Məhkəmə qərarları › İş №e-2(025)-461/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-461/2025

05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-461/2025 05.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X7 iddiaçı X2 cavabdehlər, Cavabdeh4 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək pasport qeydiyyatının ləğv edilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 cavabdehlər, Cavabdeh4 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək pasport qeydiyyatının ləğv edilməsi tələbi barədə iddia qaldıraraq X3 məxsus olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsində 1965-ci ildə onun tərəfindən tikilən 2 otaq və yardımçı təsərrüfat tikililəri olan 1 mərtəbəli fərdi yaşayış evində Cavabdeh4, Cavabdeh1 Siyavuş qızı, Cavabdeh3 Tənzil oğlu və Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunaraq pasport qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-1179/2023 saylı qətnaməsi ilə Cavabdeh4, Cavabdeh1 Siyavuş qızı, Cavabdeh3 Tənzil oğlu və Cavabdeh2 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində X6 tərəfindən 1965-ci ildə tikilmiş 2 otaq və yardımçı təsərrüfat tikililəri olan 1 mərtəbəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmışdır və iddiaçının tələbi adı çəkilən şəxslərin qeyd olunan ünvanda pasport qeydiyyatının ləğv edilməsi barədədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsinin 5ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət inzibati icraat qaydasında aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müraciətlərə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılması nəzərdə tutulduğundan Cavabdeh4, Cavabdeh1 Siyavuş qızı, Cavabdeh3 Tənzil oğlu və Cavabdeh2 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsində 1965-ci ildə tikilən 2 otaq və yardımçı təsərrüfat tikililəri olan 1 mərtəbəli fərdi yaşayış evində pasport qeydiyyatının ləğv edilməsi məsələsinə inzibati icraat qaydasında baxılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdehlər, Cavabdeh4, Cavabdeh1 Siyavuş qızı, Cavabdeh3 Tənzil oğlu və Cavabdeh2 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsində 1965-ci ildə tikilən 2 otaq və yardımçı təsərrüfat tikililəri olan 1 mərtəbəli fərdi yaşayış evində pasport qeydiyyatının ləğv edilməsi barədə tələbinə məhkəmədə yox, Qəbələ RPŞ-nin X8 baxılmalıdır. Ona görə də, iddiaçı X2 cavabdehlər, Cavabdeh4 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək pasport qeydiyyatının ləğv edilməsi tələbi barədə iddia ərizəsi qəbul edilməsindən imtina edilərək geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı X2 cavabdehlər, Cavabdeh4 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək pasport qeydiyyatının ləğv edilməsi tələbi barədə iddia ərizəsi qəbul edilməsindən imtina edilərək geri qaytarılsın. İddiaçı X4 həmin tələb barədə Qəbələ RPŞ-nin X9 müraciət etmək hüququ izah edilsin. Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar