Məhkəmə qərarları › İş №e-2(025)-425/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-425/2024

19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-425/2024 19.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3rşı “miras əmlakdan payın naturada ayrılıb verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X3rşı “miras əmlakdan payın naturada ayrılıb verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X3rşı “miras əmlakdan payın naturada ayrılıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestr nömrəsi **********793 olan xx.xx.2024-cü il tarixli çıxarışda hüquq sahibləri siyahısında göstərilən 3/4 hissə torpaq sahəsinin həmin çıxarışda göstərilən 1.16 hektar sahədən naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar islahat keçirilən zaman Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 03 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində 4 nəfər ailə üzvülərinə 1.16 hektar torpaq sahəsi verilmişdir. Payçılardan atası X10 və anası X9 vəfat etmişlər. xx.xx.2023-cü il tarixdə reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan çıxarışda göstərilən 1.16 hektar torpaq sahəsində “payların müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-754/2023 saylı qətnaməyə əsasən xx.xx.2023-cü il tarixli əsasən ümumi paylı mülkiyyətə verilmiş Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 1.16 hektar torpaq sahəsində payı 1\4 hissədə müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Qəbələ rayon məhkəməsinin xx.xx.2023 -cü il tarixli 2(025)-754/2023 saylı qətnaməsinə əsasən reyestr nömrəsi **********93 olan payların 1\4 hissədə müəyyən edilmiş Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid olan 1.16 hektara qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Paylar müəyyən edildikdən sonra payçılardan mərhum atası X5 və mərhum anası X4 vərəsələri olaraq notariat orqanında xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********93 olan çıxarış almışdır. Ancaq cavabdehin torpaq sahəsinin naturada ayrılıb verilməsi işindən qəsdən yayınması səbəbindən əməliyyat aparılması mümükün olmamışdır. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ümumi birgə mülkiyyətdə olan əmlaka pay ayrılması mülkiyyətçilər arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Cavabdehin günahı üzündən əməliyyatın aparılması mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********93 saylı çıxarış üzrə 1.16 ha torpaq sahəsindən 2/4 hissədə miras payının və 4/1 hissədə mülkiyyət payının ümumi olaraq 3/4 hissədə payların naturada ayrılmasını istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Karamova Raisi Vaçikovna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1,16 ha həyətyanı torpaq sahəsindən İddiaçı ¾ hissədə, X6 ¼ hissədə payları müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 10 may 2024-cü il tarixli, 3-21-3-42/2-2514/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1,16 ha torpaq sahəsi İddiaçı və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. 1,16 ha torpaq sahəsindən İddiaçı çıxarışda göstərilmiş payına (3/4) uyğun mülkiyyətinə 0,87 hektar, cavabdeh X2 çıxarışda göstərlimiş payına (1/4) uyğun mülkiyyətinə 0,29 hektar olmaqla payların naturada ayrılması mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4873 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1,16 ha torpaq sahəsi İddiaçı və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. 1,16 ha torpaq sahəsindən İddiaçı çıxarışda göstərilmiş payına (3/4) uyğun mülkiyyətinə 0,87 hektar, cavabdeh X2 çıxarışda göstərlimiş payına (1/4) uyğun mülkiyyətinə 0,29 hektar olmaqla payların naturada ayrılması mümkündür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13fevral 2024-cü il tarixli, 3-21-3-42/2-K- 00xx-xx/2024 nömrəli məktubda göstərilmişdir ki, paylı, ümumi birgə mülkiyyətdə olan əmlaka payın ayrılması barədə müvafiq saziş və ya məhkəmə qərarı ilə birlikdə qeydiyyat orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1,16 ha həyətyanı torpaq sahəsindən İddiaçı ¾ hissədə, X6 ¼ hissədə payları müəyyən olunmuşdur. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının və cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçıya və cavabdehə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi və ekspert rəyləri alınmış və rəylərlə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçının və cavabdehin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən (10 may 2024-cü il tarixli, 3-21-3-42/2-2514/2024 nömrəlimütəxəssis rəyi) təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasınaiddiaçı etiraz etməmişdir. Cavabdeh isə məhkəmə iclarlarında iştirak etməyərək mütəxəssis tərəfindən təklif olunan qaydada torpaq sahəsinin ayrılmasına münasibət bildirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, torpaq sahəsindən payların mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılması iddiaçının və cavabdehin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdeh X7 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis və ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1,16 ha torpaq sahəsindən İddiaçı 3/4 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (10 may 2024-cü il tarixli, 3-21-3- 42/2-2514/2024 nömrəli mütəxəssis rəyi) bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onaverilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1,16 ha torpaq sahəsindən İddiaçı ¾ hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (10 may 2024-cü il tarixli, 3-21-3- 42/2-2514/2024 nömrəli mütəxəssis rəyi) bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdeh X7 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, DövlətXəzinədarlığıAgentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar