Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-43/2025 09.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: cehiz əşyalarının məcburi qaydada çıxarılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının məcburi qaydada torpaq sahəsindəki quraqlıq kimi olan tikilidən çıxarılması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,qardaşı X1 gəlinləri Cavabdeh ilə 2011-ci ildə nikahlarını qeydə almışlar və Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-787/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqları X5 anasının yanında saxlanılmış və uşağa görə ayda 130 manat olmaqla aliment tutulması qət edilmişdir. Hal-hazırda Cavabdeh valideynlərinə məxsus evdə yaşayır, uşağı Cəsur da onun himayəsindədir. Lakin özü valideynlərinə məxsus evə köçməsinə baxmayaraq fərdi yaşayış evinə gətirdiyi cehiz əşyalarını aparmamış və hazırda torpaq sahəsində olan quraqlıq kimi nəzərdə tutulan tikilidə saxlanılır. Cavabdehə dəfələrlə könüllü olaraq gəlib cehiz əşyalarını aparmalarını təklif etsələr də, heç bir nəticəsi olmamışdır. Həmçinin, cehiz əşyalarının olduğu Qəbələ rayonu, Yemişanlı kəndindəki 0.4588 ha torpaq sahəsinə onun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********44 olan Çıxarış və B№172014 olan Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdehin cehiz əşyalarını aparmaması torpaq sahəsinin və üzərində olan tikililərin mülkiyyətçisi kimi onun hüquqlarını pozur. Eyni zamanda o, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşamasına baxmayaraq, yay fəslində və hərdən ailəsi ilə birlikdə Qəbələ rayonu, Yemişanlı kəndindəki evində yaşayır. Cavabdeh məxsus cehiz əşyalarının saxlanıldığı tikilidə müəyyən təmir işləri görmək istəsə də, cavabdehə məxsus cehiz əşyaları orada olduğundan buna mane olur. Cavabdeh şəxs isə cehiz əşyalarını özü könüllü aparmadığı üçün, məhkəmə qaydasında məcburi qaydada çıxarılmalıdır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2011-ci ildə Yemişanlı kəndinə Daşdıyev Elimdara ərə getmişdir. Gəlin köçərkən də cehiz aparmışdır. Cehiz əşyalarının içərisində bir ev üçün lazım olan hər şey olmuşdur. 2020-ci ilin sentyabr ayının 15-də həmin evdən çıxmışdır. Qaynanası ilə yoldaşı övladının ölümünün 40 günlüyündə onu həmin evdən qovub çıxarmışlar, bir daha da həmin evə girməyə icazə verməmişlər. Cehizini də könüllü çıxarmaq istəsə də, qoymamışlar. Həmçinin onun cehiz əşyaları öz otağındadır və heç kim əşyaları çıxara bilməzlər. Həmçinin həmin ev keçmiş qaynının yox, onların evləri olmuşdur. Həmin evi atasının köməkliyi ilə özü mal-heyvana baxaraq, yumurta sataraq tikmişlər. Qaynının özünə qaynatası baxmışdır. Onun özünə ev tikib yaşamaq üçün onlara verməsi inandırıcı deyil. İndiki zamanda qardaş qardaşa bir çörək alıb verə bilmir, qaldı ki, ev verə. İddiaçının siyahı da yazdıqları ilə də razı deyildir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, cehiz əşyalarının saxlanıldığı torpaq sahəsi və quraqlıq iddiaçı, yəni qardaşı İddiaçı mülkiyyətindədir. Cavabdehə dəfələrlə cehiz əşyalarının çıxarılması tələbini irəli sürsələr də, cavabdeh əşyaları çıxarmamışdır. Belə olub qardaşı onları məhkəməyə vermişdir. Həmçinin cavabdeh fərdi yaşayış evinin onların birgə nikah dövründə tikildiyini qeyd etsə də, bununla bağlı aralarında məhkəmə mübahisələri olmuş və məhkəmə qətnaməsi ilə cavabdehin dedikləri sübuta yetirilməmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının vəkilinin və etibarnamə üzrə nümayəndəsinin və cavabdehinizahatlarını, şahidin ifadələrini dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********44 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Yemişanlı kəndində 0.4588 ha kənd təsərrüfatı təyinatlı torpaqları daşınmaz əmlakın dövlət reyestrində 282 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)- 1117/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh X3 qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair iddia tələbi təmin edilməmişdir. “Elektron Məhkəmə” informasiya sistemində olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-2034/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)-1117/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlanır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. «Akimova Azərbaycana qarşı» işdə də Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları vəəsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlarda «mülkiyyət» kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öztələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasənbir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar atətbiq edilməli hüquqnormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Məhkəmənin mövqeyi: Beləliklə, işin halları ilə müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsində olan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması və iddiaçı tərəfindən inşa edilməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-1117/2021 nömrəli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh X3 qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə tərəfindən iddia tələbi rədd edilmişdir. İddia tələbinin rədd edilməsinə səbəb isə sözügedən fərdi yaşayış evinin hazırkı iş üzrə İddiaçı mülkiyyətində olmasının məhkəmə zamanı sübuta yetirilməsi olmuşdur. Bu səbəbdən Cavabdeh cehizin saxlanıldığı fərdi yaşayış evinin onunla X2 birgə nikah dövründə tikilməsi barədə dedikləri həqiqəti əks etdirmir və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-1117/2021 nömrəli qətnaməsi ilə təkzib olunur. Belə ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi iddiaçının qardaşı X4 ilə Cavabdeh nikahları rəsmi qaydada pozulmuşdur. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində yaşamır, lakin cehiz əşyaları İddiaçı məxsus torpaq sahəsində yerləşən talvarda (quraqlıq kimi olan tikilidə)qalmışdır. Məhkəmə mülkiyyət hüququnun müdafiə edilməsini nəzərdə tutan maddi hüquq normalarına əsaslanmaqla iddianın əsaslı olması qənaətinə gəlir. Çünki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, cehiz əşyalarının saxlanıldığı talvar (quraqlıq kimi olan tikili), həmçinin fərdi yaşayış evivə onların yerləşdikləri torpaq sahələri iddiaçıya məxsusdur və cavabdehin əşyalarının həmin talvarda (quraqlıq kimi olan tikilidə)qalması üçün hüquqi zəmin yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə zamanı məhkəməyə cehiz əşyalarının adı və sayının göstərildiyi sihayı təqdim etmişdir. Bununla bağlı cavabdehə izah edilir ki, iddia ərizəsində qeyd olunan cehiz əşyalarından sayı, vəziyyəti və digər xüsusiyyətləri ilə bağlı onun hazırkı iş üzrə iddiaçıya qarşı iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək, həmin sübutlara qiymət verərkən həqiqətin müəyyən edilməsinin məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunmasını, mülki prosesin özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığını nəzəra almaqla belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus torpaq sahəsində yerləşən talvardan (quraqlıq kimi olan tikilidən) Cavabdeh məxsus cehiz əşyaları cavabdeh tərəfindən məcburi qaydada çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus torpaq sahəsində yerləşən talvardan (quraqlıq kimi olan tikilidən) Cavabdeh məxsus cehiz əşyaları cavabdeh tərəfindən məcburi qaydada çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-43/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-43/2025
09.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver