Məhkəmə qərarları › İş №e-2(025)-736/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-736/2025

12.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-736/2025 12.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinəqarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehvə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinəqarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ünvan 1 ünvanındakı ona məxsus yaşayış məntəqələri təyinatlı 0,06 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin çöl-ölçmə və texniki inventarlaşdırma işlərinin aparılaraq 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz meneələrə son qoyulması və kənar müdaxilənin qarşısı alınaraq aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuşdur. Hal-hazırda Bakı şəhərində yaşayır. xx.xx.2019-cu il tarixində adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ünvan 1 ünvanındakı yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi üzərində **********25 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarış əldə etmişdir. Belə ki, mülkiyyətində olan həmin torpaq sahəsi üzərində 1990-cı il tarixində fərdi yaşayış evi tikdirmişdir. Fərdi yaşayış evinə dair çıxarış alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət zamanı əməkdaşlar mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə iştirakı ilə daxil olduqda, qardaşı X3 həmin evdə ölçmə işlərinin aparılmasına maneə olmuş və xidməti vəzifəsini yerinə yetirən şəxslərə müdaxilə edərək mübahisəli şərait yaratmışdır. Bu səbəbdən də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi Daşınmaz Əmlak üzərində hüquqların dövlət reyestrində alınmasından imtina verilməsi barədə 29 avqust 2024-cü il tarixli bildiriş verilmişlər. Bildirişdə qeyd edilmişdir ki, müraciətləri əsasında mülkiyyətlərindəki fərdi yaşayış evində texniki inventarlaşma və yerquruluşu torpaq sahəsi çöl-ölçmə işləri aparılması üçün iştirakı ilə ərazidə olmuş, lakin fərdi yaşayış evi üzərində mübahisə səbəbindən fərdi yaşayış evində texniki inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilərək iddia cavabı verilmişdir. Odur ki, mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi zamanı qeyri-qanuni olaraq həmin evə sahib olmayan qardaşı X1 müdaxiləsi nəticəsində mümkün olmamışdır. Hazırda isə tam pay hüququ ilə ona məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evi sərəncam vermə hüququ ilə ona məxsusdur. Lakin, X3 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair qeydiyyat məsələlərinin aparılması zamanı texniki sənədlərin hazırlanması işinə səbəbsiz müdaxilə və maneələrin yaradılması, onun torpaq sahəsində hüququnun olmaması ilə əsaslandırılmaqla onun Konstitusiya hüquqlarının pozulmasına səbəb olmuşdur. O da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaya etiraz: xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək göstərmişdir ki, həmin iddianı qəbul etmir və aşağıda göstərdiyi əsaslara və işin həqiqi hallarına görə iddia ərizəsi rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi hazırda onun adına olan 0,095 ha və mərhum analarına məxsus olmuş 0.07 ha həyətyanı torpaq sahəsi ilə həmsərhəd olmaqla bir yerdə yerləşir. Hazırda iddiaçının adına olan 0.06 ha torpaq sahəsi 1996-cı il tarixdə keçirilmiş torpaq islahatında mərhum qardaşları X2 mülkiyyətinə verilmişdir. Bu barədə onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Mərhum qardaşı Eldar 1960-cı ildə Bakıda Tibb Univerisetitinə qəbul olub. Təhsilini başa vurandan sonra Rusiyaya gedib. 2-3 il Moskva şəhərində yaşayıb, ondan sonra Ərəbistana gedib və 2-3 il orada yaşayıb. Daha sonra Bakı şəhərinə qayıdıb və orada yaşayıb. Eldar 1968-ci ildə ailə qurub və bir qızı övladı var. İddiaçı 1969-1970-ci illərdə Bakı şəhərində instituta daxil olub. İnstitutu qurtarandan sonra 1983-cü ildə Bakı şəhərində evlənmiş və Bakı şəhərində qaynanasıgildə yaşamışdır. Həmin vaxtdan ailəsi ilə birlikdə rayona qonaq kimi gəlib-getmişdir. Hazırkı həyətlərində o və 2004-cü ildə vəfat etmiş anası yaşamışlar. 1990-cı illərdə o, hazırkı mübahisəli evi tikmişdir. Evin tikintisinə həmin dövrdə 20000 (iyirmi min) manat xərcləyərək orada iki mərtəbəli yaşayış evi tikdirmişdir. Ev tikilən zaman hazırda onunla birlikdə yaşayan şikəst qardaşı Telman evin tikintisinə 7000 (yeddi min) manat məbləğində pul vermişdir. İddiaçı həmin evin tikintisinə birbaşa pul vəsaiti ayırıb verməyib. Sadəcə rayona gələndə 1-2 kq ət alıb gətirərdi. Bundan başqa onun evin tikintisində hər hansı formada iştirakı olmayıb. O, 1992-ci ildə yaşayış evinin 2 otağını təmir edəndən sonra evlənərək ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ailəsi ilə evin iki otağında, qardaşı Telman digər otaqda yaşayırmış. Mərhum anasıona demiş ki, otaqlardan birini təmir edərək hazırki iş üzrə iddiaçı olan qardaşları İddiaçı versinlər ki, rayona gələndə o qalsın. O, anası ilə razılaşaraq anasının da maddi dəstəyi ilə otağın birini təmir etdirmişdir. 2018-ci ildə o, yaşayış evini yenidən təmirinə 18000 (on səkkiz min) manat xərc çəkmişdir. İddiaçı otığının təmirinə cəmi 800 (səkkiz yüz) manat pul xərcləyib. O, bir il bundan əvvəl özünə məxsus həyətyanı torpaq sahəsində yeni ev tikdirmiş və həmin evdə iki oğlu yaşayır. O, həyat yoldaşı və şikəst qardaşı Telman Rəfiyev mübahisəli yaşayış evində yuxarıda göstərdiyi qaydada yaşamaqla evdən birlikdə istifadə edirlər. Evdə istifadə edilən qaza, işığa və suya görə bütün müqavilələr onunla bağlanmış, sayğaclar və abonent kodları onun adınadır və bu günədək kommunal xərclər tərəfindən ödənilməkdədir. Son zamanlaraqədər yaşayış evi ilə əlaqədar iddiaçı ilə aralarında heç bir problemləri olmamışdır. Aralarında problem 2 il bundan əvvəl yaranmışdır. Belə ki, mərhum qardaşı Eldarın ölümündən sonra 2019-cu ildə qızı X4 həmin torpaq sahəsinə vərəsəlik işi açdıraraq torpaq sahəsini öz adına dövlət reyestrində adına qeydiyyata aldırdıqdan sonra hazırki iş üzrə iddiaçıya bağışlamışdır. Bildirir ki, qardaşı Eldarın ölümündən sonra vərəsəlik işi açılanda da, torpaq sahəsi mərhum qızı tərəfindən iddiaçıya bağışlanan dövrdə də artıq həmin torpaq sahəsi üzərində onun və əlil qardaşı Telmanın 7000 manat vəsaiti hesabına tikilmiş ikimərtəbəli yaşayış evi mövcud olmuş və o, ailəsi və qardaşı həmin evdə yaşayırlar. Bütün bu əməliyyatlar onun xəbəri olmadan mərhum qardaşı Eldarın qızı və iddiaçı ilə birlikdə aparılmışdır. Görünür iddiaçının əsas məqsədi zəhmətsiz gəlir əldə etmək üçün həmin yaşayış evini və yerləşdiyi torpaq sahəsini tam şəkildə əldə etmək üçün ilkin olaraq evin yerləşdiyi torpaq sahəsində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmaq, sonrakı mərhələdə isə evlə birlikdə qeydiyyata aldırmaq, sonradan isə onun ailə üzvləri ilə birlikdə həmin evdən məcburi qaydada çıxarmaq olmuşdur. Belə ki, tikili üzərində mülkiyyət hüququ o vaxt əldə olunur ki, evin yerləşdiyi torpaq sahəsi həmin şəxsin xüsusi mülkiyyətində olsun. Göründüyü kimi mərhum anasının məsləhəti ilə o, fərdi yaşayış evi tikilən və təmir edilən zaman həmin evə ev tikilən zaman olan qiymətlərlə 20000 manat civarında vəsait xərcləmişdir. Hazırda həmin yaşayış evinin bazar qiyməti 200-250 min manat civarındadır. Hazırda onun eyni formada evi tikməyi üçün ən azından 150000 (bir yüz əlli min) manat məbləğində vəsait tələb olunur. Çünki həmin evin qeyd olunan formasında tikilməsində məqsədlərionun ailə üzvləri ilə, əlil qardaşı Telman Rəfiyevin birlikdə yaşamaları, başqa yerlərdə yaşayan qardaşları mərhum Eldar və hazırki iş üzrə iddiaçı ailələri ilə birlikdə rayona qonaq gələndə razılıqları ilə qonaq otaqlarında yaşamaqları olmuşdur. O da bütün bunlara tam arxayın olduğuna görə o qədər vəsait xərcləyərək həmin evi tikdirmişdir. O, həmin ikimərtəbəli fərdi yaşayış evinin tikintisi zamanı mal-materialın alınmasına, ustaların əl haqqına və s. xərclədiyi vəsaitin hazırki bazar qiyməti nəzərə alınmaqla onu ailə üzvləri ilə birlikdə həmin evdən çıxarması nəticəsində ona vurmuş olduğu 150000 (bir yüz əlli min) manat pulun iddiaçı tərəfindən ona tam ödənildikdən sonra həmin evdə çöl-ölçmə və texniki inventarlaşdırılma işlərinin aparılmasına icazə verə və həmin yaşayış evindən çıxa bilər. İddiaçıdan tərəfindən qeyd edilən yaşayış evinə çəkilmiş xərcin əvəzinin cavabdehdən tələb etməyini zəruri və ədalətli hesab edir və cavabdehə qarşı həmin tələbə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmağı üçün sənədləri hazırlayır. İddiaçı ilə aralarında yaranmış mübahisənin məhkəmədən kənara qarşılıqlı razılaşma yolu ilə (məsələn mediasiya sessiyasında mediatorun iştirakı ilə iki tərəfli barışıq zasişi müqaviləsi bağlamaq yolu ilə) də həll etməyə hazır və razıdır. Odur ki, yuxarıda göstərdiyi işin həqiqi hallarını və ərizəni(izahat) nəzərə alaraq iddiaçı ilə aralarında yaranmış mübahisənin məhkəmədən kənar qarşılıqlı razılaşma yolu (mediatorun iştirakı ilə barışıq sazişi müqaviləsi imzalayaraq bağlanması yolu) ilə həll edilməsinə köməklik etməyi, iddiaçı buna razı olmadığı təqdirdə iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndəiddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilmiş və orada işin halları öz əksini tapmışdır. Əlavə olaraq bildirir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Çünki ev 1990-ci ildə hazırkı cavabdeh və onun anası tərəfindən tikilmişdir. Ev 1990-cı ildən 2 dəfə təmir edilib və bütün təmir xərclərini cavabdeh qarşılamışdır. İddiaçı isə evin təmirinə isə cəmi 800 manat pul ödəmişdir. 1990-cı ildə tikilmiş evə çıxarış almaq üçün iddiaçının subyektiv hüququ yaranmır. Evə çəkilmiş xərcin tələb olunmasına dair məhkəmədə iddia qaldıracaqdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinəməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Ona görə də məhkəmə işə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin vəkili və nümayəndələrinin izahatını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsitərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə, AA 009223 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 29avqust 2024-cü il tarixli, 3-21-3-42/2- 4725/2024 nömrəli məktubdan görünür ki,İddiaçı fərdi yaşayış evində texniki inventarlaşma və yerləşdiyi torpaq sahəsində çöl-ölçmə işləri aparılması üçün ərazidə olunmuş, lakin fərdi yaşayış evi üzərində mübahisə səbəbindən fərdi yaşayış evində texniki inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»aəsasən ünvan 2 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsitərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə, AA 009223 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İddiaçı mülkiyyətində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin mütəxəssisləri fərdi yaşayış evində texniki invertarlaşma və yerləşdiyi torpaq sahəsində çöl-ölçmə işlərinin aparılması məqsədilə ərazidə olmuş, lakin fərdi yaşayış evi üzərində mübahisə olduğundan, yəni cavabdeh çöl ölçmə işlərinin aparılmasına icazə vermədiklərindən fərdi yaşayış evində çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır.Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mülki işin məhkəmə araşdırılması zamanı cavabdehin İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqlarında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına maneəçilik törədilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 29 avqust 2024-cü il tarixli, 3-21-3-42/2-4725/2024 nömrəli məktubu ilə sübuta yetməkdədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 2 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alındığından, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Avropa Konvensiyasının müddəaları baxımından gözlənilən hüquq olduğundan həmin fərdi yaşayış evi iddiaçının və ya başqa şəxslərin adına qeydiyyata alınmasından asılı olmayaraq həmin fərdi yaşayış evinə iddiaçının gözlənilən mülkiyyəti hüququ vardır. Hazırkı halda cavabdeh ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törətdiklərindən maneə törədilməsi cavabdehə qadağan edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin etiraz ərizəsində göstərdiyi hallar iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Bununla bağlı iddiaçıya izah edilir ki, mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərc ilə bağlı məhkəmədə iddia qaldıra bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 1 ünvanındakı yaşayış məntəqələri təyinatlı 0,06 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin çöl-ölçmə və texniki inventarlaşdırma işlərinin aparılaraq 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz meneələrə son qoyulmalı və kənar müdaxilənin qarşısı alınaraq aradan qaldırılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 1 ünvanındakı yaşayış məntəqələri təyinatlı 0,06 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin çöl-ölçmə və texniki inventarlaşdırma işlərinin aparılaraq 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz meneələrə son qoyulsun və kənar müdaxilənin qarşısı alınaraq aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar