Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-152/2022 16.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 4733,00 (dörd min yeddi yüz otuz üç) manat sığorta ödənişinin, ödənilmiş 67,73 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan ** TG *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** JF *** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** JF *** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 9733,00 (doqquz min yeddi yüz otuz üç) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən dəymiş ziyana görə ümumilikdə 9733,00 (doqquz min yeddi yüz otuz üç) manat məbləğində sığorta ödənişinin “zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən zərərvurana sığorta şirkətinin ödədiyi məbləğ çıxılmış və 4733,00 (dörd min yeddi yüz otuz üç) manat məbləğinin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəməyə gəlməməsinin səbəbinin üzrlü hesab edilməsini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul etməyərək göstərdi ki, xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı "Fiat Doblo" minik markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomaşına qəza nəticəsində az zərər dəymişdir, ümumilikdə 9733 manat məbləğində zərər dəymiş ola bilməz. Həmin maşının bazar dəyəri 10000 manat civarındadır. Bu səbəbdən 9733 manat məbləğində hesablanmış zərər məbləğini və ondan tələb olunan 4733 manat pul məbləğini qəbul etmir. "Fiat Doblo" minik markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomaşına hadisə nəticəsində maksimum 3000 manat zərər dəymiş ola bilər. Dəymiş zərərin həddən artıq çox hesablandığını bildirərək, iddianın təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Fiat Doblo” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən müddətdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Bundan əlavə, sığortalı "xxxx" MMC-ə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında C-Mİ-0168 saylı şəhadətnamə verilmişdir. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “X2” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Muğanlı-İsmayıllı yolunun 12-ci kilometrliyində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, "xxxx" MMC-ə məxsus olan “Fiat Doblo” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Cavabdeh barəsində TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası DİN İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli ******* saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh qeyd olunmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “Fiat Doblo” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinin və s. adları, həmçinin onların dəyəri siyahıda ardıcıllıqla göstərilmiş, avtomobilin bərpasına 9833 manat pul vəsaiti tələb olunması qeyd edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, sığortalıya 9733 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2016-cu il tarixli ödəniş tapşırığından görünür ki, 9733 manat sığorta ödənişi faydalanan hüquqi şəxs "xxxx" MMC-ə ödənilmişdir. İşdə olan PAŞA Sığorta ASC-nin 0275/1 saylı 22 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, “X2” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillin xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı 5000 manat məbləğində pul vəsaiti cavabdehin sığortaçısı "xxxx" Sığorta şirkəti ASC-dən tələb edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh qəza törətdiyini etiraf edir, lakin dəymiş zərərin məbləğinin düzgün müəyyən olunmadığını bildirir. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının təmin olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur.
1. "Fiat Doblo" minik markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1190 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan məlumatlara əsasən 2014-ci il istehsalı olan, “Fiat Doblo” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 8346 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İşdə olan PAŞA Sığorta ASC-nin 0275/1 saylı 22 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, “X2” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillin xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı 5000 manat məbləğində pul vəsaiti cavabdehin sığortaçısı "xxxx" Sığorta şirkəti ASC-dən tələb edilmişdir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3346 manat məbləğində verilmiş sığorta ödənişi və 67.73 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 3346 (üç min üç yüz qırx altı) manat məbləğində verilmiş sığorta ödənişi və 67.73 (altmış yeddi manat yetmiş üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Elman İsayev