Məhkəmə qərarları › İş №e-2(025)-1525/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1525/2025

05.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1525/2025 05.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbi barədə iddia qaldıraraq «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********44: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ümumi paylı mülkiyyətdə olan **********44 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 1 ünvanında yerləşən 0.11 ha həyətyanı torpaq sahəsindən İddiaçı düşən 13/32 hissənin naturada ayrılaraq şəxsi mülkiyyət hüququ əsasında verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********44: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ünvan 1 ünvanında yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi onun və qeyrilərinin (Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2) ümumi paylı mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinin payına uyğun hissəsindən istifadə etməsinə digər payçılar tərəfindən imkan verilmədiyindən o, faktiki surətdə mülkiyyətdən məhrum edilmişdir. İddiaçı torpaq sahəsin paylara uyğun şəkildə dörd yerə bölünərək ona düşən hissənin ayrılması barədə digər payçılarla razılığa gələ bilməmişdir. Ona görə də, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********44: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ünvan 1 ünvanında yerləşən 0.11 ha həyətyanı torpaq sahəsindən ona düşən 13/32 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətinə verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh1 izahatında göstərmişdir ki, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi (**********44: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) digər mülkiyyətçilərlə yanaşı onların da mənafeyi nəzərə alınmaqla hazırlanacaq bölgü planı əsasında bölünərək hər birinə düşən hissənin naturada ayrılıb verilməsinə etiraz etmir. Lakin həmin torpaq sahəsinin həndəvəri düzgün çəpərlənmədiyindən bir hissəsi kənarda qalmış və ərazidə Nümayəndə2 tərəfindən fərdi yaşayış evi tikilmişdir. Nümayəndə2 istifadəsində olan torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətinə verilməsi məsələsini həll etməkdən ötrü həmin ərazinin özünün payına düşən hissəyə daxil edilməsi payçıların hər birinin mənafeyinə uyğundur. Üçüncü şəxs X1 nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini (reyestr nömrəsi: **********16: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) satınalma yolu ilə əldə etmiş və üzərində iki ev tikilmişdir. Həmin torpaq sahəsi alınarkən həndəvəri düzgün çəpərlənmədiyindən sərhədləri bir tərəfdə məhdudlaşmış, digər tərəfdə isə genişlənmişdir. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən **********44 resyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 1 ünvanında yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********44) Cavabdeh1 (9/32 hissə), Cavabdeh3 (9/32 hissə), İddiaçı (13/32 hissə) və Cavabdeh2 (1/32 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən **********16 resyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********16) X1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-21-3-42/2-601/2026 saylı Mütəxəssis rəyində göstərilmişdir ki, **********44 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 1 ünvanında yerləşən 0,11 hektar həyətyanı torpaq sahəsindən İddiaçı payına (13/32 hissədə) uyğun mülkiyyətlərinə düşən 0,0447 ha, cavabdehlər, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 paylarına (19/32 hissədə) uyğun mülkiyyətlərinə düşən 0,0653 ha ərazinin naturada ayrılması mümkündür. Ümumi birgə mülkiyyətdə olan 0,11 hektar torpaq sahəsinin X1 istifadəsində olan 0,0254 ha hissəsi İddiaçı payına (13/32 hissədə) düşən 0,0447 ha torpaq sahəsinin bir hissəsidir. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1, Cavabdeh3, İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan **********44 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən ünvan 1 ünvanında yerləşən 0,11 ha (Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-21-3-42/2-601/2026 saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 13/32 və 19/32 hissələr üzrə naturada bölünməli, Rəyə əlavə edilmiş 3 saylı planda ölçüləri və koordinantları göstərilən 0,0447 ha həyətyanı torpaq sahəsi naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh1, Cavabdeh3, İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan **********44 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən ünvan 1 ünvanında yerləşən 0,11 ha (Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-21- 3-42/2-601/2026 saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 13/32 və 19/32 hissələr üzrə naturada bölünsün; Rəyə əlavə edilmiş 3 saylı planda ölçüləri və koordinantları göstərilən 0,0447 ha həyətyanı torpaq sahəsi naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar