Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-414/2024 13.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: payın müəyyən olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndələri Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə torpaq sahələrindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AlK-nin xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə verilmiş JN-530 F saylı, JN-530 H saylı və JN- 530 G saylı şəhadətnamələrlə verilmiş 0.47 hektar, 0.03 hektar və 0.46 hektar torpaq sahələri üzərində payçıların paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİK-nin xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə mərhum X5na (ölüm şəhadətnaməsi AZ-İ № 232900), mərhum anası X2 (ölüm haqqında şəhadətnamə AZ-İ № 288854), bacısı İddiaçı1 və İddiaçı2 Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində JN-530 F saylı şəhadətnamə üzrə 0.47 hektar, JN-530 H saylı şəhadətnamə üzrə 0.03 hektar, JN-530 G saylı şəhadətnamə üzrə 0.46 hektar torpaq sahəsi onların paylı mülkiyyətinə verilmişdir. Qeyd olunan JN-530 F saylı, JN-530 H saylı və JN-530 G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr üzrə mülkiyyətçilərdən - X5 xx.xx.2007-ci il tarixdə, anası X4 xx.xx.2008-ci il tarixdə vəfat etdikdən sonra qeyd olunan ümumi paylı mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi həm mülkiyyətçilərin paylarının və həm də mərhum payçılardan miras qalmış torpaq üzərində vərəsə paylarının müəyyən edilməsini istəslər də cavabdehin maneələrisəbəbindən müvafiq dövlət orqanlarında əməliyyat aparılması mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndələri Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın əsassız olduğunu bildirib, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçıların nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyərək və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-530F nömrəli (kod:4061628) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə X6, X1, İddiaçı1 Baxdı qıızının və İddiaçı2 Baxdı oğlunun birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində0,47 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-530H nömrəli (kod: 4061628) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə X6, X1, İddiaçı1 Baxdı qıızının və İddiaçı2 Baxdı oğlunun birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində 0,03 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-530G nömrəli (kod: 4061628) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə X6, X1, İddiaçı1 Baxdı qıızının və İddiaçı2 Baxdı oğlunun birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində 0,46 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 21 fevral 2024-cü il tarixdə verilmiş 3-16-5/7-47/2024 nömrəli arayışdan görünür ki, İddiaçı1 xx xxxxxxx 1960-cı ildə Qəbələ rayonun Nohurqışlaq kəndində anadan olmuşdur. Bu barədə 24 oktyabr 1960-cı il tarixdə Qəbələ rayon Tüntül kənd icra nümayəndəliyi tərəfindən 111 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5, anası X3r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 21 fevral 2024-cü il tarixdə verilmiş 3-16-5/7-47/2024 nömrəli arayışdan görünür ki, İddiaçı2 oğlu 04 yanvar 1970ci ildə Qəbələ rayonun Nohurqışlaq kəndində anadan olmuşdur. Bu barədə 06 yanvar 1970-ci il tarixdə Qəbələ rayon Tüntül kənd icra nümayəndəliyi tərəfindən 01 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5, anası X3r. İş materiallarında olan Qəbələ rayon VVAD şöbəsinin 10 mart 2007-ci il tarixdə verdiyi AZ- İ 232900 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 07 mart 2007-ci il tarixdə “ürək çatışmamazlığı”ndan vəfat etmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 16 aprel 2008-ci il tarixdə verdiyi AZ-İ 288854 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 15 aprel 2008-ci il tarixdə “beyinə qansızma”dan vəfat etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, JN-530F nömrəli (kod: 4061628) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə və Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə X6, X1, İddiaçı1 Baxdı qıızının və İddiaçı2 Baxdı oğlunun birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində 0,47 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi, JN-530H nömrəli (kod: 4061628) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bundan başqa JN-530G nömrəli (kod: 4061628) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə və Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə X6, X1, İddiaçı1 Baxdı qıızının və İddiaçı2 Baxdı oğlunun birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində 0,46 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 21 fevral 2024-cü il tarixdə verilmiş 3-16-5/7- 47/2024 nömrəli arayışla müəyyən olunur ki, İddiaçı1 xx xxxxxxx 1960-cı ildə və İddiaçı2 oğlu 04 yanvar 1970-ci ildə Qəbələ rayonun Nohurqışlaq kəndində anadan olmuşlar. Bu barədə 24 oktyabr 1960-cı il tarixdə Qəbələ rayon Tüntül kənd icra nümayəndəliyi tərəfindən 111 nömrəli,06 yanvar 1970-ci il tarixdə 01 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Onların X5, anası X3r. Qəbələ rayon VVAD şöbəsinin 10 mart 2007-ci il və16 aprel 2008-ci tarixli “Ölüm haqqında şəhadətnamə”lərdən müəyyən edilir ki, X9 07 mart 2007-ci il tarixdə “ürək çatışmamazlığı”ndan, X4 isə 15 aprel 2008-ci il tarixdə “beyinə qansızma”dan vəfat etmişlər. Qanunvericiliyin sadalanan normalarını və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Qəbələ rayon AlK-nin xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə verilmiş JN-530 F saylı, JN-530 H saylı və JN-530 G saylı şəhadətnamələrlə verilmiş 0.47 hektar, 0.03 hektar və 0.46 hektar torpaq sahələri üzərində payçıların paylarının müəyyənolunmasına dair iddiaçılar İddiaçı1 və İddiaçı2iddia tələbi əsaslıdır. Qanunvericiliyin mənasından göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 4 nəfər bərabər birgə mülkiyyətçisi olduğundan, paylı mülkiyyətçilərin torpaq sahəsinə hər birinin torpaq payı 1/4 hissə üzrə müəyyən olunmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-530F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X6, X1, İddiaçı1 Baxdı qızının və İddiaçı2 birgə mülkiyyətə verilmiş 0,47 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, mərhum X6 və mərhum X1 hər birinin payı 1/4 (0,1175 ha) hissə üzrə, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-530H nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X6, X1, İddiaçı1 Baxdı qızının və İddiaçı2 birgə mülkiyyətə verilmiş 0,03 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, mərhum X6 və mərhum X1 hər birinin payı 1/4 (0,0075 ha) hissə üzrə, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-530G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X6, X1, İddiaçı1 Baxdı qızının və İddiaçı2 birgə mülkiyyətə verilmiş 0,46 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, mərhum X6 və mərhum X1 hər birinin payı 1/4 (0,115 ha) hissə üzrə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-530F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X6, X1, İddiaçı1 Baxdı qızının və İddiaçı2 birgə mülkiyyətə verilmiş 0,47 ha torpaq sahəsindən iddiaçılarİddiaçı1 və İddiaçı2, mərhum X6 və mərhum X1 hər birinin payı 1/4 (0,1175 ha) hissə üzrə; Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-530H nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X6, X1, İddiaçı1 Baxdı qızının və İddiaçı2 birgə mülkiyyətə verilmiş 0,03 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, mərhum X6 və mərhum X1 hər birinin payı 1/4 (0,0075 ha) hissə üzrə; Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə JN-530G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən X6, X1, İddiaçı1 Baxdı qızının və İddiaçı2 birgə mülkiyyətə verilmiş 0,46 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2, mərhum X6 və mərhum X1 hər birinin payı 1/4 (0,115 ha) hissə üzrə müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-414/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-414/2024
13.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver