Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-67/2024 02.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh və nümayəndə Vəkil Bayranalı oğlunun oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yerləşən 0,07 ha torpaq sahəsi üzərindəki 2 mərtəbəli, 2 otaqlı, 93,0 kv/m yaşayış və 39,6 kv/m köməkçi sahəsi olan fərdi yaşayış evi və yardımçı tikililərdən (reyestr nömrəsi: **********51-10301) istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiıə edərək izahatında göstərmişdir ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 2 mərtəbəli, 2 otaqlı, 93,0 kv/m yaşayış və 39,6 kv/m köməkçi sahəsi olan fərdi yaşayış evi ona mülkiyyət hüququ ilə məxsusdur. Cavabdeh çəpər daxilinə alınan bitişik ərazidə yerləşən 0,0269 ha zəbt olunmuş torpaq sahəsində (bələdiyyə mülkiyyətində olan) 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi tikmiş və ailə üzvləri ilə birlikdə həmin evə köçərək ərazini dəmir çəpərlə çəpərləyərək ona məxsus olan həyətyanı torpaq sahəsindən ayırmışdır. O, şəxsi mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 56-da arvadı X3 ilə birlikdə yaşayır və əri vəfat etdikdən sonra dul qalmış X1 dörd uşağı ilə birlikdə yaşadığı evə köçürərərk onlarla birgə təsərrüfat aparır. Cavabdeh bacısının qeyd olunan ünvanda yaşamasına etiraz edir və yaşayış sahəsindən çıxarılması üçün onu və ailə üzvlərini müxtəlif cür təsirlərə ( hədə-qorxu, təhqir və s.) məruz qoyur. Cavabdeh hər gün ona məxsus olan həyətyanı sahənin girişində qoyulmuş darvazadan girib çıxır və həyətyanı sahəsindən keçib yaşadığı evə getməklə onu narahat edir. Bundan başqa Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsində ( girişdən sağ tərəfdə) tikdiyi ümumi sahəsi 56,0 kv/m olan qeyri-yaşayış sahəsindən ticarət məntəqəsi kimi istifadə edir və ona verməli olduğu ayda 400,0 manat icarə haqqını artıq 11 aydır ki, ödəmir. Cavabdeh öz həyətyanı sahəsindən İ.B.Qutqaşınlı küçəsinə qapı açaraq şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsinə girməməyi və qeyri yaşayış sahəsindən (mağaza binasından) çıxmağı dəfələrlə tələb etməsinə baxmayaraq o, qanunsuz hərəkətlərini davam etdirməklə onu mülkiyyətindən məhrum etmişdir. Ona görə də, şəxsi mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yerləşən 0,07 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evi və yardımçı tikililərdən (reyestr nömrəsi: **********51-10301) istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması haqqında iddia qaldırmışdır. Cavabdeh iddaia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İddiaçı məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yerləşən 0,07 ha torpaq sahəsi üzərindəki 2 mərtəbəli, 2 otaqlı, 93,0 kv/m yaşayış və 39,6 kv/m köməkçi sahəsi olan fərdi yaşayış evində yaşamış və çəpər daxilinə alınan bitişik ərazidə yerləşən 0,0269 ha zəbt olunmuş torpaq sahəsində (bələdiyyə mülkiyyətində olan) 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edib ailə üzvləri ilə birlikdə həmin evə köçərək həyətyanı sahədə (girişdən sağ tərəfdə) birgə vəsait hesabına tikilən (ancaq divarların hörülməsi işləri İddiaçı tərəfindən görülmüşdür) ümumi sahəsi 56,0 kv/m olan qeyri-yaşayış binasından X4 ilə birlikdə ticarət məntəqəsi kimi istifadə etmişdir. İddiaçı özünə məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 56-da X3 və X4 ilə birlikdə yaşamış və əri vəfat etdikdən sonra dul qalmış X1 dörd uşağı ilə birlikdə yaşadığı həmin evə köçürmüşdür. X4 bundan sonra yaşadığı evdən çıxaraq kirayədə qalmışdır. Ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi 0,0269 ha torpaq sahəsindən (bələdiyyə mülkiyyətində olan) Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsinə sərbəst çıxış imkanı olmadığından İddiaçı məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yerləşən 0,07 ha torpaq sahəsinin girişindən əvvəlki qaydada istifadə edir və İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən və yardımçı tikililərdən istifadə etməsinə heç bir maneçilik törətmir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 göstərmişdir ki, o, islahat nəticəsində ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yerləşən 0,07 ha torpaq sahəsində tikilmiş İddiaçı məxsus olan 2 mərtəbəli, 2 otaqlı, 93,0 kv/m yaşayış və 39,6 kv/m köməkçi sahəsi olan fərdi yaşayış evində yaşamış və həyətyanı sahədə ( girişdən sağ tərəfdə) birgə vəsait hesabına tikilən (ancaq divarların hörülməsi işləri İddiaçı tərəfindən görülmüşdür) ümumi sahəsi 56,0 kv/m olan qeyri-yaşayış binasından Cavabdeh ilə birlikdə ticarət məntəqəsi kimi istifadə etmişdir. İddiaçı özünə məxsus olan həmin fərdi yaşayış evinə ərinin vəfatından sonra dul qalmış X1 dörd uşağı ilə birlikdə köçürtdükdən sonra o, yaşadığı evdən çıxaraq kirayədə qalmış və Şəki İnzibati məhkəməsində iddia qaldıraraq torpaq sahəsindən özünə düşən payı məhkəmə qərarı ilə ayırmışdır. Ticarət məntəqəsi kimi fəaliyyət göstərən ümumi sahəsi 56,0 kv/m olan qeyri-yaşayış binası ona məxsus olan torpaq sahəsində yerləşməklə onun və Cavabdeh birgə vəsaiti hesabına tikilmişdir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən və yardımçı tikililərdən istifadə etməsinə heç bir maneçilik yoxdur. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* nömrəli Çıxarışın surətinə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 77,0 kv/m yaşayış və 77,06 kv/m köməkçi sahədən ibarət 81 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006 il tarixdə **********51-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* nömrəli Çıxarışın surətinə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 93,0 kv/m yaşayış və 39,6 kv/m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə **********51-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Texniki Pasportunun (reyestr nömrəsi: **********51-10301) surətinə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yerləşən vahid daşınmaz əmlak obyekti 0,07 ha torpaq sahəsində (fakti sahəsi 0,0969 ha) fərdi yaşayış evi (A), anbar (B) və quraqlıq (C) vardır. Ərazi hasara alınmış və bir yerdən giriş nəzərdə tutulmuşdur. İşdə olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)933/2024 saylı qərarının surətinə əsasən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* və MH ******* nömrəli Çıxarışlar torpaq sahəsinə münasibətdə 1/3 hissədə ləğv edilmiş və JN 897F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,07 ha torpaq sahəsinin 1/3 hissəsi üzərində X2 mülkiyyət hüququ tanınmışdır. İşdə olan AZE 0******* nömrəli AR Vətəndaşının Ş/V-nin surətinə əsasən Cavabdeh Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yaşayış yeri üzrə qeydiyyata alınmışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yerləşən 0,07 ha torpaq sahəsi İddiaçı, X3 və X2 ümumi birgə mülkiyyətindədir. Qeyd olunan ünvanda yerləşən 2 mərtəbəli, 2 otaqlı, 93,0 kv/m yaşayış və 39,6 kv/m köməkçi sahəsi olan fərdi yaşayış evi İddiaçı şəxsi mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində yerləşən (girişin sağ tərəfində yerləşdiyinə görə müəyyən edilir) ümumi sahəsi 56,0kv/m olan qeyri-yaşayış binası X4 və Cavabdeh tərəfindən ticarət məntəqəsi kimi istifadə edilir. Torpaq sahəsinin ərazi bütünlüklə ( 0,0269 ha zəbt sahə ilə birlikdə) hasara alınmışdır və bir yerdən girişi vardır. AR Mülki Məcəlləsinin 14.1-ci madəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə....., öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yerləşən bələdiyyə mülkiyyətində olan 0,0269 ha torpaq sahəsində Cavabdeh 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa etməsinə müvafiq bələdiyyə tərəfindən heç bir etiraz bildirilməyərək tikintiyə icazə verilmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququ əldə etdiyindən İddiaçı şəxsi mülkiyyətində olan həyətyanı sahədən Cavabdeh məxsus olan fərdi yaşayış evinə keçidi bağlamağa yönəlmiş hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsaən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 238.1-ci madəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X2 ümumi paylı mülkiyyətdə olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 56-da yerləşən 0,07 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 56,0 kv/m olan qeyri yaşayış binasından istifadə hüququ vardır və həmin binada ticarət məntəqəsi yaradaraq başqaları ilə (o cümlədən Cavabdeh ilə) birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ixtiyarlıdır. Ona görə də, İddiaçı həmin qeyri-yaşayış binasından istifadəyə görə Cavabdeh icarə haqqı tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-67/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-67/2024
02.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver