Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-884/2025 18.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cəmiyyət tərəfindən sığortalanmış “Hyundai H100” markalı **-LM-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Ə.Əliyev küçəsində hərəkətdə olarkən “LondonTaxi TX4” markalı **-TH-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində dəymiş zərərin ödənilməsi üçün verilmiş 200 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Hyundai H100” markalı, ** LM *** dövlət qeydiyyat nişanlıavtomobil xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Ə.Əliyev küçəsiərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “London Taxi TX4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “London Taxi TX4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə200 (iki yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar DİN BPİ DYPB-nin İnzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Hyundai H100” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli PQA********** nömrəli İcbari Sığorta Müqaviləsinə dair məlumata əsasən xx.xx.2018-xx.xx.2019 sığorta müddətində sığortaçı "xxxx" ASC sığortalı “Hyundai H100” markalı **-LM-*** dövlət nömrə nişanlı avtomobilin idarə olunması zamanı sığorta riskləri olduğu təqdirdə əmlaka dəyən zərərə görə 5000,0 manat məbləğinda sığorta təminatı vermişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, CM1000/18 saylı Sığorta Aktına əsasən Hyundai H100” markalı **-LM-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2018-ci il tarixdə “London Taxi TX4” markalı **-TH-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 200,00 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan Bakı şəhər DYPİ-nin TYP 130824 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh AR İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. İşdən görünür ki, 2018-ci il iyulun 19-da Cavabdeh idarə etdiyi “Hyundai H100” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobillə “London Taxi TX4” markalı, **-TH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “London Taxi TX4” markalı, **-TH-*** dövlət nömrə nişanlı avtomobilə 200,00 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinıə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh 200,00 manat və ödənilmiş dövlət rüsumuna görə 30,00 manat tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 200,00 manat və dövlət rüsumuna görə 30,00 manat pul alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-884/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-884/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver