Məhkəmə qərarları › İş №e-2(025)-20/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-20/2025

09.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-20/2025 09.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Məcnunovna İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak hüquqlarının pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçı Məcnunovna İddiaçı və Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Məcnunovna İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak hüquqlarının pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı Məcnunovna İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak hüquqlarının pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.1994-cü i il tarixdə vəfat etmiş X6 miras qalmış Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən 0,07 ha torpaq sahəsi üzərindəki yaşayış sahəsi 67,7 kv/m, köməkçi sahəsi 52,8 kv/m, ümumi sahəsi 120,5 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin satılmasından əldə olunmuş vəsait hesabına ona düşən ¼ payın infilyasiya nəzərə alınaraq 70.000,0 manat məbləğində dəyərinin ödənilməsi və 1998-ci ildən indiyədək dəymiş maddi və mənəvi zərərə görə 120.000,0 manat məbləğində kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məcnunovna İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1973cü i ildə X18 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və vəfat edənədək onunla birlikdə yaşamışdır. xx.xx.1994-cü il tarixdə vəfat etmiş X6 miras qalmış Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən 0,07 ha torpaq sahəsi üzərindəki yaşayış sahəsi 67,7 kv/m, köməkçi sahəsi 52,8 kv/m, ümumi sahəsi 120,5 kv/m olan 4 otaqlı fərdi yaşayış evi vərəsəlik üzrə dörd bərabər hissəyə bölünərək ¼ hissədə X10 pay almaq hüququ təsdiq olunmuşdur. Bundan sonra X15 düşən hissə qalan hissədən naturada ayrılmış və təmir olunaraq ayrıca mənzil kimi istifadə olunmuşdur. X18 xx.xx.1998-ci ildə vəfat etmiş və mirasdan ona düşən payın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmamışdır. X17 mirasdan ¼ hissədə pay almış X16 ailə üzvü (arvadı) kimi həmin evin qalan hissəsində yaşamış və bir müddətdən sonra həyətyanı sahələri biri-birindən ayıran daş hasarı sökərək evin və həyətyanı torpaq sahəsinin X15 aid olan hissəsini zəbt etmişdir. Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)293/2010 saylı qətnaməsi ilə Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən fərdi yaşayış evinin ¼ hissəsi üzərində onun vərəsəlik qaydasında hüquqları tanınmış və həmin hissə ayrılaraq ona verilmişdir. X6 miras qalmış Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən 0,07 ha torpaq sahəsi və yaşayış sahəsi 67,7 kv/m, köməkçi sahəsi 52,8 kv/m, ümumi sahəsi 120,5 kv/m olan 4 otaqlı fərdi yaşayış evi qanunsuz olaraq xx.xx.2011-ci il tarixdə tam mülkiyyət hüququ ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə özgəninkiləşdirilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(102)1626/2023 saylı qərarı ilə Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən fərdi yaşayış evi üzərində X11 hüquqlarına dair MA seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış ¼ hissədə ləğv edilmişdir. X19 xx.xx.2023-cü il tarixdə ölmüşdür. X11 hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olması nəticəsində ona böyük məbləğdə maddi (mənzilin kirayə verilməsi yolu ilə əldə edə biləcəyi gəlirləri itirmiş) və mənəvi (uzun çəkən məhkəmə prosesləri və mənzil hüquqlarının pozulması ilə əlaqədar sarsıntılar keçirmiş) zərər dəymişdir. Ona görə də, X11 vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.1994-cü i il tarixdə vəfat etmiş X6 miras qalmış Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən 0,07 ha torpaq sahəsi üzərindəki yaşayış sahəsi 67,7 kv/m, köməkçi sahəsi 52,8 kv/m, ümumi sahəsi 120,5 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin satılmasından əldə olunmuş vəsait hesabına mirasdan ona düşən ¼ payın infilyasiya nəzərə alınaraq 70.000,0 manat məbləğində dəyərinin ödənilməsi və 1998-ci ildən indiyədək dəymiş maddi və mənəvi zərərə görə 120.000,0 manat məbləğində kompensasiya verilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh1 nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.1994-cü i il tarixdə vəfat etmiş X6 miras qalmış Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən 0,07 ha torpaq sahəsi üzərindəki yaşayış sahəsi 67,7 kv/m, köməkçi sahəsi 52,8 kv/m, ümumi sahəsi 120,5 kv/m olan 4 otaqlı fərdi yaşayış evindən X10 ¼ hissədə pay almaq hüququ olmuş, lakin miras başqa vərəsələr (o cümlədən X18) tərəfindən qəbul olunmadığından bütünlüklə X16 vərəsələrinin mülkiyyətinə keçmiş və xx.xx.2011-ci il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 Bakı şəhərində yaşamış və X10 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmasına əsaslanaraq uzun müddət keçəndən sonra miras tələbi barədə iddia qaldırmışdır. Halbuki o, bir gün olsa belə həmin evdə yaşamamış və mənzilin sonrakı təmirində iştirak etməmişdir. Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən 0,07 ha torpaq sahəsi islahat nəticəsində X11 ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və mirasa daxil olmamışdır. Qəbələ şəhəri, Nizami küçəsində yerləşən həmin fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə cəmi 35.000,0 manata satılmışdır. X17 xx.xx.2023-cü il tarixdə ölmüş, Cavabdeh1 ondan qalan mirası qəbul etməmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Qeydiyyat vəsiqəsinin surətinə əsasən Qəbələ şəhəri, Nizami küçəsində yerləşən yaşayış sahəsi 60,7 kv/m, köməkçi sahəsi 51,8 kv/m, ümumi sahəsi 112,5 kv/m olan 4 otaqlı 12 nömrəli fərdi yaşayış evi xx.xx.1996-cı ildə 1/15 nömrəli reyestr kitabında 215 inventar nömrsi ilə daşınmaz əmlakın Dövlət reyestrində X12 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan İşdə olan Qəbələ rayon dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 213-1/2 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən vərəsələr sırasından X15 xx.xx.1994-cü ildə vəfat etmiş X6 miras qalmış Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən fərdi yaşayış evindən ¼ hissədə irs almaq hüququ verilmişdir. İşdə olan İ-JQ 357809 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən Məcnunovna İddiaçı ilə X10 nikahı xx.xx.1973-cü il tarixli akt qeydi ilə bağlanmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ şəhəri, Nizami küçəsi 08-də yerləşən 0,07 ha torpaq sahəsi və ümumi sahəsi 112,5 kv/m olan fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlak obyekti (reyestr nömrəsi:**********22-10301; qeydiyyat nömrəsi: **********) xx.xx.2011-ci il tarixdə X7 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətinə əsasən X13 tam mülkiyyət hüququ ilə məxsus olan Qəbələ şəhəri, Nizami küçəsi 08-də yerləşən 0,07 ha torpaq sahəsinin (reyestr nömrəsi:**********22-10301; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2011) ½ hissəsi (0,35 ha) 50.000,0 manata və həmin torpaq sahəsi üzərindəki yaşayış sahəsi 60,7 kv/m, köməkçi sahəsi 51,8 kv/m, ümumi sahəsi 112,5 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin (reyestr nömrəsi **********22-10301; qeydiyyat nömrəsi: **********) ½ hissəsi (56,25 kv/m) 17.500,0 manata X1. İşdə olan Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətinə əsasən X13 tam mülkiyyət hüququ ilə məxsus olan Qəbələ şəhəri, Nizami küçəsi 08-də yerləşən 0,07 ha torpaq sahəsinin (reyestr nömrəsi:**********22-10301; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2011) ½ hissəsi (0,35 ha) 50.000,0 manata və həmin torpaq sahəsi üzərindəki yaşayış sahəsi 60,7 kv/m, köməkçi sahəsi 51,8 kv/m, ümumi sahəsi 112,5 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin (reyestr nömrəsi **********22-10301; qeydiyyat nömrəsi: **********) ½ hissəsi (56,25 kv/m) 17.500,0 manata X2. İşdə olan AZ-İİ 378005 nömrəli «ölüm haqqında» şəhadətnamənin surətinə əsasən X17 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh2 X17 və X14 törəmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh1 X17 və X14 törəmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-255 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən vərəsələr sırasından Cavabdeh2 xx.xx.2023-cü ildə vəfat etmiş X5 miras qalmış Qəbələ şəhəri, Nəsimi küçəsi 179-da yerləşən 0,06 ha torpaq sahəsi (reyestr nömrəsi: **********84-10301; qeydiyyat nömrəsi: **********) və həmin ünvanda yerləşən ümumi sahəsi 284,1 kv/m olan 3 otaqlı fərdi yaşayış evini tam hissədə pay almaqla əldə etmək hüququ verilmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-256 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən vərəsələr sırasından Cavabdeh2 xx.xx.2023-cü ildə vəfat etmiş X5 miras qalmış buraxılış ili 1998 olan “Mersedes Benz E 240 Minik” markalı ** TG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini (Q/Ş:BD225891) tam hissədə pay almaqla əldə etmək hüququ verilmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli 8i-14741 reyestr nömrəsi ilə qeydə alınmış ərizənin surətinə əsasən vərəsələr sırasından Cavabdeh1 xx.xx.2023-cü ildə vəfat etmiş X8 qalmış miras əmlakı qəbul etməkdən imtina etmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ şəhəri, Nəsimi küçəsi 179-da yerləşən 0,06 ha torpaq sahəsi və 284,1 kv/m fərdi yaşayış evindən ibarət olan vahid daşınmaz əmlak obyekti (reyestr nömrəsi: **********84-10301; qeydiyyat nömrəsi: **********) xx.xx.2024-cü il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)293/2010 saylı qətnaməsinin surətinə əsasən Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən fərdi yaşayış evinin ¼ hissəsi üzərində Məcnunovna İddiaçı vərəsəlik qaydasında hüquqları tanınmış və həmin hissə ayrılaraq ona verilmişdir. İşdə olan AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)1626/2023 saylı qərarının surətinə əsasən xx.xx.1994-cü i il tarixdə vəfat etmiş X6 miras qalmış Qəbələ şəhəri, Nizami küçəsi 12-də yerləşən fərdi yaşayış evi üzərində X7 hüquqlarına dair MA seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış ¼ hissədə ləğv edilmişdir. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X6 miras qalmış Qəbələ şəhəri, Nizami küçəsi 12-də (Nizami küçəsi 08-də) yerləşən fərdi yaşayış evinin ¼ hissəsindən ibarət olan miras əmlaka Məcnunovna İddiaçı hüquqları xx.xx.2010-cu il tarixdə tanınmışdır. X17 həmin daşınmaz əmlak obyekti üzərində tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestr qeydinin (reyestr nömrəsi **********22- 10301; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2011) düzgün olmadığını bildiyi (qeydiyyat tarixinə görə) halda fərdi yaşayış evini xüsusi mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsi ilə birlikdə cəmi 135.000,0 manata sataraq Məcnunovna İddiaçı mülkiyyətdən məhrum etmişdir. xx.xx.2023-cü il tarixdə X7 hüquqlarına dair MA seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış ¼ hissədə ləğv edilmişdir. X19 xx.xx.2023-cü il tarixdə ölmüş, onun mirası Cavabdeh2 tərəfindən tam həcmdə qəbul edilmiş, Cavabdeh1 mirası qəbul etməmişdir. AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Həmin Məcəllənin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Məcnunovna İddiaçı Qəbələ şəhəri, Nizami küçəsi 12-də (Nizami küçəsi 08-də) yerləşən ümumi sahəsi 112,5 kv/m olan fərdi yaşayış evi üzərində X17 ilə birlikdə umumi paylı (¼ hissə və ¾ hissə üzrə) mülkiyyət hüququ və binanın yerləşdiyi 0,07 ha torpaq sahəsindən eyni şərtlərlə və eyni həcmdə istifadə hüququ olmuşdur. AR Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.1-ci madəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən.....əgər paylı mülkiyyətdən payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən.... paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə hesab edir ki, Məcnunovna İddiaçı Qəbələ şəhəri, Nizami küçəsi 12-də (Nizami küçəsi 08-də) yerləşən ümumi sahəsi 112,5 kv/m olan fərdi yaşayış evindən ibarət paylı mülkiyyətdə payı cüzi (¼ hissə) olduğuna, o cümlədən Texniki pasportda qeyd olunan texniki göstəricilərə və mülkiyyətində torpaq sahəsi olmadığına görə həmin payın real surətdə ayrılması açıq-aşkar mümkün olmadığından X7 ona kompensasiya ödəmək vəzifəsi olmuşdur. Məcnunovna İddiaçı öz payının dəyərinin ödənilməsini tələb etmək hüququ olmuş (mad:220.3), lakin mənzilin kirayə verilməsi yolu ilə faydalanmaq hüququ olmamışdır. (mad: 215.1; 215.4; 215.5) AR Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi huquqdan sui-istifadədir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, X17 daşınmaz əmlakın dövlət reyestr qeydinə (sonralar aradan qalxmış əsasa) söykənərək ümumi paylı mülkiyyətdə olan Qəbələ şəhəri, Nizami küçəsi 12-də (Nizami küçəsi 08-də) yerləşən ümumi sahəsi 112,5 kv/m olan fərdi yaşayış evini ümumi paylı mülkiyyətin digər ştirakçısının razılığı olmadan alqı-satqı yolu ilə özgəninkiləşdirməklə huquqdan sui-istifadə etmiş və Məcnunovna İddiaçı hesabına əsassız varlanmışdır. Ona görə də, həmin daşınmaz əmlak obyektinin satılmasından əldə olunan vəsaitin ¼ hissəsi X5 qalmış mirası qəbul edən vərəsə (Cavabdeh2) tərəfindən Məcnunovna İddiaçı qaytarılmalıdır. Paylı mülkiyyətin iştirakçıları arasında indiyədək əmlakdan istifadə hüququnun həyata keçirilməsi ilə bağlı mübahisə olmadığından və həmin evdə yaşayış sahəsindən istifadə qaydaları müəyyən edilmədiyindən Məcnunovna İddiaçı mənzil hüquqlarının pozulması ilə bağlı dəllilləri qəbul edilmir. Mübahisənin davam etdiyi müddətdə qeyd olunan daşınmaz əmlak obyektinin qiymətində əhəmiyyətli artım olduğundan Məcnunovna İddiaçı paylı mülkiyyətin digər iştirakçısı ilə bərabər əlverişli vəziyyətdə olmuş və mənəvi zərər çəkməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh2 33.750,0 (otuz üç min yeddi yüz əlli) manat və 191,0 (yüz doxsan bir) manat dövlət rüsumu alınıb iddiaçı Məcnunovna İddiaçı xeyrinə ödənilsin. Cavabdeh1 qarşı olan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar