Məhkəmə qərarları › İş №e-2(025)-726/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-726/2025

12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-726/2025 12.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və ilkin iddia üzrə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı əmlak kirayə haqqının ödənilməsi və özbaşına tikilinin sökülməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən fərdi yaşayış evini əldə etməkdən ötrü beh kimi verilmiş 4000,0 manat nağd pul vəsaitinin 2 mislini təşkil edən 8000,0 manat, o cümlədən evin təmir- bərpa işlərinə və yeni tikintilərin aparılmasına sərf edilən 27.213,0 manat, cəmi 35.213,0 manat məbləğində dəymiş zərərin ödənilməsi, o cümlədən, 195.79 dövlət rüsumu, 150 (bir yüz əlli) manat hüquqi xidmət haqqı alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı əmlak kirayə haqqının ödənilməsi və özbaşına tikilinin sökülməsi tələbi barədə qarşılıqlı iddia qaldıraraq xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evinin 6000,0 manat məbləğində 2 illik kirayə haqqının və 80,0 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi, o cümlədən evin yerləşdiyi həyətyanı torpaq sahəsində özbaşına tikilmiş tövlənin sökülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşamış və 2023-cü ilin aprel ayında Cavabdeh1 və Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən fərdi yaşayış evini 0,26 ha həyətyanı torpaq sahəsi ilə birlikdə satınalma yolu ilə əldə etməkdən ötrü onlarla 44.000,0 manata razılaşmış və bələdiyyə sədrinin iştirakı ilə 4000,0 manat beh verib qalan məbləğin sənədləşmə zamanı ödənilməsi şərti ilə həmin mülkü almışdır. Mənziln kommunal şəraiti əlverişsiz olduğundan sahibləndikdən sonra yaşayış sahəsini əsaslı şəkildə təmir etmiş, həyətyanı sahədə çay daşından tikilmiş tövləni sökərək yerində 18x7m ölçüdə mişar daşı materialından təzə tövlə tikmiş, hamamı təmir etmiş, ayaqyolu tikmiş və çirkab suların axıdılması üçün 30 metr uzunluqda boru işlədərək şambo qurmuş və ailə üzvləri ilə birlikdə həmin ünvana köçərək yaşamışdır. 2024-cü ilin avqust ayında alqı-satqı əməliyyatı aparılarkən həyətyanı torpaq sahəsinin sənəd üzrə 0,26 ha deyil, cəmi 0,12 ha olduğunu müəyyən edilmiş və müqavilə bağlamaqdan imtina etmişdir. Cavabdeh1 və Cavabdeh2 ona dəymiş maddi zərərin ödənilməsini tələb etsə də, nəticəsi olmamışdır. Ona görə də, Cavabdeh1 və Cavabdeh2 qarşı Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən fərdi yaşayış evini əldə etməkdən ötrü beh kimi verilmiş 4000,0 manat nağd pul vəsaitinin 2 mislini təşkil edən 8000,0 manat, o cümlədən evin təmir- bərpa işlərinə və yeni tikintilərin aparılmasına sərf edilən 27.213,0 manat, cəmi 35.213,0 manat məbləğində dəymiş zərərin ödənilməsi, o cümlədən, 195.79 dövlət rüsumu, 150 (bir yüz əlli) manat hüquqi xidmət haqqı alınıb ona verilməsi haqqında iddiası təmin edilməli, Cavabdeh2 ona qarşı əmlak kirayə haqqının ödənilməsi və özbaşına tikililərin sökülməsi tələbi barədə qarşılıqlı iddiası isə əsassız olduğundan rədd edilməlidir. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha yaşayış məntəqələri torpaqları ( reyestr nömrəsi: **********10-10301; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi: xx.xx.2024) daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)1363/2024 saylı qətnaməsinin surətinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evini və evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsini ( reyestr nömrəsi: **********10-10301; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi: xx.xx.2024) alqı-satqı yolu ilə özgəninkiləşdirmək barədə İddiaçı ilə razılaşmış və ondan 4000,0 manat beh alaraq həmin vahid daşınmaz əmlak obyektini ona təhvil vermişdir. İşdə olan Qəbələ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)1363/2024 saylı qətnaməsinin surətinə əsasən Cavabdeh2 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsindən (reyestr nömrəsi: **********10-10301; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi: xx.xx.2024) İddiaçı ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılmışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ/A 33-465/2025 saylı Ekspert Rəyinə əsasən Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha yaşayış məntəqələri torpaqlarından ibarət vahid daşınmaz əmlak obyektində (reyestr nömrəsi: **********10-10301; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi: xx.xx.2024) görülən təmir-bərpa işləri və yeni tikintilərin aparılmasına, o cümlədən çoxillik bitkilərin əkilməsinə ( fərdi yaşayış evinin divarları suvanıb, astar, üzlük çəkilib, divar kağızı vurulub; döşəmənin taxtası bərkidilib, cilalanıb (aparatla), otaqlardan biri laklanıb;elektrik sistemi-elektrik yuvası, açarları, naqilləri və s. Yenilənib;sanitar qovşaq tam təmir edilib-çökmüş döşəmə sökülüb, betonlanıb, su kanalizasiya xətləri yenilənib, kafel metlax vurulub, aksesuarlar quraşdırılıb, arxa divar yenidən hörülüb, plastik nəfəslik quraşdırılıb;fərdi evin bütün daxili və giriş qapıları dəyişdirilib, plastik pəncərələr quraşdırılıb, tavan alçipanla yığılıb və s. Həyətyanı sahədə köhnə çay daşından tikilmiş tövlə sökülüb və yerində 18x7 m ölçüdə mişar daşı ilə yeni tövlə inşa edilib; 3x3m ölçüdə çirkab sular üçün şambo qurulub və 30 metr uzunluqda boru xətti çəkilib; bulaq ( su çıxışı) inşa edilib; müxtəlif meyvə ağacları əkilib və bağın 3 istiqamətində su xətti çəkilib; sanitar qovşaq təmir edilib; talvar artırılıb və s. ) sərf edilən xərclərin miqdarı cəmi 25.900,0 manat təşkil edir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə təddqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 2023-cü ilin aprel ayında Cavabdeh2 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini (reyestr nömrəsi: **********10-10301; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi: xx.xx.2024) alqı-satqı yolu ilə özgəninkiləşdirmək barədə İddiaçı ilə razılaşmış və 4000,0 manat beh alaraq vahid daşınmaz əmlak obyektini ona təhvil vermişdir. İddiaçı əmlakı təhvil alaraq həmin ünvana köçmüş, orada cəmi 25.900,0 manat dəyərində təmir-bərpa işləri görmüş, yeni tikililər inşa etmiş və çoxillik əkmələr aparmışdır. 2024-cü ildə tərəflər aralarında olan razılaşmadan (şifahi müqavilədən) imtina etmiş və alqı-satqı predmetini təşkil edən daşınmaz əmlak obyekti geri alınaraq Cavabdeh2 verilmişdir. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavlə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb -sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********10-10301; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi: xx.xx.2024) özgəninkiləşdirilməsinə dair tərəflər arasında 2023-cü ilin aprel ayında əldə olunmuş razılaşma (şifahi müqavilə) notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır. AR Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.1-ci maddəsinə əsasən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi huquqdan sui-istifadədir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsinə görə İddiaçı beh olaraq aldıqları 4000,0 manatı qaytarmalı, eyni zamanda ona vurulan 25.900,0 manat məbləğində maddi zərəri ödənilməlidirlər. Cavabdeh2 Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair əmlak hüquqlarını qanunazidd yolla həyata keçirtməklə İddiaçı ziyan vurduğundan ondan əmlak kirayə haqqının ödənilməsini və özbaşına tikilinin sökülməsini tələbi etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı maddi zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin olunsun: Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29.900,0 (iyirmi doqquz min doqquz yüz) manat və 160,0 (bir yüz altmış) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı əmlak kirayə haqqının ödənilməsi və özbaşına tikilinin sökülməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 500,0 (beş yüz) manat cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar