Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1580/2025 11.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı “nəqliyyat vasitəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: nəqliyyat vasitəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, dəymiş zərərin ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçı "xxxx"ASC-nin nümayəndələri, X6 və Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı nəqliyyat vasitəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı nəqliyyat vasitəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq cəmiyyətə məxsus olan 7000,0 manat dəyərində «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan ) geri alınması, o cümlədən avtomaşın iki il müddətində istifadə olunmadığına görə 4800,0 manat məbləğində əldə çıxan fayda, 150,0 manat dövlət rüsumu və 300,0 manat hüquqi xidmət haqqı alınıb cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamı çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx"ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Sumqayt şəhərində yaşayır və "xxxx"ASC-nin səhmdarıdır. 2021-ci ildə mülkiyyətində olan Qəbələ rayonu Dandıq kəndində 30,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin idarə olunmasını Cavabdeh tapşıraraq ərazinin daş-kəsəkdən təmizlənməsi və orda işləyənlərin daşınması məqsədilə cəmiyyətə məxsus olan buraxılış ili 1992-ci il, rəngi mavi, M- 372-11 n/ş, «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini( buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan ) Cavabdeh vermişdir. Cavabdeh avtomaşını təhvil alaraq üç il müddətində ona tapşırılan vəzifələrin yerinə yetirilməsi məqsədilə istifadə etmiş, işlər yekunlaşdıqdan sonra Qəbələ rayonu Mıxlıqovaq kəndinə apararaq həyətində saxlamış, cəmiyyətə təhvil verməsi tələb olunduqda isə imtina edərək nəqliyyat vasitəsini gizlətmişdir. "xxxx"ASC-nin iki il müddətində əmlakından istifadə edə bilməməsi ilə əlaqədar 4800,0 manat məbləğində gəlirlərdən məhrum olmuş və əmlak hüququnun bərpa olunması məqsədilə 150,0 manat dövlət rüsumu və 300,0 manat hüquqi xidmət haqqı ödəyərək məhkəmədə iddia qaldırmışdır. Ona görə də, 7000,0 manat dəyərində «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan) Cavabdeh geri alınması, o cümlədən avtomaşın iki il müddətində istifadə olunmadığına görə 4800,0 manat məbləğində əldə çıxan fayda, 150,0 manat dövlət rüsumu və 300,0 manat hüquqi xidmət haqqı alınıb cəmiyyətin xeyrinə ödənilməlidir. İddiaçı "xxxx"ASC-nin nümayəndəsi Nümayəndə X1 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan X4 şəhadətnaməsinin surətinə əsasən «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi( buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan) xx.xx.2000-ci il tarixdə "xxxx"ASC-nin adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ƏN-İ891061 nömrəli Etibarnamənin surətinə əsasən X6 özünə məxsus olan Qəbələ rayonu Dandıq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin idarə olunmasını xx.xx.2023-cü il tarixinədək olan 2 il müddətində Cavabdeh həvalə etmişdir. İşdə olan Qəbələ RPŞ-nin icraat materiallarına əsasən X1 şikayəti əsasında aparılan araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, 2021-ci ildə X3 məxsus olan Qəbələ rayonu Dandıq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində işləyərək «Qaz-53 Yük » markalı avtomaşınla təmin edilmişdir. İşlər yekunlaşdıqdan sonra avtomaşın X6 tərəfindən təhvil alınmış və aparılmışdır. İşdə olan QAZ-53-Azərbaycan-Turbo.Az saytının məlumatına əsasən buraxılış ili 1992-ci il olan 321411 km yürüşlü «Qaz-53 Yük » markalı avtomaşın 7000,0 manat məbləğində qiymətləndirilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, "xxxx"ASC-yə məxsus olan «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan) 2021-ci ildə X1 iştirakı ilə Cavabdeh təhvil vermiş və 2023-cü ilədək onun tərəfindən idarə edilmişdir. Həmin nəqliyyat vasitəsinin Cavabdeh tərəfindən "xxxx"ASC-yə qaytarılması və ya hər hansı bir başqa şəxsə təhvil verilməsi, o cümlədən "xxxx"ASC-nin iki il müddətində əmlakından istifadə edə bilməməsi ilə əlaqədar 4800,0 manat məbləğində gəlirlərdən məhrum olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka ( əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx"ASC-yə məxsus olan 7000,0 manat dəyərində 1 ədəd «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı avtomaşın (buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan) Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq cəmiyyətə təhvil verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-yə məxsus olan 7000,0 (yeddi min) manat dəyərində 1 ədəd «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı avtomaşın ( buraxılış ili 1992-ci il, rəngi mavi, M-372- 11 n/ş, furqon tipli, özüboşaldan) Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq cəmiyyətə təhvil verilsin. Cavabdeh 90,0 ( doxsan) manat dövlət rüsumu və 300,0( üç yüz) manat hüquqi xidmət haqqı tutulub iddiaçı "xxxx"ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1(bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1580/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1580/2025
11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver