Məhkəmə qərarları › İş №e-2(025)-65/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-65/2025

03.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-65/2025 03.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçı Quluyeva (İsmayılova) Nəzakət Sahib qızı və Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh2 və X1 qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər, Cavabdeh2 və X1 qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia qaldıraraq JN – 1959 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,37 ha kənd təsərrüfatı torpaq sahəsi, JN – 500 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 1,18 ha həyətyanı torpaq sahəsi və JN – 500 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 1,28 ha həyətyanı torpaq sahəsindən ona düşən payın naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən JN – 1959 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən planda sərhədləri göstərilən 0,37 ha kənd təsərrüfatı torpaq sahəsi, JN – 500 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən 1,18 ha həyətyanı torpaq sahəsi və JN – 500 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri 1,28 ha həyətyanı torpaq sahəsindən ona düşən payın naturada ayrılaraq özünə verildiyini və mübahisənin artıq aradan qalxdığını göstərmiş və ərizə verərək işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi X4 izahatında göstərmişdir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən JN – 1959 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən planda sərhədləri göstərilən 0,37 ha kənd təsərrüfatı torpaq sahəsi, JN – 500 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən 1,18 ha həyətyanı torpaq sahəsi və JN – 500 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri 1,28 ha həyətyanı torpaq sahəsindən İddiaçı düşən pay naturada ayrılaraq özünə verilmiş və mübahisə aradan qalxmşışdır. Ona görə də, işin baxılmamış saxlanılmasına etiraz etmir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər, Cavabdeh2 və X1 qarşı umumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X2 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar