Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-605/2025 23.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçın cavabeh Cavabdeh qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia qaldıraraq ümumi paylı mülkiyyətdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (Reyestr nömrəsi: **********275; Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ümumi paylı mülkiyyətdə olan Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsindən ona düşən 6/7 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********75; Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi 6/7 hissə ona və qalan 1/7 hissə isə Cavabdeh məxsus olmaqla ümumi paylı mülkiyyətindədir. Aralarında torpaq sahəsinin birgə istifadəsi və paylara uyğun şəkildə naturada bölünməsi barədə ümumi razılıq əldə olunmadığından «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (Reyestr nömrəsi: **********75; Qeydiyyat tarixi: xx.xx.2025-ci il qeydiyyat tarixli; Qeydiyyat nömrəsi: **********) əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsindən ona düşən 6/7 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətə verilməsi barədə iddia qaldırılmışdır. Cavabdeh izahatında göstərmişdir ki, atasından miras qalmış Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsindən ona 1/7 hissədə yox, 1/6 hissədə pay düşmüşdür. Ona görə də, torpaq sahəsinin 1/7 və 6/7 hissələr üzrə ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınması qanunsuz hesab edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (Reyestr nömrəsi: **********75; Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) ləğv edilməli və torpaq sahəsinin 1/6 hissəsi ayrılıb onun şəxsi mülkiyyətinə verilməlidir. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********75) Cavabdeh (1/7 hissə) və İddiaçı (6/7 hissə) adına ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-42/2-3124/2025 saylı Mütəxəssis rəyinə əsasən Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0,30 ha (reyestr nömrəsi: **********75) həyətyanı torpaq sahəsinin 3;4 nömrəli Yerquruluşu planında göstərilən qaydada 6/7(0,2571 ha) və 1/7 ( 0,0429 ha) hissə üzrə naturada bölgüsü mümkündür. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0,30 ha (reyestr nömrəsi: **********75) həyətyanı torpaq sahəsinin 6/7 hissəsi (0,2571 ha) AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-3124/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3;4 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh və X1 ümumi paylı mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********75; Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) 6/7 hissəsi (0,2571 ha) AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-3124/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3;4 nömrəli Yerquruluşu planında göstərilən qaydada naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-605/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-605/2025
23.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver