Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-29/2025 01.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən payların naturada bölünməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən payların naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən payların naturada bölünməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,68 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ½ hissədə onun (İddiaçı) və ½ hissədə X1 hüquqi varisləri olan cavabdehlər arasında paylarına mütənasib qaydada bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0, 68 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ½ hissədə onun (İddiaçı) və ½ hissədə X1 paylı mülkiyyətindədir. X3 vəfat etmiş və onun hüquqi varisləri olan cavabdehlər ilə paylı mülkiyyətin naturada bölgüsünə dair aralarında razılıq əldə edilməmişdir. Həmin torpaq sahəsinin naturada bölünməsi mümkündür. Belə ki, torpaq sahəsinin naturada bölünməsinə heç bir maneə yoxdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh3 aliment borcunu ödəmədiyinə görə sözügedən torpaq sahəsi ona təklif olunmuş və qeyd olunan torpaq sahəsi qüvvədə oolan qanunvericiliyin tələblərinə uyğun olaraq onun adına rəsmiləşdirilmişdir. Cavabdehlər işi uzaltmaq üçün əsassız olaraq iddia tələbini qəbul etmirlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının ayrılmasını tələb etdiyi torpaq sahəsi onların mülkiyyətidir. İddiaçı saxta sənədlərlə torpağın bir hissəsini öz adına keçirmişdir. İddiaçıya həmin ərazidən hər hansı torpaq verməyəcəklər. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. İddiaçıya aliment borcunu ödəmədiyinə görə həbs edilmiş, daha sonra isə aliment borcunu ödəmişdir. Buna baxmayaraq iddiaçı qanunsuz yollarla torpaq sahəsinin bir hissəsini öz adına keçirmişdir. İddiaçıya torpaq verilməsindən xəbəri olmamışdır və hesab edir ki, iddiaçı saxta yollarla bunu etmişdir. Göstərilənləri nəzərə alıb, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi onların ailələrinin tək ümid yeridir. İddiaçı onların ailələrinin başına oyun açmışdır. Hal-hazırda vəkilləri iddiaçının torpaq sahəsini adına keçirməsinə görə İnzibati məhkəməyə müraciət edəcəkdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,68 ha yaşayış məntəqələri torpaqlarından İddiaçı ½ və X1 ½ hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, AA 625476 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 06 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6669/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,68 ha həyətyanı torpaq sahəsi İddiaçı və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. 0,68 ha torpaq sahəsindən, İddiaçı mülkiyyətinə çıxarışda göstərlimiş payına (1/2 hissədə) uyğun 0,34 hektar, X2 mülkiyyətinə çıxarışda göstərlimiş payına (1/2 hissə) uyğun 0,34 hektar olmaqla payların naturada ayrılması mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/10041 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,68 ha həyətyanı torpaq sahəsi İddiaçı və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. 0,68 ha torpaq sahəsindən, İddiaçı mülkiyyətinə çıxarışda göstərlimiş payına (1/2 hissədə) uyğun 0,34 hektar, X2 mülkiyyətinə çıxarışda göstərlimiş payına (1/2 hissə) uyğun 0,34 hektar olmaqla payların naturada ayrılması mümkündür. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərmişdir ki, X4 xx.xx.1999-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 08 № ilə qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,68 ha yaşayış məntəqələri torpaqlarından İddiaçı ½ və X1 ½ hissədə payları müəyyən olunmuşdur. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının və mərhumə X1 ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçıya düşən payın naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi və ekspert rəyləri alınmış və rəylərlə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçının və mərhum X1 paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən (06 dekabr 2024-cü il tarixli, 3- 21-3-42/2-6669/2024 nömrəli mütəxəssis rəyi) təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahəsinin ayrılmasına iddiaçı etiraz etməmişdir. Cavabdehlər isə ümumiyyətlə torpaq sahəsinin naturada bölgüsünə etiraz etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, torpaq sahəsindən payların mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılması iddiaçının və mərhum X1 vərəsələrinin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 0,68 ha torpaq sahəsinin X1 hüquqi varisləri olan cavabdehlər arasında paylarına mütənasib qaydada bərabər bölünməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X1 vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 paylarına uyğun çıxarış aldıqdan sonra özləri müstəqil qaydada məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydadatutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, DövlətXəzinədarlığıAgentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis və ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,68 ha torpaq sahəsindən İddiaçı ½ hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (06 dekabr 2024-cü il tarixli, 3-21-3- 42/2-6669/2024 nömrəli mütəxəssis rəyi) bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,68 ha torpaq sahəsindən İddiaçı ½ hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (06 dekabr 2024-cü il tarixli, 3-21-3- 42/2-6669/2024 nömrəli mütəxəssis rəyi) bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydadatutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, DövlətXəzinədarlığıAgentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-29/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-29/2025
01.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver