Məhkəmə qərarları › İş №e-2(025)-1475/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1475/2025

25.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1475/2025 25.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsayeva Elvina Allahverdi qızının katibliyi ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi tələbi”nə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Rahim Dadaş oğlunun cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin naturada bölünməsi tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının, Cavabdeh, eyni zamanda mərhum X1 paylı mülkiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********05; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2025 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,42 ha yaşayış məntəqələrinin torpaqlarından, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********32; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********31; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından onun 1/3 hissədə payının naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu nəzərə alınmaqla) ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə elektron kabinet vasitəsi ilə cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin naturada bölünməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia ərizəsinin qismən təmin edilməsi, onun, yəni Cavabdeh, Rzabəyova (Əliyeva) Gülsaray Dadaş qızının, cavabdeh eyni zamanda mərhum X1 paylı mülkiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********05; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2025 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,42 ha yaşayış məntəqələrinin torpaqlarından (ona məxsus yaşayış evi və yardımçı tikililərin ona aid hissəyə düşməsi nəzərə alınmaqla), Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********32; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,249 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından; Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (reyestr nömrəsi – **********31; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaqlarından onun 1/3 hissədə payının naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu nəzərə alınmaqla) ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülərək ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X4 9 saylı Qəbələ Ərazi İdarəsidən 3-21-3-42/2-6298/2025 saylı mütəxəssis rəyi daxil olmuşdur və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmişdir. İlkin iddia üzrə İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ayrı-ayrılıqda məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin hazırlıq iclasından geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin hazırlıq iclasından geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının, onun vəkilinin və qarşılıqlı iddia üzrə iddiaçının ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizələr əsaslı olduğundan təmin edilməli, ilkin və qarşılıqlı iddia üzrə iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. X2 Haqqında Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən 100 manat məbləğində və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 100 manat məbləğində dövlət rüsumları ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən 100 manat məbləğində və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 100 manat məbləğində dövlət rüsumları onlara geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizələri təmin edilsin. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsi təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Rahim Dadaş oğlunun cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin naturada bölünməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Cavabdeh geri qaytarılsın. İlkin iddia üzrə İddiaçı tərəfindən dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı və Cavabdeh geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar