Məhkəmə qərarları › İş №e-2(025)-398/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-398/2024

30.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-398/2024 30.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaqdan istifadəyə maneələrə son qoyulması, yolun açılması, cavabdehin torpaq sahəsindən çıxarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, torpaqdan istifadəyə maneələrə son qoyulması, yolun açılması, cavabdehin torpaq sahəsindən çıxarılması və qanunsuz tikilinin sökülməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, iddiaçının etibarnamə üzrə nümayəndəsi (atası) X5, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaqdan istifadəyə maneələrə son qoyulması, yolun açılması, cavabdehin torpaq sahəsindən çıxarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dairiddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Tüntül kəndində DƏDRX-in Qəbələ Ərazi İdarəsindən verilən ********** reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus 1.1394 ha torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması, yolun açılması, cavadehin həmin torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-in Qəbələ Ərazi İdarəsindən verilən ÇİXARİŞ-a əsasən onun Qəbələ rayon Tüntül kəndində 1.1394 ha torpaq sahəsi mövcuddur. Lakin kənd sakini Cavabdeh onun mülkiyyətində olan 1.1394 ha torpaq sahəsinin təxmini 0.03 ha hissəsi zəbt etmiş və həmin hissədə qanunsuz mişar daşı ilə iki tikili tikmişdir. Bundan əlavə ona məxsus torpaq sahəsinə keçmək üçün yol yerini də bağlanmışdır. Həmin 1.1394 ha torpaq sahəsi DƏDRX-in Qəbələ Ərazi İdarəsindən verilən ********** reyestr nömrəli ÇİXARİŞ-a əsasən onun mülkiyyətindədir. Torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğundan cavadbehə tikilmiş tikilinin sökülməsini və zəbt olunmuş sahənin ona qaytarılmasını barədə həm yazılı, həm də şifahi xəbərdarlıq etməyinə baxmayaraq bugünə qədər heç bir addım atılmamışdır. Bununla bağlı cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən topraq sahəsində olan tikililər sökülməmiş və həmçinin öz cavab məktubu ilə torpaq sahəsinin ona məxsus olmasını əsas gətirərək pozulmuş hüququnu bərpa etməkdən imtina etmişdir.Hətta yazılıq xəbərdarlıqdan sonra cavabdeh cavab məktubu ilə torpağın onun mülkiyyəti olduğunu bildirmiş və bununla bağlı anlaşılmayan plan sxem təqdim etmişdir. Cavabdehin ona məxsus olan torpaq sahəsini hüquq əsas olmadan zəbt etməsi onun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində o, mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuş; buna görə də zəbt edilmiş həmin torpaq sahəsində tikilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməli, onun torpaq sahəsindən istifadə etməyiüçün mövcud olan maneələr aradan qaldırılmalı və torpaq sahəsi ona təhvil verilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və iddiaçının etibarnamə üzrə nümayəndəsi (atası) X7 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 10 il Tüntül kəndində bələdiyyə sədri işəmiş, nümunəvi əməkdaş olmuşdur. Torpaq islahatı zamanı Tüntül kəndində hər kəsə 37 sot yer düşüb, onun da 8 sotu Məlikli kəndi ərazisindədir. Kərimov Şakirin 1,37 ha torpaq sahəsi var. O, torpağı 2000-ci ildə almışdır. İddiaçı isə 2005-ci ildə almışdır. O, 4 ha torpaq sahəsini tutub, həmin yerə onun 1993-cü ildə köşkü olmuşdur. İddiaçı xəritələri, sənədləri saxtalaşdırmışdır. Orda onun sahibkarlıq üçün 2 sot yeri var. İddia etdiyi yerə əsas yoldan 3 girişi var. Göstərilənləri nəzərə alıb iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh torpağa sənədi 2012-ci ildə alıb, iddiaçı isə 2013-cü ildə almışdır. İddiaçının iddia etdiyi yerdə yol yeri hec vaxt olmamışdır. Cavabdeh orada tikinti işləri aparandan sonra yol yeri açmışdır. Həmçinin iddiaçının torpaq sahəsinə başqa yerlərdən də yol yeri var. İddiaçı mülkiyyətinə qəsdə görə deyil, prinsipə görə cavabdehi məhkəməyə vermişdir. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin şöbə müdiri X8 ifadəsində göstərmişdir ki, əsas yol hər ikisinə nəzərdə tutulmuşdur. Lakin iddiada qeyd edilən yol yeri İddiaçı həm öz mülkiyyətindən yer yol yeri açıb, həm də nəzərdə tutulan yerdən yol yeri var. İddiaçı öz mülkiyyətindən yol yerləri müəyyən edib. Nəzərdə tutulmuş yol yerinin 35 kv.metri cavabdehin istifadəsindədir. Həmin yol yeri əvvəldən də nəzərdə tutulmuş yol yeridir. Əvvəldən İddiaçı Şəhadətnamə ilə həmin torpaq sahəsi verilib. Cavabdeh də bələdiyyəyə müraciət edib sahibkarlıq məqsədi ilə 200 kv.metr ərazi götürüb, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, lakin həmin plan-ölçüyə dair Çıxarış almayıb. O, Çıxarış alanda nəzərə alınacaq, düzləşdirmə aparılacaq. Çalışıb mülkiyyətə toxunmadan tərəflərlərlə razılaşdırmaqla sənədləşmə işəri aparılacaq. Bələdiyyənin sənədi var, plan-ölçü sənədi var. Plan-ölçü texniki sənəddir və cavabdeh Çıxarış almamışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsi var. 4-cü sualın cavabı 4-cü cizgidə göstərilib, həmən yolu iddiaçı öz mülkiyyətindən ayırıb. Sadəcə həmin yolun əsas yola birləşdiyi yerdə 35 kv.metr cavabdehin istifadəsindədir. Həmin yer hasarla bağlanmayıb, lakin müəyyən maneələr var. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Tüntül kəndində yerləşən 1,1394 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsitərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə, B193129 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Cavabdeh adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş A 390222 nömrəli torpaq sahəsinin planı və ölçüsündə Qəbələ rayonu Tüntül kəndində onun mülkiyyətində yerləşən 200.00 kv.m sahibkarlıq fəaliyyəti məqsədli torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları, 1:500 miqyasında planı (cizgisi) əksini tapmışdır. İşdə olan 24 dekabr 2001-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akt-a əsasən, Qəbələ rayonu, Tüntül kəndi ərazisində Cavabdeh 0,02 ha torpaq sahəsi satılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16iyul 2024-cü il tarixli, 3-21-3-42/2-3885/2024 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki,

1. xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-ına əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,02 ha və İddiaçı mülkiyyətinə verilmiş 1,1394 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir.

2. xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-ina əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,02 ha və İddiaçı mülkiyyətinə verilmiş 1,1394 ha həyətyanı torpaq sahələrinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,1394 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmişdir.

4. İddiaçının açılmasını tələb etdiyi yol yeri **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı xüsusi mülkiyyətindən bölgü planları əsasında digər mülkiyyətlərinə yol yeri kimi ayrılmış torpaq sahəsidir. İddiaçının açılmasını tələb etdiyi yol yeri həmçinin Cavabdeh xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən adına tərtib edilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

5. İddiaçının açılmasını tələb etdiyi yol yeri **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı xüsusi mülkiyyətindən bölgü planları əsasında digər mülkiyyətlərinə yol yeri kimi ayrılmış torpaq sahəsi və Cavabdeh xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən adına tərtib edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6184 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-ına əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,02 ha və İddiaçı mülkiyyətinə verilmiş 1,1394 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-ina əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,02 ha və İddiaçı mülkiyyətinə verilmiş 1,1394 ha həyətyanı torpaq sahələrinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,1394 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. İddiaçının açılmasını tələb etdiyi yol yeri **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı xüsusi mülkiyyətindən bölgü planları əsasında digər mülkiyyətlərinə yol yeri kimi ayrılmış torpaq sahəsidir. İddiaçının açılmasını tələb etdiyi yol yeri həmçinin Cavabdeh xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən adına tərtib edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının açılmasını tələb etdiyi yol yeri **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı xüsusi mülkiyyətindən bölgü planları əsasında digər mülkiyyətlərinə yol yeri kimi ayrılmış torpaq sahəsi və Cavabdeh xx.xx.2012-ci il tarixli, AN- 390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən adına tərtib edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı nümayəndəsi X7 tərəfindən Cavabdeh İddiaçı məxsus torpaq sahəsində tikilmiş tikilinin tam sökülmədiyi və zəbt olunmuş sahədə müdaxiləyə könüllü son qoyulmadığı halda, yol yeri açılmadığı halda tərəflərindən barəsində müvafiq tədbir görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli məktubunu oxumuş və məktubda göstərilənləri qəbul etməmişdir. Həmçinin, İddiaçı mübahisəli ərazinin xəritəsini göndərmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu Tüntül kəndində 1,1394 ha torpaq sahəsi verilmişdir. Eyni zamanda Cavabdeh 24 dekabr 2001-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akt-a əsasən, Qəbələ rayonu, Tüntül kəndi ərazisində 0,02 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə dair Cavabdeh adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş A 390222 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Lakin iddiaçı, həmin torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. İddiaçımülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulmasını, yolun açılmasını, cavadehin həmin torpaq sahəsindən çıxarılmasını və cavabdeh tərəfindən tikilmiş tikilinin cavabdehin hesabına sökülməsini tələb edirlər. Cavabdeh isə yol yerinin onun mülkiyyətində olduğunu, iddiaçının iddia etdiyi yol yerinin ümumiyyətlə olmadığını qeyd etmişdir. Məhkəmə tərəfindən mübahisənin həlli üçün mütəxəssis və ekspert rəyləri almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6184 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6184 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-ına əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,02 ha və İddiaçı mülkiyyətinə verilmiş 1,1394 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>a əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,02 ha və İddiaçı mülkiyyətinə verilmiş 1,1394 ha həyətyanı torpaq sahələrinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,1394 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. İddiaçının açılmasını tələb etdiyi yol yeri **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı xüsusi mülkiyyətindən bölgü planları əsasında digər mülkiyyətlərinə yol yeri kimi ayrılmış torpaq sahəsidir. İddiaçının açılmasını tələb etdiyi yol yeri həmçinin Cavabdeh xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən adına tərtib edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının açılmasını tələb etdiyi yol yeri **********90 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı xüsusi mülkiyyətindən bölgü planları əsasında digər mülkiyyətlərinə yol yeri kimi ayrılmış torpaq sahəsi və Cavabdeh xx.xx.2012-ci il tarixli, AN- 390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən adına tərtib edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən mütəxəssis rəyində və ekspert rəyində göstərilmiş “İddiaçının açılmasını tələb etdiyi yol yeri həmçinin Cavabdeh xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən adına tərtib edilmiş torpaq sahəsi ilə üstüstə düşür.” cümləsini dəqiqləşdirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin şöbə müdiri X6 şahid qismində dindirmişdir. Arif Rəsulov izahatında göstərmişdir ki, iddiaçının açılmasını tələb etdiyi yol yerinin 35 kv.metri cavabdehin istifadəsindədir. Həmin yol yeri əvvəldən də nəzərdə tutulmuş yol yeridir. Əvvəldən İddiaçı Şəhadətnamə ilə həmin torpaq sahəsi verilib. Göründüyü kimi İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu Tüntül kəndində verilmiş 1,1394 ha torpaq sahəsinə yol yerinin olması və həmin yol yerinin 35 kv.m hissəsinin cavabdehin istifadəsində olması işin mübahisəsiz halıdır və mütəxəssis rəyi, ekspert rəyi və şahidin ifadəsi ilə sübuta yetirilməkdədir. Mütəxəssis və ekspert rəyində göstərilmiş “İddiaçının açılmasını tələb etdiyi yol yeri həmçinin Cavabdeh xx.xx.2012-ci il tarixli, AN-390222 saylı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən adına tərtib edilmiş torpaq sahəsi ilə üst-üstə düşür” cümləsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Hazırki iş üzrə iddiaçının adına hal-hazırda qüvvədə olan mülkiyyət sənədi mövcuddur ki, həmin mülkiyyət sənədi ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsininə gedən yol yerinin (ekspert rəyində dəqiq göstərilmişdir) cavabdehin istifadəsində olduğu AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6184 saylı ekspert rəyi və mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh iddia tələbi ilə razılaşmadığını göstərsə də, mübahisəli torpa sahəsinin mülkiyyətində olmasını təsdiləyən heç bir sənədi (torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə, çıxarış və s.) təqdim etməmişdir. Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinin tələbindən göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka aid digər hüqular dövlət qeydiyyatına alınmalıdır. Lakin cavabdeh mülkiyyət hüququnun pozulduğunu qeyd etsə də, ümumiyyətlə mülkiyyət hüquları dövlət qeydiyyatına alınmamışdır. Nəticə olaraq əsassız olaraq heç bir mülkiyyət hüququnu təsdiqləyən sənəd təsdiq etmədən mülkiyyət hüquqlarının pozulmasını iddia edir. Cavabdehin məhkəməyə təqdim etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” texnik sənəd olmaqla, mülkiyyət hüququnu təsdiq etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. İşin faktiki hallarından göründüyü kimi iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən şəxs (iddiaçı) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Nəticədə, mübahisəli yol yeri rəsmi olaraq qüvvədə olan mülkiyyət sənədinə əsasən iddiaçının mülkiyyətində olmaqla cavabdeh tərəfindən istifadə edildiyi təsdiq olunur. Belə bir halda, cavabdehin gələcəkdə iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edən sənəd alması və həmin sənəd əsasında iddiaçının iddia etdiyi yol yerinin onun mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi ehtimalına görə iddiaçının hazırki vəziyyətdə sübutlarla təsdiq edilməklə müəyyən olan hüquqları pozula bilməz. Məhkəmə yuxarıda qeyd edilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Beləliklə, iddiaçının iddia tələbindən görünür ki, iddiaçımülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun istifadəsinəcavabdehlər tərəfindən törədilən manelərə son qoyulmasınıvə yol yerinin açılmasını tələb edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsinəgediş-gəliş yolu ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yerinin 35 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Bu səbəbdən Cavabdehtərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yol yeri açılmalı və həmin yol yerinə Cavabdehtərəfindən maneələrə son qoyulmalıdır. Beləliklə, iddiaçınınmülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçıların iddia etdikləri maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən iddia tələbitəmin edilməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan mütəxəssis rəyinə iddiaçılara və onların ailə üzvlərinə məxsus torpaq sahələrinə gedən yol yerinin 0,0823 hektar hissəsi cavabdeh X1 istifadəsindədir və cavabdeh X2tərəfindən tutulmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş dövlət rüsumu və ödənilmiş mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı mülkiyyətinə verilmiş Qəbələ rayonu Tüntül kəndində yerləşən 1.1394 ha torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə törədilən maneələrə son qoyulmalı, cavadeh həmin torpaq sahəsindən çıxarılmalı, yol yeri açılmalı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 16 iyul 2024-cü il tarixli, 3-21-3-42/2-3885/2024 nömrəli mütəxəssis rəyinin №4 əlavəsində göstərilən formada) və cavabdeh tərəfindən tikilmiş tikili Cavabdeh hesabına sökülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı mülkiyyətinə verilmiş Qəbələ rayonu Tüntül kəndində yerləşən 1.1394 ha torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə törədilən maneələrə son qoyulsun, cavadeh həmin torpaq sahəsindən çıxarılsın, yol yeri açılsın (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 16 iyul 2024-cü il tarixli, 3-21-3-42/2-3885/2024 nömrəli mütəxəssis rəyinin №4 əlavəsində göstərilən formada) və cavabdeh tərəfindən tikilmiş tikili Cavabdeh hesabına sökülsün. İddia üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis xərcləri iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar