Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1443/2023 07.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Nic qəsəbə sakini Cavabdeh ilə JN-213 F saylı Şəhadətnamədə göstərilmiş 1,21 ha torpaq sahəsini və həyəti almağına dair əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbində iddiaçı JN-213 F saylı Şəhadətnamədə göstərilmiş 1,21 ha torpaq sahəsini və həyəti almağıma dair əqdin bağlanmış hesab edilməsini xahiş edir. Lakin məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, məhkəmə hesab edir ki, alqı-satqını (əqdi) rəsmiləşdirən orqan notariusdur. Bu səbəbdən iddiaçı sözügedən əqdin bağlanması üçün ilk növbədə notariusa müraciət etməli, müraciətinə imtina verildikdən sonra aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Lakin iddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında “imtina” adlı sənəd göstərsə də, “Elektron məhkəmə” sisteminə bununla bağlı hər hansı sənəd əlavə etməmişdir. Belə olan halda qeyd olunan tələbə məhkəmə qaydasında baxıla bilməz. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, “əqdin” bağlanmıış hesab edilməsini tələb etsə də, iddia ərizəsinə hər hansı əqd (müqavilə) əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil və bu səbəbdən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, o, müvafiq müraciətlə notariat orqanına müraciət etməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 153-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1443/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1443/2023
07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver