Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-755/2024 17.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evinin boşaldılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dairməhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı"xxxx" KB ASC-nin mülkiyyətində olanQəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evinə cavabdeh X1 istifadə hüquqlarına xitam verilməsi;cavabdehX1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evinin onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Pakizə Süleymanova məhkəməyə elektron qaydada “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə göndərərək, iddiaçı"xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evinə cavabdeh X1 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X2, Cavabdeh3, Cavabdeh2, X6 və Cavabdeh1nnun Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evinin onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Pakizə Süleymanova məhkəməyə elektron qaydada “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə göndərərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evinin onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşinfaktikihalları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı"xxxx" KB ASC hərrac vasitəsi ilə Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evinialmışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli Çıxarışla iddiaçı"xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixliAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən iddiaçı"xxxx" KB ASC-nin mükiyyətində olan Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindəhal-hazırda iş üzrə cavabdeh X2 qeydiyyatdadır və bu şəxsin sözügedən evdə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASCnin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. AR MM-nin 228.1-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmazəmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun”. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə cavabdehX2 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə heç bir hüquqları yoxdur. Bu səbəbdən onların Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir.Nəzərə almaq lazımdır ki, halhazırda Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə1iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib,iddianı müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan X5 41 nömrəli Protokola və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 15 may 2019-cu il tarixli müqaviləyə əsasən X4 məxsus Qəbələ şəhəri, 28 May küçəsində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi alıcı "xxxx" Kommersiya Bankı ASC-nin balansına keçmiş, bu barədə "xxxx" Kommersiya Bankı ASC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********18-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, ünvan 1 ünvanında yeləşən ümumi sahəsi 105.50 kv.m olan fərdi yaşayış evi və 0,07 ha yaşayış məntəqələri torpaqları "xxxx" KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən "xxxx" KB ASC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evində Cavabdeh3, X7 və Cavabdeh1 faktiki olaraq yaşayırlar. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" KB ASC-nə ünvanlanmış 05 iyun 2024-cü il tarixli məktubda və məktuba əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindn verilmiş 29 may 2024-cü il tarixli arayışda göstərilmişdir ki, Qəbələ şəhər sakini X3 ailə tərkibi həyat yoldaşı Cavabdeh3, X6, Cavabdeh2 və Cavabdeh1 ibarətdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehlərin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mübahisədə adı keçən evi ipoteka yüklülüyü ilə təmin edilən kredit müqaviləsi üzrə tələbin yönəldilməsi qaydasında hərrac vasitəsilə almasına istinad edib. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli ev iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır, cavabdehlər isə hazırda da həmin evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur. Beləliklə, hazırki mülki iş üzrə iddiaçının irəli sürdüyü tələbin faktiki halları onun tələbinin qanuni əsası kimi məhz Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Belə ki, qeyd olunan normanın dispozitiv şərtləri ondan ibarətdir ki, tələb edən şəxs əmlakın mülkiyyətçisi olmalı, mülkiyyət hüququ ilə ona məxsus olan əmlak özgəsinin sahibliyində olmalı və bu sahiblik qanunsuz sahiblik kimi mövcud olmalıdır (sahibliyin qanuni əsası olmamalıdır). İndiki halda, iş materiallarına əsasən mübahisə predmeti olan əmlak mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus mənzildə yaşayırlar, mübahisə predmeti olan fərdi yaşayış evi faktiki olaraq cavabdehlərin sahibliyindədir. Lakin həmin sahibliyin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, cavabdehlər həmin fərdi yaşayış evində yaşasalar da, onların mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Başqa sözlə, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında həmin yaşayış sahəsindən istifadə hüququna dair hər hansı notarial təsdiq edilmiş yazılı razılaşmanın olması, bu hüququn qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması və ya digər qanuni əsaslarla sahiblik və istifadə hüququnun yaranması halı aşkar edilməmişdir. Bu halda, mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi qismində iddiaçı çıxış etdiyindən, həmin yaşayış sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması halı aşkar olunduğundan, iddia tələbini təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-755/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-755/2024
17.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver