Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-611/2025 31.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “ümumi paylı müliyyətdə olan əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, ər-arvad arasında əmlak mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh Fəxrəddin qızının iştirakı ilə, iddiaçı İlyasova (Qurbanova) Elgül Eldar qızının Cavabdeh “ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin bölünməsi” tələbi barədə iddiasına dair işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı İlyasova (Qurbanova) Elgül Eldar qızı Cavabdeh “ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin bölünməsi” tələbi barədə iddia qaldıraraq hər birinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan **-BS-*** dövlət qeydiyyat nişanlı, “BMW 520” minik markalı avtomobilin 1/2 hissəsinin 4000 (dörd min) manat məbləğində dəyərinin Cavabdeh tərəfindən iddiaçı İlyasova (Qurbanova) Elgül Eldar qızına ödənilməsi və bu qayda üzrə bölünmədən imtina olunduğu halda avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin tərəflər arasında paylara uyğun şəkildə bölüşdürülməsi, Cavabdeh 100 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, İlyasova (Qurbanova) Elgül Eldar qızı Cavabdeh ilə 28 iyun 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və xx.xx.2023-cü il tarixdə boşanmışlar. 2020-ci ildə Cavabdeh adına **-BS-*** dövlət qeydiyyat nişanlı, “BMW 520 Minik” markalı avtomobil alınmış və indiyədək bölünməmişdir. Ona görə də, ümumi birgə mülkiyyətdə olan **-BS-*** dövlət qeydiyyat nişanlı, “BMW 520” minik markalı avtomobilin 1/2 hissəsinin 4000 (dörd min) manat məbləğində dəyərinin Cavabdeh tərəfindən iddiaçı İlyasova (Qurbanova) Elgül Eldar qızına ödənilməsi və bu qayda üzrə bölünmədən imtina olunduğu halda avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin tərəflər arasında paylara uyğun şəkildə bölüşdürülməsi haqqında barədə iddia qaldırılmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, İlyasova (Qurbanova) Elgül Eldar qızı ilə 28 iyun 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və xx.xx.2023-cü il tarixdə boşanmışdır. Onunla birgə nikahda olduğu dövrdə alınmış **-BS-*** dövlət qeydiyyat nişanlı, “BMW 520 Minik” markalı avtomobil İlyasova (Qurbanova) Elgül Eldar qızında qalmış və indiyədək bölünməmişdir. Ona görə də, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin aralarında bərabər qaydada bölüşdürülməsinə tərəfdardır. İşdə olan AD 963116 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 1998-ci il buraxılışlı “BMW 520 Minik” markalı WBADD21010BH69563 Ban nömrəli avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, UNİ/İ91-421/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1998-ci ildə buraxılmış, **-BS-*** dövlət qeydiyyat nişanlı “BMW 520 Minik” markalı avtomobilin hazırki vaxta olan real bazar qiyməti 7.000,0 manat (yeddi min) manat təşkil edir. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X1 adına qeydiyyata alınmış “X4” markalı **-LH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi tərəflərin birgə nikahda olduqları dövrdə alqı-satqı yolu ilə əldə olunmuşdur. AR Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, birgə nikah dövründə əldə edilmiş 1998-ci il buraxılışlı “BMW 520 Minik” markalı **-BS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi açıq hərracdan satılmalı və satışdan əldə olunan nağd pul vəsaiti İlyasova (Qurbanova) Elgül Eldar qızı ilə Cavabdeh arasında bərabər qaydada bölünməlidir. Avtomobilin hərracdan ilkin satış qiyməti 7.000,0 (yeddi min) manat məbləğində təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş 1998-ci il buraxılışlı “BMW 520 Minik” markalı **-BS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi açıq hərracdan satılsın və satışdan əldə olunan nağd pul vəsaiti iddiaçı İlyasova (Qurbanova) Elgül Eldar qızı ilə Cavabdeh arasında bərabər qaydada bölünsün. Avtomobilin hərracdan ilkin satış qiyməti 7.000,0 (yeddi min) manat məbləğində müəyyən edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100,0 (bir yüz) manat iddiaçı İlyasova (Qurbanova) Elgül Eldar qızı və 100,0 (bir yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-611/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-611/2025
31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver