Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1786/2025 10.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Məmmədzadə Qı̇ yas İlyas oğlunun cavabdeh Babayev Ramı̇ l Rüfət oğluna qarşı "ümumi paylı mülkiyyətdən payın naturada bölünməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, iddiaçı Məmmədzadə Qı̇ yas İlyas oğlunun iştirakı ilə, iddiaçı Məmmədzadə Qı̇ yas İlyas oğlunun cavabdeh Babayev Ramı̇ l Rüfət oğluna qarşı "ümumi paylı mülkiyyətdən payın naturada bölünməsi" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbi barədə iddia qaldıraraq «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********59: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ümumi paylı mülkiyyətdə olan **********59 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0.35 ha həyətyanı torpaq sahəsi və «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********60: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ümumi paylı mülkiyyətdə olan **********60 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsindən özünə düşən 8/9 hissənin naturada ayrılaraq şəxsi mülkiyyət hüququ əsasında verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********59: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən **********59 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0.35 ha həyətyanı torpaq sahəsi və «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********60: Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ümumi paylı mülkiyyətdə olan **********60 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsi iki nəfərin (İddiaçı (8/9 hissə) və Cavabdeh (1/9 hissə) ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətin iştirakçıları arasında torpaq sahəsinin birgə istifadəsi və paylara uyğun şəkildə naturada bölünməsi barədə ümumi razılıq əldə olunmadığından Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0,35 və 0.30 ha həyətyanı torpaq sahələrindən İddiaçı düşən 8/9 hissənin naturada ayrılaraq xüsusi mülkiyyət hüququ əsasında verilməsi barədə iddia qaldırılmışdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən **********59 resyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********59) İddiaçı (8/9 hissə) və Cavabdeh (1/9 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən **********60 resyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********60) İddiaçı (8/9 hissə) və Cavabdeh (1/9 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli 3-21-3-42/2-604/2026 saylı Mütəxəssis rəyində göstərilmişdir ki, **********59 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0,35 ha hektar həyətyanı torpaq sahəsindən İddiaçı payına (8/9 hissə) uyğun mülkiyyətinə düşən 0,3111 ha, Cavabdeh payına (1/9 hissə) uyğun mülkiyyətinə düşən 0,0389 ha ərazinin naturada ayrılması mümkündür. Ümumi birgə mülkiyyətdə olan 0,35 hektar torpaq sahəsi üzərində olan tikililər bölgüyə əsasən İddiaçı ayrılması nəzərdə tutulan hissənin üzərindədir; **********60 reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0,30 ha hektar həyətyanı torpaq sahəsindən İddiaçı payına (8/9 hissə) uyğun mülkiyyətinə düşən 0,2667 ha, Cavabdeh payına (1/9 hissə) uyğun mülkiyyətinə düşən 0,0333 ha ərazinin naturada ayrılması mümkündür. Ümumi birgə mülkiyyətdə olan 0,30 hektar torpaq sahəsi üzərində tikililər mövcud deyil. (Torpaq sahələrinin koordinatları, ölçüləri və ümumi istifadə olunan yola çıxışı göstərilən ümumi situasiyada plan əlavə edilmişdir.) AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Məmmədzadə Qı̇ yas İlyas oğlu və Babayev Ramı̇ l Rüfət oğlunun ümumi paylı mülkiyyətində olan **********59 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0,35 ha (Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) torpaq sahəsi və **********60 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0.30 ha (Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-21-3-42/2-604/2026 saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 8/9 və 1/9 hissələr üzrə naturada bölünüb Rəyə əlavə edilmiş 1 saylı planda ölçüləri və koordinantları göstərilən 0,3111 ha həyətyanı torpaq sahəsi və 3 saylı planda ölçüləri və koordinantları göstərilən 0,2667 ha torpaq sahəsi naturada ayrılıb iddiaçı Məmmədzadə Qı̇ yas İlyas oğlunun şəxsi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. Məmmədzadə Qı̇ yas İlyas oğlu və Babayev Ramı̇ l Rüfət oğlunun ümumi paylı mülkiyyətində olan **********59 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0,35 ha (Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) və **********60 reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0.30 ha (Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-21-3-42/2-604/2026 saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 8/9 və 1/9 hissələr üzrə naturada bölünsün; Rəyə əlavə edilmiş 1 saylı planda ölçüləri və koordinantları göstərilən 0,3111 ha və 3 saylı planda ölçüləri və koordinantları göstərilən 0,2667 ha torpaq sahəsi naturada ayrılıb iddiaçı Məmmədzadə Qı̇ yas İlyas oğlunun şəxsi mülkiyyətinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1786/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1786/2025
10.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver