Məhkəmə qərarları › İş №e-2(025)-892/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-892/2024

08.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-892/2024 08.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “daşınmaz əmlak obyektinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “daşınmaz əmlak obyektinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cəmiyyətin mülkiyyətində olan Qəbələ rayonu, Çarxana kəndində yerləşən (**********78-10301 reyestr nömrəli) 0.27 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 340.27 kv.metr olan fərdi yaşayış evindən cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh4 çıxarılaraq vahid daşınmaz əmlak obyektinin boşaldılması və 100 manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X1 izahatında bildirmişdir ki, 2014-cü ildə o, sahibkarlıq məqsədilə "xxxx" KB ASC-dən 98.000 ABŞ dolları məbləğində kredit götürmüş və öhdəliyin təmin olunmasından ötrü ailə üzvlərinin istifadəsində olan Qəbələ rayonu, Çarxana kəndində yerləşən (**********78-10301 reyestr nömrəli) 0.27 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 340.27 kv.metr olan fərdi yaşayış evini ipotekaya qoymuşdur. Həmin kredit hesabına o, Qəbələ rayonu Hacallı kəndindi ərazisində Tikinti materialları mağazası tikmiş, lakin az müddətdən sonra manatın devalivasiya olunması ilə əlaqədar dəyərdən düşməsi səbəbindən tam müflis olduğu üçün krediti ödəyə bilməmiş və tələb ipoteka predmetinə yönəlmişdir. Lakin "xxxx" KB ASC ilə kredit borcunu hissə-hissə ödəməsi barədə razılaşaraq evdən çıxmamış və hər ay 400,0 manat ödəniş etmişdir. "xxxx" KB ASC-nin mülkiyyətinə keçmiş Qəbələ rayonu, Çarxana kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığını və başqa yaşayış sahələri olmadığını nəzərə alıb kredit borcu hissə-hissə ödənilib qurtaranadək möhlət verilməsini xahiş edir. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh4 izahatlarında Cavabdeh2 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi üzərindəki ümumi sahəsi 340.27 kv/m olan fərdi yaşayış evi ilə birlikdə tam mülkiyyət hüququ əsasında "xxxx" KB ASC-nın adına xx.xx.2018-ci il tarixdə **********78-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, "xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonunun Çarxana kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi üzərindəki ümumi sahəsi 340.27 kv/m olan fərdi yaşayış evi ilə birlikdə faktiki surətdə cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 istifadəsindədir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonunun Çarxana kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 340.27 kv/m olan fərdi yaşayış evindən çıxmalı və həmin vahid daşınmaz əmlak obyekti boşaldılaraq cəmiyyətə təhvil verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin: İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Çarxana kəndində yerləşən (**********78-10301 reyestr nömrəli) 0.27 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 340.27 kv.metr olan fərdi yaşayış evindən cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 çıxarılsın və həmin vahid daşınmaz əmlak obyekti boşaldılaraq cəmiyyətə təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada 100,0 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" KB ASC -nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar