Məhkəmə qərarları › İş №e-2(025)-236/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-236/2024

15.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-236/2024 15.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Qəbələ rayon İcra və probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin ləğv olunması, əmlakın qiymətləndirilməsi və yenidən hərraca göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh2 və Qəbələ rayon İcra və probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin ləğv olunması, əmlakın qiymətləndirilməsi və yenidən hərraca göndərilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 2(025)-246/2010 saylı, 05 avqust 2010-cu il tarixli qətnaməyə əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya MH ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 məxsus Qəbələ şəhəri, Natəvan küçəsində 0.06 haş torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi üzrə hərracı davam etdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki e-2(025)-236/2024 nömrəli mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Abbas Əliyev) iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı BOKT MMC-nə, Qəbələ rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin, eyni tələbi bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Məhkəmə iclasında cavabdeh Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi X2 mülki işlər üzrə icraatın birləşməsinə etiraz etmədiyini bildirdi. İddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı BOKT MMC-nin, Qəbələ rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. e-2(025)-236/2024 nömrəli mülki iş isə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, e-2(025)-236/2024 nömrəli iş həmin Məhkəmənin icraatında iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı BOKT MMC-nin, Qəbələ rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin, eyni tələbli bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə e-2(025)-226/2024 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin icraatında İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Qəbələ rayon İcra və probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin ləğv olunması, əmlakın qiymətləndirilməsi və yenidən hərraca göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(025)- 226/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan (hakim Abbas Əliyev) iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı BOKT MMC-nin, Qəbələ rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(025)-226/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin, birləşdirilmiş iş üzrə e-2(025)-226/2024 qeydiyyat nömrəsi saxlanılsın. e-2(025)-236/2024 saylı mülki iş üzrə məhkəmə baxışına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar