Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-475/2023 25.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” PHŞ-nin Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadəyə verilən aktivlərin geri qaytarılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” PHŞ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” PHŞ-nin Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” PHŞ Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 04 noyabr 2020-ci il tarixində 2020/Ö/M-32 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 22 (iyirmi iki) baş keçinin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 04 noyabr 2020-ci il tarixində 2020/Ö/M-32 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 109607, 109601 birka nömrəli 2 (iki) baş təkə və 109915, 109997, 109782, 109598, 109632, 109779, 109861, 109711, 109651, 109646, 109659, 109879, 109588, 109590, 109862, 109692, 109953, 109623, 109865, 109592 birka nömrəli 20 (iyirmi) baş keçi və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 10 avqust tarixli aktla vətəndaş Cavabdeh “keçiçilik təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 11 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və2021-ci il 27 oktyabr tarixli aralıq və 2021-ci il 11 noyabr tarixli yekun monitorinq aktlarına əsasən Cavabdeh verilmiş “keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 109607, 109601 birka nömrəli 2 (iki) baş təkə və 109915, 109997, 109782, 109598, 109632, 109779, 109861, 109711, 109651, 109646, 109659, 109879, 109588, 109590, 109862, 109692, 109953, 109623, 109865, 109592 birka nömrəli 20 (iyirmi) baş keçi aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci il 27 dekabr tarixli **********01 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” PHŞ-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh 15 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahatında göstərmişdir ki, ona X1 22 baş keçi verilmişdir. Həmin keçilər ona verildikdən bir müddət sonra 8 başı tələf olmuşdur. O, bu barədə kənd icra nümayəndəliyinə məlumat vermişdir. Həmçinin bu barədə baytar həkimin də məlumatı olmuşdur. Yerdə qalan 14 baş keçi də qoca heyvanlar olmuşdur. Onları da bir-bir, iki-iki olmaqla satmışdır. Satmasına səbəb də, maddi vəziyyətinin pis olması olmuşdur. Belə ki, övladı xəstə imiş, hər dəfə onu həkimlərə aparanda həkimlərin yazdığı resepti almaq üçün pulu olmadığına görə satmışdır. Keçiləri bir il ərzində satmışdır. Yoxlamaq üçün məşğulluğun işçiləri gələndə artıq keçilər olmamışdır. Ancaq fikri var ki, pulu olanda həmin keçilərin yerinə alıb yenilərini qoyacaqdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, cavabdehin əvvəlki məhkəmə iclasındakı izahatını nəzərə alıb, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 04 noyabr 2020-ci il tarixli, 2020/Ö/M-32 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24cü maddəsinə uiyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər istifadəyə verilən aktivlərin geri qaytarılmasıın özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 11 saylı Məşğulluq Mərkəzi ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair” təhvil-təhsil “AKT”ından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 11 saylı Məşğulluq Mərkəzinin əməkdaşı X3 və özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh tərəfindən imzalanmış aktdan görünür ki, Cavabdeh tərəfindən 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə təhvil alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 oktyabr 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Qəbələ rayonu, Yemişanlı kəndində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılmış və müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh maldarlıq təsərrüfatı məqsədilə 2 (iki) baş təkə, 20 (iyirmi) baş keçi və 400 kg qarışıq yem verilmişdir. Lakin yoxlama zamanı müəyyən olunmuşdur ki, Cavabdeh bu müddət ərzində verilən keçiləri satmışdır. Yoxlama zamanı 22 baş keçi aşkar edilməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 noyabr 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi aktından görünür ki, Qəbələ rayonu, Yemişanlı kəndində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılmış və müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh maldarlıq təsərrüfatı məqsədilə 2 (iki) baş təkə, 20 (iyirmi) baş keçi və 400 kg qarışıq yem verilmişdir. Lakin yoxlama zamanı müəyyən olunmuşdur ki, Cavabdeh bu müddət ərzində verilən keçiləri satmışdır. Yoxlama zamanı 22 baş keçi aşkar edilməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı tərəfindən Cavabdeh ünvanlanmış 27 dekabr 2022-ci il tarixli, **********1 nömrəli məktubdan görünür ki, Cavabdeh ilə özünüməşğulluğunu təmin etmək məqsədi ilə 04 noyabr 2020-ci il tarixində 2020/ÖM-32 nömrəli müqavilə bağlanılaraq kənd təsərrüfatı istiqamətləri üzrə “keçiçilik” zərfi çərçivəsində əmlak təqdim edilmişdir. “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 24.1.5-ci bəndinə uyğun olaraq monitorinq zamanı sizə verilmiş istifadəyə verilən aktivlərin geri qaytarılmasıdan sözügedən müqavilənin 3.2-ci bəndinin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyi (özgəninkiləşdirdiyi) aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq, Agentlik tərəfindən verilmiş istifadəyə verilən aktivlərin geri qaytarılmasıı məktub ona təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarmağı, bu mümkün olmadıqda isə həmin istifadəyə verilən aktivlərin geri qaytarılmasıın dəyərini bu məktubu aldığı tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanaraq Agentliyin xəzinə hesabına (əlavə olunur) pul vəsaiti şəklində köçürməyi tələb olunmuşdur. Əks təqdirdə sözügedən Qaydanın 9.2-ci bəndinə və onunla bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə tələb ediləcəyi bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: “X4” PHŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində 1 (bir) il monitorinqini aparır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən isə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115.1-ci maddəsində qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, iddiaçı “X4” PHŞ tərəfindən 04 noyabr 2020-ci il tarixli, 2020/Ö/M-32 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən “Keçilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 109607, 109601 birka nömrəli 2 (iki) baş təkə və 109915, 109997, 109782, 109598, 109632, 109779, 109861, 109711, 109651, 109646, 109659, 109879, 109588, 109590, 109862, 109692, 109953, 109623, 109865, 109592 birka nömrəli 20 (iyirmi) baş keçi və 400 kq qarışıq yem natura şəklində Cavabdeh verilmişdir. Lakin monitorinq yoxlamaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh “X4” PHŞ tərəfindən özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən ona natura şəklində verilmiş 22 (iyirmi iki) baş keçini satmışdır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 22 (iyirmi iki) baş keçi vermiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə riayət etməyərək heç bir əsas olmadan özünün deməsinə görə 14 baş keçini maddi imkansızlıqdan satmışdır. Bu hal işə əlavə edilmiş sənədlərlə, eyni zamanda cavabdehin izahatı ilə də təsdiq olunur. Həmçinin cavabdeh 8 baş keçinin xəstələnərək tələf olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclası zamanı sədrlik edən tərəfindən iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmışdır ki, bildirirsiniz ki, 22 baş keçinin cavabdehin deməsinə görə 14 başı tərəfindən satılmış, 8 başı isə tələf olmuşdur. Belə olduğu halda keçilər olmadıqda həmin keçilərin dəyərini tələb etmək istəmirsinizmi soruşulmuşdur. İddiaçı isə keçilərin yalnız natura şəklində qaytarılmasına dair Agentlikdən göstərişin olduğunu bildirmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 24 noyabr 2020-ci il tarixli, 2020/Ö/M-32 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 22 (iyirmi iki) baş keçi alınaraq natura şəklində “X4” PHŞ-nə verilməlidir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayonunun, Tikanlı kəndinə qeydiyyatda olmaqla yaşayan xx.xx.1988-ci ildə anadan olmuş Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 24 noyabr 2020-ci il tarixli, 2020/Ö/M-32 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 22 (iyirmi iki) baş keçi alınaraq natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” PHŞ-nə verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia qiymətləndirilməyən iddiadır və buna görə qanunvericilikdə 100 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı belə bir rüsumu ödəməkdən azad olunduğundan, həmçinin iddia təmin edildiyindən həmin qiymətləndirilməyən iddia üçün ödənilməli olan 100 mana rüsum cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Qəbələ rayonunun, Yemişanlı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1988-ci ildə anadan olmuş Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 24 noyabr 2020-ci il tarixli, 2020/Ö/M-32 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 22 (iyirmi iki) baş keçi alınaraq natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” PHŞ-nə verilsin. Cavabdeh qiymətləndirilməyən iddianın qiyməti olan 100 manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-475/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-475/2023
25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver