Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1686/2025 17.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair, İddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarayeva Şəhla Mahir qızının katibliyi, İddiaçı (cavabdeh) İddiaçı, onun vəkili Vəkil1, cavabdeh (iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə1, cavabdehin (iddiaçı) vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 oğlunun, üçüncü şəxs (cavabdeh) X15 iştirakı ilə İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair iddiası, İddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2025-ci il tarixdə İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair Qəbələ Rayon Məhkəməsində iddia qaldıraraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan xx.xx.2025-ci il tarixli Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndiərazisində yerləşən 0,46 ha torpaq sahəsindən ona düşən 1/3 hissə (tikililər(fərdi yaşayış evi və digər tikililər altındakı torpaq sahəsi) olmayan) olmaqla naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X22 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. xx.xx.2026-cı il tarixdə iddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair Qəbələ Rayon Məhkəməsində iddia qaldıraraq, onun, yəni Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızının, cavabdeh İddiaçı və mərhum X4 paylı mülkiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən (reyestr nömrəsi **********10; xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən verilmiş Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,46 ha yaşayış məntəqələri torpaqlarından onun 1/3 hissədə payının naturada ayrılaraq tikililər (fərdi yaşayış evi və digər tikililər altındakı torpaq sahəsi olmayan) (torpaq sahəsinə giriş-çıxış yolu nəzərə alınmaqla) mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin e-2(5-137)-45/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə (hakim N.Abbaszadə) iddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.46 hektar torpaq sahəsindən 1/3 hissədə payın naturada ayrılaraq ona verilməsi tələbinə dair mülki iş məhkəmə baxışına verilməsi, Qəbələ Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.46 ha torpaq sahəsindən 1/3 hissədə payın naturada ayrılaraq ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2(5-137)-45/2026 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Abbas Əliyev) İddiaçı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(025)-1686/2025 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilməsi, birləşdirilmiş iş üzrə e-2(025)-1686/2025 qeydiyyat nömrəsi saxlanılması və e-2(5-137)- 45/2026 saylı mülki iş üzrə məhkəmə baxışına xitam verilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbi onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1963-cü ildə Qəbələ rayonu, Mamaylı kəndində anadan olmuşdur. 2001-ci il tarixində X13 ilə evlənərək ailə qurmuş və nikahlarını isə xx.xx.2007-ci il tarixində Qəbələ rayonu, Nohurqışlaq kənd İƏD-də 12 nömrə ilə qeydə alaraq rəsmiləşdirmişlər və birgə evliliklərindən övladları olmamışdır. Həyat yoldaşı X13 xx.xx.2011-ci il tarixində hipertenziya xəstəliyindən vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra o, bir müddət birlikdə yaşadıqları onun mərhum valideyni (atasına) məxsus evdə yaşadıqdan sonra ərinin qardaşları tərəfindən təzyiqlər olduğundan məcburiyyət qarşısında qalaraq həmin evi tərk etmişdir. Bildirir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli, 17 saylı qərarı ilə mərhum qaynatası X5, onun arvadı X3 və mənim mərhum həyat yoldaşı X8 Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən 0.46 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı torpaq sahəsinə görə JN-341F, kod 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Onu da qeyd edir ki, X9 onun mərhum həyat yoldaşının atası olmuş və xx.xx.2004-cü il tarixində beyin infarktından vəfat etmişdir. X9 vəfat etdikdən sonra onun vərəsələri olan övladı X1, digər övladları onun həyat yoldaşım X13 xx.xx.2011-ci il tarixində, X11 xx.xx.2019-cu il tarixində və X17 isə 28 aprel 2023-cü il tarixində vəfat etmişlər. Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən 0.46 ha torpaq sahəsindən mərhum həyat yoldaşı X8 düşəcək torpaq payının müəyyən edilməsində razılıq olmadığından məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)- 1081/2022 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən JN-341F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.46 ha torpaq sahəsindən iddiaçının mərhum əri X7 payı 1/3 hissədə müəyyən olunmuşdur. X13 vəfat etdiyindən ondan qalan miras əmlak üzrə vərəsəlik işi açılmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alındıqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rayestrindən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.46 ha torpaq sahəsində 1/3 hissə onun, yəni - İddiaçı, 1/3 hissə mərhum X4 və 1/3 hissə cavabdeh Nəbiyeva (Əhmədova) Dilfiruzə Niyazı qızının ümumi birgə mülkiyyət hüquqları tanınmaqla, reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan xx.xx.2025-ci il tarixli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Qeyd etmək istəyir ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.46 ha torpaq sahəsindəki qaynatasına məxsus fərdi yaşayış evində mərhum X12 arvadı və uşaqları yaşayır. Hazırda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindəki yuxarıda adları göstərilən şəxslərin hər birinə düşən hissə müəyyən edildiyindən torpaq sahəsinin ona düşən hissəsinin naturada ayrılmasını istəyir. Lakin bölgüdə narazılıq olduğundan həmin torpaq sahəsini könüllü olaraq bölə bilmirlər. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli Çıxarışdakı Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 0.46 ha torpaq sahəsindən mənə düşən payın naturada ayrılmasını xahiş etmiş, müvafiq olaraq 01 oktyabr 2025-ci il tarixli, 3-21-3-42/2-N-00xx-xx/2025 saylı bildiriş məktubu ilə mülkiyyətçilər arasında bölgü aparılması ilə bağlı razılaşma olmadığından məhkəməyə müraciət edə bilməyi izah olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbi onunla əsaslandırmışdır ki, onun, yəni Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızının, cavabdeh İddiaçı və mərhum X4 ümumi paylı mülkiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa» əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,46 ha yaşayış məntəqələrinin torpaqları verilmişdir. Həmin çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,46 ha torpaq sahəsindən onun, İddiaçı və X4 1/3 hissədə payları müəyyən olunmuşdur. O, digər mülkiyyətçilər, yəni cavabdeh İddiaçı və mərhum X4 vərəsəsi X22 ilə payının naturada bölünməsi ilə bağlı ümumi razılığa gəlməməkləri üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ümumi paylı mülkiyyətdən payının naturada ayrılmasını istəyir. Bu barədə, yəni torpaq sahəsindən payının naturada ayrılması ilə bağlı cavabdehlərlə razılığa gələ bilməmiş, məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərmişdir. Lakin cavabdehlər buna razı olmamışdır. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsinə müraciət etsə də, imtina cavabı almışdır. (həmin imtina məktubu iddia ərizəsinə əlavə edilir) Belə olub məhkəməyə müraciət edir. Əlavə olaraq məhkəmənin diqqətin ona çatdırır ki, hazırkı iş üzrə cavabdehlərdən İddiaçı “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş Qəbələ Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin icraatındadır (e-2(025)-1686/2025 saylı mülki iş). Həmin iş üzrə məhkəmənin e-2(025)-1686/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunması qərara alınmışdır. Həmin iş üzrə qarşılıqlı iddia ərizəsi verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürüldüyündən ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Həmçinin ayrıca iddia ərizəsinin verilməməsi gələcəkdə onun payının ayrılmaması ilə nəticələnə bilər. Çünki digər cavabdeh mərhum X4 vərəsəsi ilə də payın naturada bölünməsi ilə bağlı razılıq əldə olunmamışdır. Eyni zamanda onu da bildirir ki, tikililər, fərdi yaşayış evi və digər tikililər altındakı torpaq sahəsinin hal-hazırda həmin torpaq sahəsində yaşayan cavabdeh X16 verilməsinə etiraz etmir. Lakin ona düşən payın ayrılması zamanı yol yerinin də olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı (cavabdeh) İddiaçı mütəxəssis rəyinə əsasən ona ayrılmış torpaq sahəsinin yeri ilə razı olsa da, həmin torpaq sahəsinə giriş-çıxış yolu kimi müəyyən olunmuş yerdən yol verilməsinə razı olmadığını bildirmişdir. Hesab edir ki, torpağa digər tərəfdən yol verilərsə, daha əlverişli olar. xx.xx.2026-cı il taixdə keçirilən məhkəmə baxış iclasında iddiaçı (cavabdeh) İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, göstərilmiş ona aid hissədə olan bölgü planı ilə razı deyil. Belə ki, gələcəkdə torpaq sahəsini satmağı düşünür. Əgər torpaq sahəsini bir neçə adama satarsa, hər birinə ayrılıqda yol yerinin verilməsi mümkün olmayacaqş Həmçinin iddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə onu qeyd edir ki, Cavabdeh da torpaq sahəsinin naturada bölünməsinə etiraz etmir. Məhkəmə iclasında iddiaçı (cavabdeh) İddiaçı vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, mütəxəssis rəyində göstərilmiş ona aid hissədə olan bölgü planı ilə razı deyil. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi tərtib olunarkən onların maraqları nəzərə alınmamışdır. Həmçinin iddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə iddia tələbini qəbul edərək göstərdi ki, Cavabdeh da torpaq sahəsinin naturada bölünməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdeh (iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə1 iddia tələbini qəbul edərək göstərdi ki, İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair mülki iş üzrə torpaq sahəsinin naturada bölünməsinə etiraz etmir. Həmçinin Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, mütəxəssis rəyində göstərilmiş qaydada torpaq sahəsinin bölünməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdehin (iddiaçı) vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 oğlu İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair iddia tələbini qəbul edərək göstərdi ki, torpaq sahəsinin naturada bölünməsinə etiraz etmir. Həmçinin Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, mütəxəssis rəyində göstərilmiş qaydada torpaq sahəsinin bölünməsinə etiraz etmir. Məhkəmə iclasında üçüncü şəxs (cavabdeh) X22 hər iki iddia tələbini qəbul edərək, iddia tələblərinin təmin edilməsinə etiraz etmədi. Lakin bildirdi ki, həmin toraq sahəsi üzərində yerləşən evlərdə hazırda onlar yaşayırlar. Onlar üç qardaşdırlar, gələcəkdə hər birinin ayrıca evi olacaq. Ona görə də torpaq sahəsi bölünərkən onlara indiki yol yerindən əlavə də yol yerləri verilməsini istəyir. 03 mart 2026-ci il tarixdə keçirilən məhkəmə iclasında X18 şahid qismində ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Torpaq sahəsinin çöl ölçmə işlərini o həyata keçirmişdir. İddiaçı və cavabdeh bölünmədən narazı olsalar da, mütəxəssis kimi bildirir ki, torpağın daxilində mişardaşı ilə hasarlanmış ərazilər var. Bu bölgü elə aparılıb k, hər bir tərəfə pay çıxıla bilsin. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, hər iki iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair mülki işddə olan sənədlər: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,46 ha yaşayış məntəqələri torpaqlarından X4 1/3, X2 1/3 və İddiaçı 1/3 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2025-ci il tarixdə «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1081/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilsin. Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən JN-341F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.46 ha torpaq sahəsindən iddiaçının mərhum əri X7 payı 1/3 hissədə müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 01 oktyabr 2025-ci il tarixli məktubda göstərilmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə paylı, ümumi birgə mülkiyyətdə olan əmlaka payın ayrılması barədə müvafiq saziş və ya məhkəmə qərarı ilə birlikdə qeydiyyat orqanına müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tələblərinə görə paylı mükiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən ünvan 3 ünvanında İddiaçı, X6 ve X4 ümumi birgə mülkiyyətinə verilmiş 0,46 hektar torpaq sahəsindən İddiaçı çıxarışda göstərlimiş payına (1/3 hissədə) uyğun gediş-gəliş yolu nəzərə alınmaqla 0,1533 hektar payın naturada ayrılması mümkündür. Həmin mütəxəssis rəyinə əsasən İddiaçı torpaq sahəsinə dair 2 dəfə bölgü planı tərtib olunmuşdur. İddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işddə olan sənədlər: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,46 ha yaşayış məntəqələri torpaqlarından X4 1/3, X2 1/3 və İddiaçı 1/3 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2025-ci il tarixdə «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1081/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilsin. Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən JN-341F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə ümumi birgə mülkiyyətinə verilmiş 0.46 ha torpaq sahəsindən iddiaçının mərhum əri X7 payı 1/3 hissədə müəyyən olunmuşdur. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2/025-162 2007-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin olunması, JN-341F KOD 40616028, JN-341G KOD 40616028 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamələr və JN-0146 KOD 40616028 saylı dövlət aktı qismən etibarsız hesab edilməsi, JN-341 F KOD 40616028 ilə və JN-41G KOD 40616028 sayli torpağa mülkiyyət hüququna dair şəhadətnamələrlə və JN-0146 KOD 40616028 saylı dövlət aktı ilə iddiaçının və digər mülkiyyətçilərin birgə, ümumi mülkiyyətlərinə verilmiş 1,33 hektar torpaq sahəsi tərəflərin bərabər hissələrdə mülkiyyət hüquqları tanınması, JN-341 dair F şəhadətnamələr KOD 40616028 ilə və JN-341G KOD 40616028 saylı torpağa mülkiyyət üzrə 0.15,3 ha, 0,02.3 ha torpaq sahələri və JN-0146 KOD 40616028 saylı dövlət aktı üzrə göstərilən torpaq sahəsindən 0,20ha, ümumilikdə isə 0,37.6 ha torpaq sahəsi ayrılıb iddiaçı Cavabdeh mülkiyyətinə verilməsi, Cavabdeh adına ayrı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərinin aparılması, müvafiq texniki sənədlərin tərtib olunması DTXK Qəbələ rayon şöbəsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ rayon Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir. İş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2/025-162 2007-ci il tarixli qətnaməsi əsasənda Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin yerquruluşu Planı tərtib olunmuşdur. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-102/2008 saylı 10 oktyabr 2011-ci il tarixli qərardadından görünür ki, ərizəçi Cavabdeh ərizəsi təmin edilmiş, Qəbələ rayon məhkəməsinin 27 sentyabr 2008-ci il tarixli, 2(025)-162/2008 №li qətnaməsinin icra üsulu və qaydası dəyişdirilməsi, həmin qətnamə ilə iddiaçı Cavabdeh mülkiyyətinə verilmiş 0,37,5 ha torpaq sahəsi ona iki yerdən, JN-0146 kod 40614028 saylı dövlət aktı ilə 148 saylı planşet üzrə olan 3191,00 kv metr, yəni 0,32 ha torpaq sahəsi və JN-341G kod 40616028 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə üzrə 0,07 ha torpaq sahəsinin üzərində tikinti olmayan boş hissəsindən 0,05,7 ha hissəsi ayrılıb ona verilməsi, qeyd olunan 0,32 ha və 0,05,7 ha torpaq sahələri üzərində zəruri olan mərzçəkmə işlərinin aparımaqla müvafiq texniki sənədlərin tətib ounması DTXK Qəbələ rayon şöbəsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi DƏDRX-nin Qəbələ Ərazi idarəsinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyaz qızının etibarnamə üzrə nümayandəsi Nümayəndə2 ünvanlanmış 05 yanvar 2026-cı il tarixli məktubda göstərilmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə paylı, ümumi birgə mülkiyyətdə olan əmlaka payın ayrılması barədə müvafiq saziş və ya məhkəmə qərarı ilə birlikdə qeydiyyat orqanına müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tələblərinə görə paylı mükiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəyə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmənin mövqeyi: İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə mülki iş üzrə məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 1 ünvanında yerləşən 0,46 ha yaşayış məntəqələri torpaqlarından İddiaçı 1/3 hissədə payı müəyyən olunmuşdur. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının və cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçıya və cavabdehlərə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi alınmış və rəyə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçının, cavabdehin və üçüncü şəxsin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən (17 mart 2026-cı il tarixli, 3-21-3-42/2-1562/2026 nömrəli mütəxəssis rəyi) təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına iddiaçı torpaq sahəsinin bölgü planlarında göstərilən qaydada bölünməsinə etiraz etsələr də, iddiaçı bunu gələcəkdə torpaq sahəsini bir neçə şəxsə satacağı təqdirdə hər birinə ayrıca yol yerinin verilməsində çətinlik yaranacağı ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hazırki iddia tələbi 0,46 ha torpaq sahəsinin 1/3 hissədə naturada bölünməsi tələbi ilə bağlıdır. Həmçinin torpaq sahəsi üzərində İddiaçı 1/3 hissədə payı naturada ayrılarkən digə mülkiyyətçilərin də hər birinin torpaq sahələrinə giriş-çıxış yolu nəzərə alınmalıdır. İddiaçının gələcəkdə torpaq sahəsini bir və ya bir neçə şəxsə satacağı təqdirdə, həmin torpaq sahələrinin hər birinə ayrılıqda yol yerinin olubolmaması hazırki mübahisənin predmeti deyil, ona görə də məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi 17 mart 2026-cı il tarixli, 3-21-3-42/2-1562/2026 nömrəli mütəxəssis rəyində göstərilmiş 1 saylı bölgü planına uyğun şəkildə naturada ayrılmalıdır. Məhkəmə araşdırılması zamanı tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,46 ha torpaq sahəsinin naturada bölünməsi ilə bağlı mübahisə mövcuddur ki, iddiaçı mütəxəssis tərəfindən verilmiş bölgü planlarının cavabdehin mənfəətinə xidmət etdiyini, bölgü planlarına uyğun torpaq sahəsinin bölünməsinə etiraz etdiyini bildirmişdir. Cavabdeh tərəf isə mütəxəssis tərəfindən göstərilmiş bölgü planlarına əsasən torpaq sahələrinin naturada bölünməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə reallığı və mövcud vəziyyəti, eləcə də işin hallarını, torpaq sahəsinin naturada ayrılmasına dair məhkəməyə mütəxəssis tərəfindən təqdim olunmuş bölgü planları üzrə tərəflər arasında yaranan fikir ayrılığını və narazılıqları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,46 ha torpaq sahəsindən İddiaçı 1/3 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına (17 mart 2026-cı il tarixli, 3-21-3-42/2-1562/2026 nömrəli mütəxəssis rəyi, yerquruluşu planı 1) uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməsi daha ədalətli, qanuni və məqsədəmüvafiqdir. Belə bölgü, iddiaçının və cavabdehin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Məhkəmə belə qənaətə gələrkən o halı nəzərə alır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,46 ha torpaq sahəsinin naturada bölünməsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən mütəxəssis cəlb olunması barədə qərardadda mütəxəssis qarşısında qoyulan suallarda naturada bölünmə zamanı torpaq sahəsinə giriş-çıxışın nəzərə alınması, sualı qoyulmuş və buna uyğun bölgü planları tərtib edilmişdir. İddiaçı xx.xx.2026-cı il tarixli rəylə verilmiş yerquruluşu planında göstərilmiş yol yeri ilə razı olmadığına görə, yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən yerquruluşu planı tərtib olunmuş və yol yerinin yeri fərqli yerdən göstərilmişdir. Sonuncu məhkəmə iclasında isə iddiaçının vəkili ümumiyyətlə yerquruluşu planında Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına nəzərdə tutulmuş torpaq sahəsinin onlara verilməsini istədiklərini bildirmişdir. Eyni zamanda iddiaçı yerquruluşu planının onun hüquqlarını pozduğunu qeyd etsə də, həmin yerquruluşu planının onların hüquqlarını və mənafelərinə hansı formada pozmasına dair məhkəməyə əsaslı sübut təqdim edə bilməmişdir. Həmçinin Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 oğlu tərəfindən iddia ərizəsinə əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 2/025-162 2007-ci il tarixli qətnaməsi əsasında Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin yerquruluşu Planına baxış keçirilərkən müəyyən olunur ki, həmin yerquruluşu planı da hazırki plana uyğun tərtib olunmuş, hazırki yerquruluşu planı ilə Cavabdeh ayrılması nəzərdə tutulan torpaq sahəsində hər hansı dəyişiklik edilməmişdir. İddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə mülki iş üzrə məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 1 ünvanında yerləşən 0,46 ha yaşayış məntəqələri torpaqlarından Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızının 1/3 hissədə payı müəyyən olunmuşdur. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının və cavabdehlərin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçıya və cavabdehlərə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi alınmış və rəyə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçının, cavabdehlərin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən (17 mart 2026-cı il tarixli, 3-21-3-42/2-1562/2026 nömrəli mütəxəssis rəyi) təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına cavabdehlər torpaq sahəsinin bölgü planlarında göstərilən qaydada bölünməsinə etiraz etsələr də, cavabdeh İddiaçı bunu gələcəkdə torpaq sahəsini bir neçə şəxsə satacağı təqdirdə hər birinə ayrıca yol yerinin verilməsində çətinlik yaranacağı ilə, cavabdeh Murad Umarov isə 3 qardaş olduqlarını və gələcəkdə digər qardaşına da ev tikiləcəyi və torpaq sahəsi öz aralarında yenidən bölünəcəyi təqdirdə yol yerinin verilməsində müəyyən problemlər yaranacağı ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hazırki iddia tələbi 0,46 ha torpaq sahəsinin 1/3 hissədə naturada bölünməsi tələbi ilə bağlıdır. Həmçinin torpaq sahəsi üzərində iddiaçı Cavabdeh 1/3 hissədə payı naturada ayrılarkən digər mülkiyyətçilərin də hər birinin torpaq sahələrinə giriş-çıxış yolu nəzərə alınmalıdır. Cavabdehlərin gələcəkdə torpaq sahəsini bir və ya bir neçə yerə böləcəkləri təqdirdə, həmin torpaq sahələrinin hər birinə ayrılıqda yol yerinin olub-olmaması hazırki mübahisənin predmeti deyil, ona görə də məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi 17 mart 2026-cı il tarixli, 3-21-3-42/2-1562/2026 nömrəli mütəxəssis rəyində göstərilmiş 2 saylı bölgü planına uyğun şəkildə naturada ayrılmalıdır. Belə bölgü iddiaçının və cavabdehlərin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dar mülki iş üzrə iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərci İddiaçı, eləcə də iddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə mülki iş üzrə iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair iddiası təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,46 ha torpaq sahəsindən İddiaçı 1/3 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş ((3-21-3-42/2-1562/2026 nömrəli, 17 mart 2026–cı il tarixli mütəxəssis rəyi, bölgü planı №1) bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iİddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,46 ha torpaq sahəsindən iddiaçı Cavabdeh 1/3 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş ((3-21-3-42/2-1562/2026 nömrəli, 17 mart 2026–cı il tarixli mütəxəssis rəyi, bölgü planı №2) bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Əhmədova (Nəbiyeva) Dilfiruzə Niyazı qızına qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair iddiası təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,46 ha torpaq sahəsindən İddiaçı 1/3 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (3-21-3-42/2-1562/2026 nömrəli, 17 mart 2026–cı il tarixli mütəxəssis rəyi, bölgü planı №1) bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,46 ha torpaq sahəsindən iddiaçı Cavabdeh 1/3 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş ((3-21-3-42/2-1562/2026 nömrəli, 17 mart 2026–cı il tarixli mütəxəssis rəyi, bölgü planı №2) bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1686/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1686/2025
17.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver