Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-14/2025 28.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi paylı mülkiyyət obyektinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, işdə iştirak edən şəxslər, İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi paylı mülkiyyət obyektinin naturada bölünməsi tələbi barədə iddia ərizəsinə və iddiaçı Cavabdeh3 cavabdehlər, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi paylı mülkiyyət obyektinin naturada bölünməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N ETD İ : İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi paylı mülkiyyət obyektinin naturada bölünməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dörd nəfərin ümumi paylı mülkiyyətdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh3 cavabdehlər, İddiaçı və qeyrilərinə qarşı ümumi paylı mülkiyyət obyektinin naturada bölünməsi tələbi barədə qarşılıqlı iddia qaldıraraq dörd nəfərin ümumi paylı mülkiyyətdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu nəzərə alınmaqla) şəxsi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 dörd nəfərdən ibarət olan ailə üzvlərinin (İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1) ümumi mülkiyyətindədir. Həmin torpaq sahəsi öz aralarında dörd bərabər hissəyə bölünmüş və ərazilər çəpərlənərək biri birindən ayrılmışdır. Lakin Cavabdeh3 həmin bölgünü qəbul etmədiyindən torpaq sahələri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması mümkün olmamışdır. Ona görə də, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il qeydiyyat tarixli; Qeydiyyat nömrəsi:********** ) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətinə verilməsi barədə iddia qaldırmışdır. İddiaçı Cavabdeh3 göstərmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 dörd nəfərdən ibarət olan ailə üzvlərinin (İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1) ümumi mülkiyyətindədir. Həmin torpaq sahəsi öz aralarında dörd bərabər hissəyə bölünmüş və ərazilər çəpərlənərək biri birindən ayrılmışdır. Ona düşən hissənin yolu müəyyən edilmədiyindən həmin bölgü üzrə torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Ona görə də, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il qeydiyyat tarixli; Qeydiyyat nömrəsi:********** ) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətinə verilməsi barədə iddia qaldırmışdır. Cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 izahatında göstərmişdir ki, ümumi paylı mülkiyyətdə olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi:xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi: **********) öz aralarında dörd bərabər hissəyə bölünmüş və ərazilər çəpərlənərək biri birindən ayrılmışdır. Ona görə də, həmin torpaq sahəsinin dörd mülkiyyətçinin hər birinə düşən ¼ hissənin çəpərlənmiş ərazilər daxilində naturada ayrılıb verilməsinə etiraz etmir. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********29-10301) İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-21-3-42/2-5816/2024 saylı Mütəxəssis rəyinə əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1,13 ha (reyestr nömrəsi: **********29-10301) həyətyanı torpaq sahəsinin əlavə edilmiş 2;3;4;5 nömrəli Yerquruluşu planında göstərilən qaydada paylara uyğun (0,2825 ha) dörd hissəyə naturada bölünərək ayrılması mümkündür. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8923 saylı ekspert rəyinə əsasən olan İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış İddiaçı, Cavabdeh3, X1 və Cavabdeh1ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1,13 ha (reyestr nömrəsi: **********29) həyətyanı torpaq sahəsinin ¼ nisbətdə paylarına uyğun naturada ayrılması mümkündür. AR Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi: xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) 1/4 hissəsi (0,2825 ha) AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5816/2024 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 2 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı və 5 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb iddiaçı Cavabdeh3 şəxsi mülkiyyətinə verilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 100,0 (bir yüz) manat, İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360 maddələrini rəhbər tutaraq Q ƏT E T D İ: İddiaçı iddia tələbi təmin olunsun: İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi: xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) 1/4 hissəsi (0,2825 ha) AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5816/2024 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 2 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilsin. İddiaçı Cavabdeh3 qarşılıqlı iddia tələbi təmin olunsun: İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1.13 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********29-1030; Qeydiyyat tarixi: xx.xx.2023-cü il; Qeydiyyat nömrəsi:**********) 1/4 hissəsi ( 0,2825 ha) AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5816/2024 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb iddiaçı Cavabdeh3 şəxsi mülkiyyətinə verilsin. İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-14/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-14/2025
28.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver