Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1387/2023 02.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "AzSığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Rəhimli Arzu İsmət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pul vəsaitinin və 70 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Qəbələ rayon, H.Əliyev pr. ünvanında "xxxx" ASC-də mülki məsuliyyəti AB № 146266 saylı icbari sığorta müqaviləsi ilə sığorta olunmuş sürücü Cavabdeh idarə etdiyi VAZ21063 markalı, 36BF453 d.q.n-lı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağı həyat və sağlamlığa, o cümlədən əmlaka dəymiş zərər üzrə aşağıdakı qaydada sığorta ödənişi həyata keçirilmişdir: X2 zərərçəkənin ölməsi, sığorta məbləğinin 100 faiz həddində 5000 (beş min) manat. Baş vermiş yol-nəqliyyat hadisəsi, eyni zamanda sığorta hadisəsi Qəbələ şəhəri RPİ-nin İB-nin orqanın qərarı ilə təsdiq edilmiş və sürücünün Cavabdeh müəyyən edilmişdir sürücülük hüquqnun və ya etibarnmaməsinin olmamısıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC şirkətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, maddi imkanı zəif olduğundan ödənişi hissə-hissə ödəyə bilər. Hal-hazırda işsizdir. Hadisə nəticəsində dəymiş zərər həmin şəxsə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilsə də, onun maddi imkanı olmadığına iddiaçıya həmin məbləği ödəyə bilməmişdir. Odur ki, müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan 09 fevral 2016-ci il tarixli 0232/FQ/CML-0209/2015-2016 nömrəli Sığorta aktından görünür ki, “Vaz21063” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə vurulan zərərə görə 5000 manat pul vəsaiti tələb olunması qeyd edilmişdir. Zərərçəkən (üçüncü şəxs) təsdiq edir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi, dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir qeyd olunan zərərə dair sığortaçının heç bir borcu və öhdəliyi qalmır. İşdə olan 09 fevral 2016-cı il tarixli 865 №-li ödəniş tapşırığından görünür ki, 5000 manat sığorta ödənişi X1 ödənilmişdir. Göründüyü kimi, xx.xx.2015-ci il tarixdə Qəbələ rayon, H. Əliyev pr. ünvanında "xxxx" ASCdə mülki məsuliyyəti AB № 146266 saylı icbari sığorta müqaviləsi ilə sığorta olunmuş sürücü Cavabdeh idarə etdiyi VAZ21063 markalı, 36BF453 d.q.n-li avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı həyat və sağlamlığa, o cümlədən əmlaka dəymiş zərər üzrə aşağıdakı qaydada sığorta ödənişi həyata keçirilmişdir: X2 yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Atəşgah” sığorta tərəfindən 5000 (beş min) manat məbləğində verilmiş sığorta ödənişi və 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh iddiaçı " AzSığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-1387/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1387/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver