Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-409/2025 24.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı «X3” PHŞ-nin Cavabdeh qarşı müqavilə üzrə istifadəyə verilmiş əmlakın geri alınması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçı «X3” PHŞ-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, iddiaçı «X3” PHŞnin Cavabdeh qarşı müqavilə üzrə istifadəyə verilmiş əmlakın geri alınması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X3” PHŞ Cavabdeh qarşı müqavilə üzrə istifadəyə verilmiş əmlakın geri alınması barədə iddia qaldıraraq “X3” PHŞ ilə Cavabdeh arasında bağlanmış “Özünəməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/00460 nömrəli müqavilə əsasında özünüməşğulluğa cəlb olunan şəxsə təhvil verilən aktivlərin (1 ədəd yuma aparatı-Təzyiq:200 bar; İşləmə təzyiqi: 30-200bar; Axın surəti: 15 LT; Motor gücü: 5,5 KW /7.5 Hp, gərginlik: 380V/3, İş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki, avtomobil salonu təmizləməkdən ötrü, 34-35 WD-M 220-240 VAC 50/6HZ 1200W, Xcort XVC0130), 1 ədəd köpük mayepüskürtmə çəni (75 Lt, FENG FF-Q909A) və 1 ədəd hava kompressoru (50 LT, 2,5HP, gərginlik: 220-240V 50 HZ, güc: 735W (1HP); Həcm: 501/dəq, Xcort XACD50) təyinatı üzrə istifadə edilməməsi və dəyişdirilməsi səbəbindən eyni növ və kəmiyyətdə natura şəkilində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X3” PHŞ-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, “X3” PHŞ ilə Cavabdeh arasında bağlanmış “Özünəməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/00460 nömrəli müqavilə əsasında Agentlik tərəfindən Cavabdeh “avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivlər (1 ədəd yuma aparatı-Təzyiq:200 bar; İşləmə təzyiqi: 30- 200bar; Axın surəti: 15 LT; Motor gücü: 5,5 KW /7.5 Hp, gərginlik: 380V/3, İş ölçüləri:73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran( texniki, avtomobil salonu təmizləməkdən ötrü, 34-35 WD- M 220-240 VAC 50/6HZ 1200W, Xcort XVC0130), 1 ədəd köpük mayepüskürtmə çəni (75 Lt, FENG FF-Q909A) və 1 ədəd hava kompressoru ( 50 LT, 2,5HP, gərginlik: 220-240V 50 HZ, güc: 735W (1HP); Həcm: 501/dəq, Xcort XACD50) bir il müddətində təyinatı üzrə istifadə edildikdən sonra şəxsi mülkiyyətinə keçməsi şərti ilə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə Agentlik tərəfindən aparılan monitorinq nəticəsində Cavabdeh həmin avadanlıqlardan biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyərək bir qismini üçüncü şəxsin istifadəsinə verdiyi, bəzilərini isə dəyişdirildiyi müəyyən edilmişdir. Ona görə də, xx.xx.2022-ci il tarixli 2022/ÖM/00460 nömrəli müqavilə əsasında Cavabdeh təhvil verilmiş “avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivlərin Agentliyə qaytarılması haqqında iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, “Özünəməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/00460 nömrəli müqavilə əsasında “X3” PHŞ Agentlik tərəfindən ona “avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aavadanlıqlar ( 1 ədəd yuma aparatı, 1 ədəd tozsoran, 1 ədəd köpük mayepüskürtmə çəni və 1 ədəd hava kompressoru bir il müddətində təyinatı üzrə istifadə edildikdən sonra şəxsi mülkiyyətinə keçməsi şərti ilə təhvil verilmişdir. Həmin avadanlıqlar təhvil alındıqdan sonra onun tərəfindən 1 il 7 ay müddətində biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə edilmiş və bir hissəsi istismar prosesində xarab olduğuna görə hazırda istifadəsi dayandırılmışdır. Həmin hissələrin təmiri səmərəli olmadığından avadanlıqların qalan hissəsini sataraq anası üçün həyatı vacib olan əlil arabası almışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan “X3” PHŞ Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında bağlanmış “Özünəməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/00460 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən özünüməşğulluğun təşkili üçün Filial özünüməşğulluğa cəlb olunmuş Cavabdeh “avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivlərin (1 ədəd yuma aparatı- Təzyiq:200 bar; İşləmə təzyiqi: 30-200bar; Axın surəti: 15 LT; Motor gücü: 5,5 KW /7.5 Hp, gərginlik: 380V/3, İş ölçüləri:73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran( texniki, avtomobil salonu təmizləməkdən ötrü, 34-35 WD-M 220-240 VAC 50/6HZ 1200W, Xcort XVC0130), 1 ədəd köpük mayepüskürtmə çəni ( 75 Lt, FENG FF-Q909A) və 1 ədəd hava kompressoru (50 LT, 2,5HP, gərginlik: 220-240V 50 HZ, güc: 735W (1HP); Həcm: 501/dəq, Xcort XACD50) natura şəklində verilməsini təmin edir. Müqavilənin 2.2-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunan şəxs 1 il müddətində ona təhvil verilən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən Filial özünüməşğulluğa cəlb olunan şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verir. İşdə olan xx.xx.2023-cü il tarixli “Özünüməşğulluğa cəlb olunan şəxsin fəaliyyətinin yekun monitorinqi” Aktının surətinə əsasən AR ƏƏSMN X1 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən Qəbələ şəhərində keçirilən monitorinq zamanı özünüməşğulluğun təşkilindən ötrü Cavabdeh təhvil verilən avadanlıqların (1 ədəd yuma aparat, 1 ədəd tozsoran, 1 ədəd köpük mayepüskürtmə çəni və 1 ədəd hava kompressoru) bir yerdə yığıldığı və 1 ay müddətində istifadəsiz qaldığı, biznes-plana uyğun fəaliyyətdə olmadığı aşkar edilmişdir. (Cavabdeh avadanlıqların başqa şəxsə məxsus olan obyektdə saxlandığını və həmin yerdə onunla birlikdə fəaliyyət göstərdiyini qeyd etmişdir). AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. “Məşğulluq haqqında” AR Qanunun 24.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 6 (altı) ay ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, AR ƏƏSMN «X3” PHŞ tərəfindən xx.xx.2022-ci il tarixli 2022/ÖM/00460 nömrəli müqavilə üzrə özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparmadığından müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyətinin təqdim edilmiş biznes-plana uyğun olmadığı müəyyən edilməmişdir. “Özünəməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/00460 nömrəli müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən özünüməşğulluğa cəlb olunmuş Cavabdeh həmin tarixdən etibarən təqdim edilmiş biznes-plana uyğun fəaliyyət göstərmək öhdəliyinə xitam verilmişdir. Ona görə də, iddiaçı AR ƏƏSMN «X3” PHŞ həmin müqavilə üzrə özünüməşğulluğa cəlb olunan şəxs, Cavabdeh təhvil verilən avadanlıqların geri qaytarılmasını tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-409/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-409/2025
24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver