Məhkəmə qərarları › İş №e-2(025)-1823/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1823/2025

03.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1823/2025 03.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2 İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək pasport qeydiyyatının ləğv edilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia qaldıraraq ona məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi bina 29, mənzil 23-də (Qəbələ şəhəri, H.Əliyev prospekti 211, M 4, m 1) yerləşən mənzildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi bina 29-da yerləşən 23 nömrəli mənzil xx.xx.2023-cü il tarixdə bağışlanma yolu ilə əldə edilmişdir. Cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin ünvanda yaşamır və iddiaçının tələbi adı çəkilən şəxslərin qeyd olunan ünvanda pasport qeydiyyatının ləğv edilməsi barədədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsinin 5ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət inzibati icraat qaydasında aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müraciətlərə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılması nəzərdə tutulduğundan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi bina 29, mənzil 23-də (Qəbələ şəhəri, H.Əliyev prospekti 211, M 4, m 1) pasport qeydiyyatının ləğv edilməsi məsələsinə inzibati icraat qaydasında baxılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi bina 29, mənzil 23-də (Qəbələ şəhəri, H.Əliyev prospekti 211, M 4, m 1) yerləşən fərdi yaşayış evində pasport qeydiyyatının ləğv edilməsi barədə tələbinə məhkəmədə yox, Qəbələ RPŞ-nin X3 baxılmalıdır. Ona görə də, İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi (pasport qeydiyyatının ləğv edilməsi) tələbi barədə iddia ərizəsi qəbul edilməsindən imtina edilərək geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı həmin tələb barədə Qəbələ RPŞ-nin X4 müraciət etmək hüququ izah edilsin. Nümayəndə tərəfindən X1 hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Nümayəndə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar