Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1628/2025 20.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC (Bank Olmayan Kredit Təşkilatı) və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “icra qeydinə etiraz haqqında” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC (Bank Olmayan Kredit Təşkilatı) və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “icra qeydinə etiraz haqqında” kiçik iddialara dair sadələşdirilmi icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 284-3-cü maddəsinə əsasən: 284-3.1. Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. 284-3.3. Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-3.4. Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmişdir. İddiaçı iddia ərizəsinə yalnız Qəbələ regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli “İcra qeydi” əlavə etmiş, iddia tələbinin və onun əsaslandığı hallara dair, həmçinin tələbin əsaslığını təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bundan əlavə cavabdehin adı səhv, hüquqi ünvanı natamam qeyd olunmuş, VÖEN-i isə ümumiyyətlə qeyd olunmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin adını "xxxx" MMC (Bank Olmayan Kredit Təşkilatı) kimi qeyd etsə də, ərizəsinə əlavə etdiyi Qəbələ regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli “İcra qeydi”ndən görünür ki, mübahisələndirdiyi icra qeydi iddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış müqavilə əsasında verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) isə ünvan 1 ünvanında yerləşir. Göründüyü kimi MPM-nin 35.1-ci maddəsinin tələbinə əsasən iddiaçı hazırkı ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edə bilməz. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə Qəbələ Rayon Məhkəməsinə verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumunun ödənilməsindən azadolmaya dair hər hansı bir sənəd əlavə edilmədiyindən də iddia ərizəsi geri qaytarılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Hazırki ərizə isə Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra qeydi üzrə icraata başlanılması barədə qərarın qanunsuz hesab edilməsi, hesablanmış faiz, cərimə və əlavə ödənişlərin əsassız hesab edilərək silinməsi tələbi ilə bağlıdır. Ərizədən də göründüyü kimi iddiaçı məhkəməyə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında iddia ərizəsi ilə müraciət etməlidir. Halbuki Mülki Prosessual Məcəllənin 284-3.2.3 və 284-3.2.4-cü maddələrinin tələblərinə əsasən iddiaçının tələbi və onun əsaslandığı hallar, həmçinin tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırkı iddia ərizəsində iddiaçı tərəfindən göstərilən tələblərə əməl edilməmişdir. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 150, 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC (Bank Olmayan Kredit Təşkilatı) və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “icra qeydinə etiraz haqqında” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia icraatı qaydasında təkrar iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək olar. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1628/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1628/2025
20.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver