Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-41/2025 06.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh4 Gümşüd qızı və qeyrilərinə qarşı “umumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh4 Gümşüd qızı və qeyrilərinə qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh4 Gümşüd qızı və qeyrilərinə qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia qaldıraraq dörd nəfərin ümumi paylı mülkiyyətdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********20; Qeydiyyat tarixi: xx.xx.2021-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********20; Qeydiyyat tarixi: xx.xx.2021-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsi onun veyrilərinin (Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3) ümumi paylı mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin payına uyğun hissəsindən istifadə etməsinə digər payçılar tərəfindən imkan verilməyərək faktiki surətdə mülkiyyətdən məhrum edilmişdir. Torpaq sahəsin paylara uyğun şəkildə dörd yerə bölünərək ona düşən hissənin ayrılması barədə digər payçılarla razılığa gələ bilməmişdir. Ona görə də, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********20; Qeydiyyat tarixi: xx.xx.2021-ci il qeydiyyat tarixli; Qeydiyyat nömrəsi: **********) əsasən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsindən ona düşən 1/4 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətinə verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh2 izahatında göstərmişdir ki, Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı ümumi birgə mülkiyyət hüququndan və yaranması əsasından paylı mülkiyyətin digər iştirakçılarının məlumatı olmamışdır. Həmin torpaq sahəsinin hüquqi statusuna dair «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» (Reyestr nömrəsi: **********20; Qeydiyyat tarixi: xx.xx.2021-ci il; Qeydiyyat nömrəsi: **********) qanunsuz olduğundan ləğv edilməlidir. AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1027/2025 saylı Mütəxəssis rəyinə əsasən torpaq sahəsinin ¼ və ¾ hissələr üzrə bölgü planı hüquqların Dövlət qeydiyyatına alınması üçün əsas deyil. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Hacallı kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********20) Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və İddiaçı adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1027/2025 saylı Mütəxəssis rəyinə əsasən Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0,34 ha (reyestr nömrəsi: **********20) həyətyanı torpaq sahəsindən İddiaçı çıxarışda göstərilmiş payına (1/4) uyğun mülkiyyətinə 0,0850 hektar, cavabdehlər, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 çıxarışda göstərilmiş paylarına (3/4) uyğun birgə mülkiyyətə 0,2550 hektar verilməklə əlavə edilmiş 3 və 4 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılması mümkündür. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/2094 saylı ekspert rəyində göstərilmişdir ki, Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0,34 ha (reyestr nömrəsi: **********20) həyətyanı torpaq sahəsindən İddiaçı çıxarışda göstərilmiş payına (1/4) uyğun mülkiyyətinə 0,0850 hektar, cavabdehlər, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 çıxarışda göstərilmiş paylarına (3/4) uyğun birgə mülkiyyətə 0,2550 hektar verilməklə AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2- 1027/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3 və 4 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılması mümkündür. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0,34 ha (reyestr nömrəsi: **********20) həyətyanı torpaq sahəsinin 1/4 hissəsi (0,0850 ha) AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1027/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və İddiaçı ümumi paylı mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,34 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********20; Qeydiyyat tarixi: xx.xx.2021-ci il; Qeydiyyat nömrəsi: **********) 1/4 hissəsi (0,085 ha) AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3- 21-3-42/2-1027/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-41/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-41/2025
06.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver