Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-90/2025 28.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdeh qarşı “torpaq sahələrindən payların naturada bölünməsi, mümkün olmadıqda kompensasiya verilməklə payın alınması, əmlakın hərracdan satılması” dairmülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi, kompensasiya verilməklə payın alınması, hərracdan satılma) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahələrindən payların naturada bölünməsi, mümkün olmadıqda kompensasiya verilməklə payın alınması, əmlakın hərracdan satılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahələrindən payların naturada bölünməsi, mümkün olmadıqda kompensasiya verilməklə hərracdan satılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, paylı mülkiyyətdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat №li çıxarışla 0,29 ha torpaq sahəsinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat №li çıxarışla 0,91 ha torpaq sahəsinin naturada bölünməsi, mümkün olmadıqda kompensassiya verilməklə payın alınması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması və satış pulunun paylara uyğun şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onlara məxsus olan 0,29 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat №li çıxarışla və xx.xx.2021-ci il tarixli 0,91 ha torpaq sahəsi ********** qeydiyyat №li çıxarışla ½ hissədə onun, İddiaçı, ½ hissədə isə Cavabdeh paylı mülkiyyətindədir (çıxarışlar ərizəyə əlavə olunur). Cavabdeh olan Cavabdeh qanuni olaraq paylı mülkiyyətin ona düşən hissəsində ona maneə yaradır. Həmin torpaq sahəsindən istifadə etməyə icazə vermir. Qeyd edir ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsinə köməklik göstərilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reysestri və X4 şəxsin 9 saylı Ərazi İdarəsnə müraciət etsə də, sözügedən tələbin məhkəmə qaydasında mümkün olduğu bildirilmişdir (Daşınmaz Əmlakın Dövlət Reysestri və X4 şəxsin 9 saylı Ərazi İdarəsinin məktubu qoşmaya əlavə olunur). Bu səbəbdən də, cavabdehlə paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın hərracdan satılması və satış pulunun paylara uyğun şəkildə bölünməsi ilə bağlı Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, təyin edilmiş məhkəmə iclasında digər məhkəmə ilə eyni vaxta düşməsi səbəbindən iştirak edə bilmədiyini qeyd edərək, üzürlü hesab edilməsini xahiş etmişdir. Eyni zamanda hazırlıq iclasında verdiyi izahatının çıxışı kimi qəbul edilməsini, iddia tələbini müdafiə etdiyini, məhkəmədən təmin olunmasını, təyin edilmiş ekspertizanın nəticəsi ilə razı olduğunu, ekspert rəyində 1/2 hissədə paylarının naturada ayrılmasının mümkün olmasının göstərildiyini, qeyd olunanlara əsasən iddia tələbinin həmin hissədə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, onların nikahları pozulandan sonra o, torpaq sahəsini iddiaçıya təklif etsə də, o razılaşmamış, pul istəmişdir. Bundan sonra o, həbs olunmuşdur. Ona görə də hesab edir ki, iddiaçının orda torpaq payı yoxdur. Əgər payı varsa, bölünməsinə etirazı yoxdur. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir və müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Tola kəndində yerləşən 0,29 ha yaşayış məntəqələri torpaqlarından İddiaçı 1/2 və Cavabdeh ½ hissədə payları müəyyən olunmuşdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 201 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Tola kəndində yerləşən 0,91 ha yaşayış məntəqələri torpaqlarından İddiaçı 1/2 və Cavabdeh 1/2 hissədə payları müəyyən olunmuşdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 201 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 04 aprel 2025-ci il tarixli, 3-21-3-42/2-1441/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, faktiki naturada ölçülmüş torpaq sahələrinin hər ikisi cavabdeh tərəfindən istifadə olunur. Həmçinin torpaq sahəsinin üzrəində cavabdehə məxsus fərdi yaşayış evi və qeyri yaşayış tikilisi mövcuddur. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın verilməsinə əsas olmuş JN-116G saylı şəhadətnamədə göstərilmiş 0,91 ha torpaq sahəsindən ½ bölgü normasına uyğun payların naturada ayrılması mümkündür. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın verilməsinə əsas olmuş JN-116F saylı şəhadətnamədə göstərilmiş 0,29 ha torpaq sahəsindən ½ bölgü normasına uyğun payların naturada ayrılması mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/2628/2025 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki,faktiki naturada ölçülmüş torpaq sahələrinin hər ikisi cavabdeh tərəfindən istifadə olunur. Həmçinin torpaq sahəsinin üzrəində cavabdehə məxsus fərdi yaşayış evi və qeyri yaşayış tikilisi mövcuddur. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın verilməsinə əsas olmuş JN-116G saylı şəhadətnamədə göstərilmiş 0,91 ha torpaq sahəsindən ½ bölgü normasına uyğun payların naturada ayrılması mümkündür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07 noyabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, qüvvədə olan qanunvericiliyin tələbinə görə paylı, ümumi birgə mülkiyyətdə olan əmlaka payın naturada ayrılması barədə müvafiq saziş və ya məhkəmə qərarı ilə birlikdə müraciət etməlidir.Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməsi bildirilmişdir. Məhkəmənin təşəbbüsü ilə iş materiallarına əlavə olunmuş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-25 2007-ci il saylı qətnaməsindən (Hakim U.Osmanov) görünür ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası qismən təmin edilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-116G və JN-116F saylı Şəhadətnamələrlə tərəflərin ümumi mülkiyyətinə verilmiş 1,20 (029+0,91) hektar torpaq sahəsi və 3454 saylı X5 20707 №li hesabda cavabdehin adına olan 13000 köhnə Azərbaycan manatı X1 və Cavabdeh arsında bölünməklə payları bərbər hesab edilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən мülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»laa əsasən Qəbələ rayonu, Tola kəndində yerləşən 0,29 ha yaşayış məntəqələri torpaqlarındanİddiaçı 1/2 hissədə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Tola kəndində yerləşən 0,91 ha yaşayış məntəqələri torpaqlarından İddiaçı 1/2 hissədə payı müəyyən olunmuşdur. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçınınvə cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçıya və cavabdehə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis və ekspert rəyləri alınmış və rəylərlə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçının və cavabdehin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən (04 aprel 2025-ci il tarixli, 3-21-3-42/2-1441/2025 nömrəli mütəxəssis rəyi) təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına iddiaçının vəkili və etibarnamə üzrə nümayədəsi və cavabdeh etiraz etməmişlər. Həmçinin iddaçının “torpaq sahəsinin naturada bölünməsi mümkün olmadıqda kompensasiya verilməklə payın alınması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması və satış pulunun paylara uyğun şəkildə bölünməsi” tələbinə aid hissədə məhkəmə qeyd edir ki, verilmiş mütəxəssis və ekspert rəylərindən görünür ki, torpaq sahələrinin naturada bölünməsi mümkündür. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin “torpaq sahələrindən payların naturada bölünməsi mümkün olmadıqda kompensasiya verilməklə hərracdan satılması” hissəsinə münasibət bildirmir. Mütəxəssis və ekspert rəylərindən də görünür ki, hazırki mübahisədə torpaq sahələrinin naturada bölünməsi mümkündür. Həmçinin İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, təyin edilmiş ekspertizanın nəticəsi ilə razı olduğunu, ekspert rəyində 1/2 hissədə paylarının naturada ayrılmasının mümkün olmasının göstərildiyini, qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Buna görə də iddia tələbi “torpaq sahəsinin naturada bölünməsi mümkün olmadıqda kompensasiya verilməklə payın alınması, bu mümkün olmadıqda əmlakın hərracdan satılması və satış pulunun paylara uyğun şəkildə bölünməsi” tələbinə dair hissədə artıq öz mahiyyətini itirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərcləri iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,29 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə;Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,91 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (04 aprel 2025-ci il tarixli, 3-21-3-42/2-1441/2025 nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»laverilmiş 0,29 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə; Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş 0,91 ha torpaq sahəsindən İddiaçı 1/2 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (04 aprel 2025-ciiltarixli, 3-21-3-42/2-1441/2025 nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, DövlətXəzinədarlığıAgentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-90/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-90/2025
28.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver