Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-612/2024 30.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz istifadə edilən torpaqdan çıxarılma” tələbinə dairmülki iş üzrə (Açar sözlər: qanunsuz istifadə edilən torpaqdan çıxarılma) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz istifadə edilən torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz istifadə edilən torpaqdan çıxarılma” tələbinə dairməhkəmədə iddia qaldıraraq, Cavabdeh Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun və digər ailə üzvlərinin mülkiyyətində olan 0.567 ha torpaq sahəsindən çıxarılması və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona İddiaçı və digər ailə üzvləri mərhum anası X2, qardaşı X4 torpaq islahatı zamanı Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.567 ha və 0.2399 ha torpaq sahələrinə müvafiq olaraq Torpağa mülkiyyət hüququqna dair Dövlət Aktları verilmişdir. xx.xx.2023-cü il tarixində isə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları əsasında ona və digər ailə üzvlərinə məxsus Qəbələ rayonu, Tüntül kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı 0.567 ha və 0.2399 ha torpaq sahələrinə görə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrələri **********28 və **********28, qeydiyyat nömrələri ********** və ********** olan Çıxarışlar və Torpaq sahəsinin planı və ölçüsü sənədləri əldə olunmuşdur. Torpaq sahələri yaşayış yerindən bir qədər kənarda yerləşdiyinə görə, əkibbecərə bilmədiyindən 7 il bundan əvvəl 500 manat müqabilində Yengicə hissəsində olan 0.567 ha torpaq sahəsini əkib-becərmək üçün Cavabdeh vermişdir. Ötən il cavabdeh şəxsə torpaq sahələrinin boşaldılmasını və ona qaytarılmasını tələb etsə də, hal-hazıradək torpaq sahəsindən çıxmamışdır. Bu barədə o, aidiyyatı orqanlara(İcra nümayəndəliyinə, Bələdiyyəyə və s.) müraciət etməyinə baxmayaraq, cavabdeh barəsində hər hansı tədbir görə bilmədiklərini və tərəflər arasında mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.Cavabdeh mülkiyyət hüququ əsasında ona və digər ailə üzvlərinə məxsus torpaq sahəsini qanunsuz sahibliyində saxlayaraq Konstitusiya və digər qanunlarla qorunan hüquqlarımı qəsdən pozur, mülkiyyətimə sahib çıxmaqdan məhrum edərək ona maddi ziyan vurur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçıqeyd edilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Tüntül kəndində 10 il bələdiyyə sədri, 7 il icra nümayəndəsi kimi işləmişdir. Bir il yarımdır ki, işləmir. O, işlədiyi dövrdə iddiaçı 2018-ci ilin may ayının sonlarında bir neçə dəfə onların qapısına gələrək Yengicə dağının ətəyində yerləşən torpaq sahəsini 0,56 ha torpaq satmaq istədiyini bildirmişdir. Təcili pula ehtiyacları olduğunu, pulları olmadığını bildirmişdir. Həmin torpaq sahəsi də onun torpağının qonşuluğunda yerləşir. O, əvvəl həmin torpaq sahəsini almaq istəməmişdir. Dəfələrlə qapısına gəlib-getmiş, daha sonra 2-3 dəfə qardaşı ilə gəlmişdir. O da onlardan izahat alıb, həmin torpaq sahəsinin sənədlərini almışdır. Sonradan sənədləşmə işlərinin aparılması ilə bağlı müəyyən problemlərinin olduğuna görə məşğul ola bilməmişdir. İndi iddiaçı öz adına çıxarış almışdır. Onun 500 manatını qaytarsınlar, o da torpağı verəcəkdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,567 ha torpaq sahəsi İddiaçı, X1 və X3 ümumi birgə mülkiyyətinə verilməsi daşınmaz əmlakın dövlət reyestrində 282 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsitərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə, B172001 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki,Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»aəsasən Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,567 ha torpaq sahəsi İddiaçı, X1 və X3 ümumi birgə mülkiyyətinəverilmişdir. Lakin iddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin istifadəsinə cavabdeh tərəfindən maneəçilik törədilməsi nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir.Cavabdeh isə məhkəmə zamanı verdiyi ifadəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki olaraq onun istifadəsində olduğunu etiraf etmişdir. Belə ki, cavabdeh məhkəmə iclaslarında o vaxt verilmiş pulun qaytarılması təqdirdə torpaq sahəsini qaytarmağa razı olduğunu bildirmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, sənədləşdirilməsinə və istifadəsinə törədilən maenələrə son qoyulması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Həmin maddədən göründüyü kimi iddiaçınınmülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, maneələrin cavabdehin hesabına aradan qaldırılması və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» və cavabdehin etirafı ilə sübut olunur.Belə ki, cavabdehin o vaxt verilmiş pulun qaytarıldığı təqdirdə torpaq sahəsini qaytarmağa razı olması cavabdehin həqiqətəndə iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsinə dair məhkəmədə haqlı olaraq cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsinə dair inam yaradır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiqləyən hər hansı sənədi məhkəməyə təqdim etməmiş və bu məsələni mübahisələndirməmişdir. Cavabdeh izahatında mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən ona satıldığını qeyd etsə də, bunu təsdiqləyən faktları (alqı-satqı müqaviləsi və s.) məhkəməyə təqdim etməmişdir. Bu hallar da cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyini göstərir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi0,567 hektar təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı, X1 və X3 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,567 ha torpaq sahəsibütövlükdə Cavabdeh istifadəsində olduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.1-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr mövcud olduğundan iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, həmin torpaq sahəsinin istifadəsinə cavabdeh tərəfindən maneələr törədilir ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsini iddiaçıdan 500 manat müqabilində almışdır. Cavabdehə izah edilməlidir ki, gələcəkdə iddiaçının mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş torpaq sahəsinə çəkilmiş xərclərlə bağlı və ya əldən çıxmış fayda ilə bağlı, o cümlədən həmin torpaq sahəsinə ödənilmiş olan iddia etdiyi pul ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la İddiaçı, X1 və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0,567 ha torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la İddiaçı, X1 və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0,567 ha torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-612/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-612/2024
30.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver