Məhkəmə qərarları › İş №e-2(025)-717/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-717/2024

07.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-717/2024 07.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun və cavabdeh Rasulov Cavabdeh oğlunun paylı mülkiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin (reyestr nömrəsi – **********89; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqlarından hər birinin 1/2 hissədə paylarının naturada ayrılaraq (torpaq sahəsinə giriş-çıxış yolu, o cümlədən fərdi yaşayış onun mülkiyyətində olmaqla ona bölünmüş torpaq sahəsində yerləşməsi nəzərə alınmaqla) ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları onun və oğlu, yəni cavabdeh Rasulov Cavabdeh oğlunun ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»da göstərilir ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi cavabdehlə onun ümumi birgə mülkiyyətinə, fərdi yaşayış evi isə tam olaraq onun mülkiyyətinə verilmişdir. O, digər mülkiyyətçi ilə payın bölünməsində ümumi razılığa gəlməməyi üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-837\2023 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikasının ƏMDX DƏDK və RPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi – **********89-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022) əsasən ümumi birgə mülkiyyətə verilmiş ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən İddiaçı və Rasulov Cavabdeh oğlunun hər birinin payı 1/2 hissədə müəyyən olunması qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-837\2023 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra payına uyğun Çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsniə müraciət etmişdir. Buna müvafiq olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsitərəfindən verilmiş reyestr nömrəsi – **********89; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Həmin çıxarışa əsasən onun ünvan 1 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqlarından ½ hissəsi, ümumi sahəsi 128.22 kvadratmetr olan ev isə tam onun mülkiyyətinə verilmişdir. O, digər mülkiyyətçi ilə payının naturada bölünməsi ilə bağlı ümumi razılığa gəlməməyi üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ümumi paylı mülkiyyətdən payının naturada ayrılmasını istəyir. Bu barədə, yəni torpaq sahəsindən payının naturada ayrılması ilə bağlı cavabdehlərlə razılığa gələ bilməmiş, məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərmişdir. Lakin cavabdeh buna razı olmamışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də, imtina cavabı almışdır. Belə olub məhkəməyə müraciət etmişdir. Eyni zamanda həmin torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin (reyestr nömrəsi – **********89; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən tək onun mülkiyyətinə verilmişdir. Bu səbəbdən torpaq sahəsi naturada bölünərkən fərdi yaşayış evinin ona ayrılmış torpaq payında yerləşməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh həmçinin 55 761 99 77 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən İddiaçı və Rasulov Cavabdeh oğlunun ½ hissədə payları müəyyən olunmuşdur. Həmçinin fərdi yaşayış evinin tam olaraq İddiaçı mülkiyyətində olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 20 avqust 2024-cü il tarixli, 3-21-3-42/2- 4506/2024 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********389- 10301 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən ünvan 3 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. 0,06 ha torpaq sahəsindən İddiaçı çıxarışda göstərlimiş payına (fərdi yaşayış evi tam, torpaq 1/2 hissə) uyğun mülkiyyətinə 0,03 hektar, Cavabdeh çıxarışda göstərlimiş payına (torpaq 1/2 hissə) uyğun mülkiyyətinə 0,03 hektar olmaqla payların naturada ayrılması mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6774 saylı məhkəmə mühəndistexniki ekspertizasının rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********389-10301 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən ünvan 3 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. 0,06 ha torpaq sahəsindən İddiaçı çıxarışda göstərlimiş payına (fərdi yaşayış evi tam, torpaq 1/2 hissə) uyğun mülkiyyətinə 0,03 hektar, Cavabdeh çıxarışda göstərlimiş payına (torpaq 1/2 hissə) uyğun mülkiyyətinə 0,03 hektar olmaqla payların naturada ayrılması mümkündür. Bölgü variantları mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdə qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsi Nümayəndə ünvanlanmış 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1380/2024 nömrəli məktubda göstərilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün şərait yaradılmadığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən İddiaçı və Rasulov Cavabdeh oğlunun ½ hissədə payları müəyyən olunmuşdur. Həmçinin fərdi yaşayış evinin tam olaraq İddiaçı mülkiyyətində olması göstərilmişdir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının və cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçıya və cavabdehə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi və ekspert rəyləri alınmış və rəylərlə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçının və cavabdehin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən (20 avqust 2024-cü il tarixli, 3-21-3-42/2-4506/2024 nömrəli mütəxəssis rəyi) təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına iddiaçının nümayəndəsi etiraz etməmişdir. Cavabdeh isə məhkəmə iclarlarında iştirak etməyərək mütəxəssis tərəfindən təklif olunan qaydada torpaq sahəsinin ayrılmasına münasibət bildirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, torpaq sahəsindən payların mütəxəssis tərəfindən təklif olunan qaydada ayrılması iddiaçının və cavabdehin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərci və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis və ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89- 10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/2 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (20 avqust 2024-cü il tarixli, 3-21- 3-42/2-4506/2024 nömrəli mütəxəssis rəyi) bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89- 10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/2 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (20 avqust 2024-cü il tarixli, 3-21- 3-42/2-4506/2024 nömrəli mütəxəssis rəyi) bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar