Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-320/2025 02.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar, İddiaçı2, İddiaçı1, X2, İddiaçı4 cavabehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçılar, İddiaçı2 və İddiaçı1, onların vəkili Vəkil, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar, İddiaçı2, İddiaçı1, X2, İddiaçı4 cavabehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçılar, İddiaçı2, İddiaçı1, X2, İddiaçı4 cavabehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia qaldıraraq yeddi nəfərin ümumi paylı mülkiyyətdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********67-10301; Qeydiyyat tarixi: xx.xx.2024-cü il; Qeydiyyat nömrəsi: **********) əsasən ümumi paylı mülkiyyətdə olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.53 ha həyətyanı torpaq sahəsindən hər birinə düşən 1/7 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********67- 10301; Qeydiyyat tarixi: xx.xx.2024-cü il; Qeydiyyat nömrəsi: **********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,53 ha həyətyanı torpaq sahəsi onun yeddi nəfərdən ibarət olan ailə üzvlərinin (İddiaçı2, Cavabdeh1, İddiaçı4, Cavabdeh3, Cavabdeh2, X2 və İddiaçı1) ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətin iştirakçıları arasında torpaq sahəsinin birgə istifadəsi və paylara uyğun şəkildə naturada bölünməsi barədə ümumi razılıq əldə olunmadığından «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********67- 10301; Qeydiyyat tarixi: xx.xx.2024-cü il qeydiyyat tarixli; Qeydiyyat nömrəsi: **********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,53 ha həyətyanı torpaq sahəsindən hər birinə düşən 1/7 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətə verilməsi barədə iddia qaldırılmışdır. İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********67- 10301; Qeydiyyat tarixi: xx.xx.2024-cü il; Qeydiyyat nömrəsi: **********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,53 ha həyətyanı torpaq sahəsi İddiaçı2 yeddi nəfərdən ibarət olan ailə üzvlərinin (İddiaçı2, Cavabdeh1, İddiaçı4, Cavabdeh3, Cavabdeh2, X2 və İddiaçı1) ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətin iştirakçıları arasında torpaq sahəsinin birgə istifadəsi və paylara uyğun şəkildə naturada bölünməsi barədə ümumi razılıq əldə olunmadığından «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********67-10301; Qeydiyyat tarixi: xx.xx.2024-cü il qeydiyyat tarixli; Qeydiyyat nömrəsi: **********) əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,53 ha həyətyanı torpaq sahəsindən hər birinə düşən 1/7 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətə verilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh2 izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********67-10301; Qeydiyyat tarixi: xx.xx.2024-cü il; Qeydiyyat nömrəsi: **********) əsasən ümumi paylı mülkiyyətdə olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.53 ha həyətyanı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2253/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 2;3;4;5;6;7;8 nömrəli Yerquruluşu planında göstərilən qaydada yeddi bərabər hissəyə bölünərək 4 nömrəli planda yeri və ölçüləri göstərilən ərazinin şəxsi mülkiyyətinə verilməsinə razıdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,53 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********67-10301) İddiaçı2, Cavabdeh1, İddiaçı4, Cavabdeh3, Cavabdeh2, X2 və İddiaçı1 adına ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2253/2025 saylı Mütəxəssis rəyinə əsasən İddiaçı2, Cavabdeh1, İddiaçı4, Cavabdeh3, Cavabdeh2, X2 və İddiaçı1 ümumi i paylı mülkiyyətlərində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən, **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0,53 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən tikililər nəzərə alınmadan 1/7 bölgü normasına uyğun naturada bölünməsi Rəyə əlavə edilmiş 2;3;4;5;6;7;8 nömrəli Yerquruluşu planında göstərilən qaydada mümkündür. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/3965 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı2, Cavabdeh1, İddiaçı4, Cavabdeh3, Cavabdeh2, X2 və İddiaçı1 ümumi paylı mülkiyyətlərində olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən, **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0,53 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən tikililər nəzərə alınmadan 1/7 bölgü normasına uyğun naturada bölünməsi AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 3-21-3-42/2-2253/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 2;3;4;5;6;7;8 nömrəli Yerquruluşu planında göstərilən qaydada mümkündür. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,53 ha (reyestr nömrəsi: **********67-10301) həyətyanı torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2253/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 2;3;4;5;6;7;8 nömrəli Yerquruluşu planında göstərilən qaydada 1/7 (0,0757 ha) hissə üzrə bölünməli və 2;5;7;8 nömrəli planda göstərilən uyğun ölçülər üzrə naturada ayrılıb müvafiq olaraq İddiaçı2, İddiaçı1, İddiaçı4, X1 hər birinin şəxsi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,53 ha (reyestr nömrəsi: **********67-10301) həyətyanı torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2253/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 2;3;4;5;6;7;8 nömrəli Yerquruluşu planında göstərilən qaydada 1/7 (0,0757 ha) hissə üzrə bölünsün və 2;5;7;8 nömrəli planda göstərilən uyğun ölçülər üzrə naturada ayrılıb müvafiq olaraq İddiaçı2, İddiaçı1, İddiaçı4, X1 hər birinin şəxsi mülkiyyətinə verilsin. İşdə ekspertiza xərci təşkil edən 100 (bir) manat İddiaçı2, İddiaçı1, X2, İddiaçı4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutlaraq Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-320/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-320/2025
02.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver