Məhkəmə qərarları › İş №e-2(025)-350/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-350/2024

23.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-350/2024 23.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi birgə torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın müəyyən olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçıvəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi birgə torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi birgə torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu ərazisindən 0.27 ha, 0.26 ha və 0.17 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrufatının bağı təyinatlı torpaq sahələrinə görə verilmiş JN-342G, kod 40601004, JN-342H, kod 40601004 və JN-342F, kod 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dairŞəhadətnamələrdə ona düşən torpaq payının müəyyən edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Rizvanova(Ədilova) Sevinc Əli qızına xx.xx.1981-ci ildə Qutqaşen(indiki Qəbələ) rayonunda anadan olmuşdur. 1999-cu il tarixində X7 ilə ailə qurmuşdur və soyadını“Rizvanova” kimi qeyd etdirmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarları ilə ona, Ədilova(Rizvanova) Sevinc Əli qızına, X8(mərhum atası), X3(mərhum anası), Cavabdeh2 və Cavabdeh1Qəbələ şəhəriərazisindən 0.27 ha, 0.26 ha və 0.17 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrufatının bağı təyinatlı torpaq sahələrinə görə JN- 342G, kod 40601004, JN-342H, kod 40601004 və JN-342F, kod 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. Onu da qeyd edir ki, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin əsilləricavabdeh şəxslərdədir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdəki birgə mülkiyyətçilərdən atası X10 xx.xx.2015ci il tarixində qan dövranı çatmamazlığından və anası X4 xx.xx.2019-cu il tarixində beyin infarktından vəfat etmişlər. Hal-hazırda o, cavabdehlərlə birlikdə yaşamadığından və torpaq islahatı zamanı digər cavabdehlərlə birlikdə ona verilmiş torpaq sahələrinin isə bölgüsü aparılmadığından, paylar müəyyən olunmadığından, mübahisəli olduğundan mülkiyyətçi kimi ona düşən torpaq sahəsindən istifadə edə bilmir. Həmin torpaq sahələrindən ona düşəcək torpaq payının müəyyən edilməsini istəyir, lakin cavabdehlərlə razılıq olmadığından könüllü olaraq bölmək mümkün deyil. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bacısı Sevinci əsassız iddia qaldırdığını bildirib, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyərək və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-342H nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5birgə mülkiyyətinə Qəbələ rayonu ərazisində 0,26 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-342G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5 birgə mülkiyyətinə Qəbələ rayonu ərazisində 0,27 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-342F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5 birgə mülkiyyətinə Qəbələ rayonu ərazisində 0,17 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, 3-16-5/7-Ə-5xx-xx/2023 nömrəli “Ölüm haqqında” arayışdan görünür ki, X1029aprel 2015-ci ildə ölmüşdür və ölüm haqqında 29aprel 2015-ci ildə 41 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, 3-16-5/7-Ə-5xx-xx/2023 nömrəli “Ölüm haqqında” arayışdan görünür ki, X4 10 may 2019-cu ildə ölmüşdür və ölüm haqqında 22 may 2019-cu ildə 18 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin23 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, JN-342H, JN-342G və JN-342F saylı “Torpağın mülkiyyətəverilməsinə dair” şəhadətnamələrə əsasən birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin araşdırılan halları ilə müəyyən olunur ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylıqərarı ilə X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5birgə mülkiyyətinə Qəbələ rayonu ərazisində 0,26 ha, 0,27 ha və 0,17 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri üzərində payçıların mülkiyyət hüququ JN-342H nömrəli (kod: ********); JN-342G nömrəli (kod: ********) və JN-342F nömrəli (kod: ********)«Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr ilə rəsmiləşdirilmişdir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahəsi üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından, İddiaçı qeyd olunan torpaq sahəsində payı müəyyən olunmadığı üçün hazırkı tələblə, başqa sözlə torpaq sahəsindən payının müəyyən olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan X10xx.xx.2015ci il tarixdə“qan dövranı çatmamazlığı”ndan, X410 may 2019-cu il tarixdə “beyin infarktı”nda nvəfat etmişdir. Məhkəmə qeyd edir ki, JN-342H nömrəli (kod: ********), JN-342G nömrəli (kod: ********) və JN-342F nömrəli (kod: ********)şəhadətnamələrilə X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5 birgə mülkiyyətinə Qəbələ rayonu ərazisində 0,26 ha, 0,27 ha və 0,17 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsində payların müəyyən olunmasına dair İddiaçı iddia tələbi əsaslıdır. Qanunvericiliyin mənasından göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 5 nəfər bərabər birgə mülkiyyətçisi olduğundan, torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan İddiaçı payı da 1/5 hissə üzrə müəyyən olunmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-342H nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5 birgə mülkiyyətə verilmiş 0,26 ha İddiaçı payı 1/5 (0,052 ha) hissə üzrə; Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-342G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5 birgə mülkiyyətə verilmiş 0,27 ha İddiaçı payı 1/5 (0,054 ha) hissə; Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-342F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5 birgə mülkiyyətə verilmiş 0,17 ha İddiaçı payı 1/5 (0,034 ha) hissə üzrə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-342H nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5 birgə mülkiyyətə verilmiş 0,26 ha İddiaçı payı 1/5 (0,052 ha) hissə üzrə; Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-342G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5 birgə mülkiyyətə verilmiş 0,27 ha İddiaçı payı 1/5 (0,054 ha) hissə üzrə; Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-342F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X1, X2, Cavabdeh2, Cavabdeh1 və X5 birgə mülkiyyətə verilmiş 0,17 ha İddiaçı payı 1/5 (0,034 ha) hissə üzrə müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar