Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-373/2025 11.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon aqrar islahat komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə iddiaçının ailəsinə paylı mülkiyyət hüququ əsasında JN-379A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə verilmiş 0,47 ha paylı mülkiyyətdən payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmə baxışı təyin edilmədən geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə, iddiaçının vəkili Vəkil iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. X2 Haqqında Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində pul ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263- 264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Qərara a l d ı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Hacıyev X1 tərəfindən "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-373/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-373/2025
11.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver