza binası Qəbələ rayon İcra hakimiyyətinin balansına verilmiş və fəaliyyətini dayandırmışdır. Mağaza binası onun şəxsi vəsaiti hesabına tikildiyindən istifadə hüququnu ilk növbədə əldə etmək hüququ da ona məxsusdur. Bu məqsədlə Qəbələ rayon İcra hakimiyyətinə müraciət etmiş, ona sənədlərin hazır olmadığı bildirilərək təklifi qəbul edilməmişdir. Maraqlı şəxs həmin qeyri yaşayış binası üzərində hüquqları olmadığı artıq məhkəmə qaydasında müəyyən edilmiş və aralarında yaranmış mübahisə onun xeyrinə həll edilmişdir. Qeyd olunan qeyri-yaşayış binasının Maraqlı şəxs icarəsinə verilməsinə dair xx.xx.2023-cü il tarixli 3941 saylı “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” İcarə müqavilə qanunsuzdur. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı Maraqlı şəxs iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən “Qəbələ RLS” adlanan Hərbi şəhərcik ərazisində yerləşən ticarət məntəqəsində 1978-ci ildən 1991-ci ilədək mağaza müdiri vəzifəsində işləmiş və SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasına məxsus 30765 saylı Hərbi hissə komandirinin razılığı ilə şəhərçik ərazisində budka qoyaraq ticarətlə məşğul olmuşdur. 2008-ci ildə Hərbi hissə komandirin razılığı ilə budkanın yerində 1 mərtəbəli, 197,2 kv/m sahəsi olan qeyri-yaşayış sahəsi tikərək 2012-ci ilədək fərdi qaydada sahibkarlıq fəaliyyətini davam etdirmişdir. Cavabdeh mağazada satıcı işləmiş, bütünlüklə mal tədarükü və satışı, ödəmələr və işlərin görülməsi onun şəxsi məsuliyyəti ilə icra edilmişdir. Rusiya Federasiyasına məxsus olan 30765 saylı Hərbi hissə Qəbələ rayonu ərazisindən köçürüldükdən sonra mağaza binası Qəbələ rayon İcra hakimiyyətinin balansına verilmiş və fəaliyyətini dayandırmışdır. 2023-cü ildə həmin binanı binası Qəbələ rayon İcra hakimiyyətinin razılığı ilə icarəyə götürmüş və ayda 260,0 manat icarə haqqını vaxtı vaxtında ödəmişdir. Lakin Cavabdeh mağazanın açarlarının onda qalmasından istifadə edərək binanı zəbt etmiş və qapıları bağlı saxlayaraq istifadə edilməsinə imkan verməmişdir. Ona görə də, icarə hüququ ilə əldə etdiyi Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməlidir. İşdə olan Qəbələ rayon İcra hakimiyyətinin (qeydiyyat nömrəsi:№7129) balansında olan daşınmaz əmlak obyekti haqqında Registrdən Çıxarışın surətinə əsasən Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 2006-cı ildə inşa edilmiş 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış binası-“Qorodok mağazası” (registr nömrəsi: **********9-000) Qəbələ rayon İcra hakimiyyətinin balansındadır. . İşdə olan xx.xx.2023-cü il tarixli 3941 saylı Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında İcarə müqaviləsinin surətinə əsasən AR İN Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 188 saylı Sərancamına əsasən Qəbələ rayon İcra hakimiyyətinin balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış binası ( registr nömrəsi: **********9-000) xidmət məqsədilə aylıq icarə haqqı 260,0 manat olmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Maraqlı şəxs istifadəsinə verilmişdir. “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə” Dövlət Proqramının 5.3-cü bəndinə əsasən dövlət əmlakının idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından dövlət əmlakı üzərində sərəncam verilməsini həyata keçirən, dövlət müəssisələrinin əmlakına dair dövlətin adından mülkiyyətçi hüquqlarını təmsil edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, öz səlahiyyətləri çərçivəsində digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanları iştirak edirlər. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqlar və vəzifələr yaradır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyən edilmişdir ki, Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsi Qəbələ rayon İcra hakimiyyətinin balansında olmaqla dövlət mülkiyyətindədir və AR İN AR İN Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Maraqlı şəxs istifadəsinə verilmişdir. Cavabdeh həmin daşınmaz əmlak obyekti üzərində hər hansı əsasla hüquq əldə etmədən faktik sahibliyi həyata keçirir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ rayon İcra Hakimiyyətinin balansında olan Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində, 1 mərtəbəli tikilidə (registr nömrəsi: **********9-000) yerləşən ümumi sahəsi 197,2 kv/m olan qeyri-yaşayış binası Cavabdeh tərəfindən boşaldılmalı və geri alınaraq AR İN Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Qəbələ rayon İcra Hakimiyyətinin balansında olan Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində, 1 mərtəbəli tikilidə (registr nömrəsi: **********9-000) yerləşən ümumi sahəsi 197,2 kv/m olan qeyri-yaşayış binası Cavabdeh tərəfindən boşaldılsın və geri alınıb iddiaçı AR İN Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1306/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1306/2025
16.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver