Məhkəmə qərarları › İş №e-2(025)-1435/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1435/2025

08.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1435/2025 08.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar, Kərı̇ mova Aybənı̇ z Xəlı̇ l qızı, Kərı̇ mov Arı̇ z Əlı̇ osman oğlu və Kərı̇ mov Farı̇ z Əlı̇ osman oğlunun cavabdehlər Seyı̇ dova Anjela Əlı̇ osman qızı, Kərı̇ mov Ruslan Əlı̇ osman oğlu və X2 qarşı "ümumi paylı mülkiyyətdən payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, iddiaçılar, Kərı̇ mova Aybənı̇ z Xəlı̇ l qızı, Kərı̇ mov Arı̇ z Əlı̇ osman oğlu və Kərı̇ mov Farı̇ z Əlı̇ osman oğlunun nümayəndəsi Nümayəndə, cavabdehlər Seyı̇ dova Anjela Əlı̇ osman qızı, Kərı̇ mov Ruslan Əlı̇ osman oğlu və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar, Kərı̇ mova Aybənı̇ z Xəlı̇ l qızı, Kərı̇ mov Arı̇ z Əlı̇ osman oğlu və Kərı̇ mov Farı̇ z Əlı̇ osman oğlunun cavabdehlər Seyı̇ dova Anjela Əlı̇ osman qızı, Kərı̇ mov Ruslan Əlı̇ osman oğlu və X2 qarşı "ümumi paylı mülkiyyətdən payın naturada bölünməsi" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçılar, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər, Cavabdeh2, Cavabdeh1 və X2 qarşı “umumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbi barədə iddia qaldıraraq «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********07: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ümumi paylı mülkiyyətdə olan **********07 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 1 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən hər birinə düşən 7/24 hissənin birlikdə naturada ayrılaraq (yeni fərdi yaşayış evi və digər tikililərin altındakı torpaq sahələri daxil olmaqla) ümumi paylı mülkiyyət hüququ əsasında verilməsi, o cümlədən 100 manat dövlət rüsumu və 500 manat hüquqi xidmət haqqı alınıb onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********07: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən **********07 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 2 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi altı nəfərin (İddiaçı1 (7/24 hissə), İddiaçı3 (7/24 hissə), İddiaçı2 (7/24 hissə), Cavabdeh2 (1/24 hissə), Cavabdeh1 (1/24 hissə) və X1 (1/24 hissə)) ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətin iştirakçıları arasında torpaq sahəsinin birgə istifadəsi və paylara uyğun şəkildə naturada bölünməsi barədə ümumi razılıq əldə olunmadığından ünvan 2 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 düşən 7/24, İddiaçı2 düşən 7/24 və İddiaçı3 düşən 7/24 hissənin birlikdə naturada ayrılaraq (yeni fərdi yaşayış evi və digər tikililərin altındakı torpaq sahələri daxil olmaqla) ümumi paylı mülkiyyət hüququ əsasında verilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh2 izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********07: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən **********07 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 2 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi altı nəfərin (İddiaçı1 (7/24 hissə), İddiaçı3 (7/24 hissə), İddiaçı2 (7/24 hissə), Cavabdeh2 (1/24 hissə), Cavabdeh1 (1/24 hissə) və X1 (1/24 hissə)) ümumi paylı mülkiyyətindədir və üzərində iki fərdi yaşayış evi (təzə və köhnə) vardır. Torpaq sahəsi faktiki surətdə üzərində həmin fərdi yaşayış evilərindən birinin yerləşdiyi iki hissəyə bölümüş və çəpərlənmişdir. Köhnə ev onun, təzə ev isə İddiaçı2 istifadəsindədir. Həmin torpaq sahəsinin bütün mülkiyyətçilərin mənafeyi nəzərə alınmaqla hazırlanacaq bölgü planı əsasında naturada bölünməsinə etiraz etmir. Cavabdeh1 izahatında göstərmişdir ki, ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********07; Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) mülkiyyətçilərin hamısının mənafeyi nəzərə alınmaqla hazırlanacaq bölgü planı əsasında naturada bölünməsinə etiraz etmir. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən **********07 resyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 2 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********07) İddiaçı1 (7/24 hissə), İddiaçı3 (7/24 hissə), İddiaçı2 (7/24 hissə), Cavabdeh2 (1/24 hissə), Cavabdeh1 (1/24 hissə) və X3 (1/24 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-6363/2025 saylı Mütəxəssis rəyinə əsasən, **********07 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 3 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinin (üzərində yerləşən tikililər nəzərə alınmadan) rəyə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 21/24 və 3/24 hissələr üzrə naturada bölünərək iddiaçılar, Kərı̇ mova Aybənı̇ z Xəlı̇ l qızı, Kərı̇ mov Arı̇ z Əlı̇ osman oğlu, Kərı̇ mov Farı̇ z Əlı̇ osman oğlunun paylarına düşən (21/24 hissə) 0,04375 hektar, o cümlədən cavabdehlər, Seyı̇ dova Anjela Əlı̇ osman qızı, Kərı̇ mov Ruslan Əlı̇ osman oğlu və X1 paylarına düşən (3/24 hissə) 0,00625 hektar ərazinin naturada ayrılması mümkündür. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Kərı̇ mova Aybənı̇ z Xəlı̇ l qızı, Kərı̇ mov Arı̇ z Əlı̇ osman oğlu, Kərı̇ mov Farı̇ z Əlı̇ osman oğlu, Seyı̇ dova Anjela Əlı̇ osman qızı, Kərı̇ mov Ruslan Əlı̇ osman oğlu və X1 ümumi paylı mülkiyyətində olan **********07 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən ünvan 3 ünvanında yerləşən 0,05 ha (qeydiyyat tarixi: xx.xx.2025-ci il: qeydiyyat nömrəsi: **********) torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-6363/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 21/24 və 3/24 hissələr üzrə naturada bölünməli, 5 saylı planda ölçüləri və koordinantları göstərilən 0,04375 ha həyətyanı torpaq sahəsi naturada ayrılıb iddiaçılar, Kərı̇ mova Aybənı̇ z Xəlı̇ l qızı, Kərı̇ mov Arı̇ z Əlı̇ osman oğlu, Kərı̇ mov Farı̇ z Əlı̇ osman oğlunun ümumi paylı mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddia tələbi qismən təmin olunsun. Kərı̇ mova Aybənı̇ z Xəlı̇ l qızı, Kərı̇ mov Arı̇ z Əlı̇ osman oğlu, Kərı̇ mov Farı̇ z Əlı̇ osman oğlu, Seyı̇ dova Anjela Əlı̇ osman qızı, Kərı̇ mov Ruslan Əlı̇ osman oğlu və X1 ümumi paylı mülkiyyətində olan **********07 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən ünvan 3 ünvanında yerləşən 0,05 ha (qeydiyyat tarixi: xx.xx.2025-ci il: qeydiyyat nömrəsi: **********) torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-6363/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 21/24 və 3/24 hissələr üzrə naturada bölünsün: 5 saylı planda ölçüləri və koordinantları göstərilən 0,04375 ha həyətyanı torpaq sahəsi naturada ayrılıb iddiaçılar, Kərı̇ mova Aybənı̇ z Xəlı̇ l qızı, Kərı̇ mov Arı̇ z Əlı̇ osman oğlu, Kərı̇ mov Farı̇ z Əlı̇ osman oğlunun ümumi paylı mülkiyyətinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar