Məhkəmə qərarları › İş №e-2(025)-91/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-91/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-91/2024 30.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki iş üzrə (Açar sözlər: subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 14 946,45 (on dörd min doqquz yüz qırx altı manat qırx beş qəpik) manat məbləğində vəsaitin, 148,95 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı"xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** OD *** dövlət qeydiyyat nişanlı BMW X-5 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı X16 haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən sığortalı müraciət etmişdir. ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 19946,45 manat (on doqquz min doqquz yüz qırx altı manat, 45 qəpik) məbləğində müəyyən edilmişdir. Zərərçəkmiş sığortalı müəyyən edilmiş zərər məbləği ilə razı olmadığından sığortalı nəqliyyat vasitəsi təmirə yönləndirilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 19946,45 manat (on doqquz min doqquz yüz qırx altı manat, 45 qəpik) (bu ödənişin 16903,77 manatı təmir xərcləri və ehtiyat hissələrini, 3042,68 manat hissəsi isə ƏDV təşkil edir) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC olduğundan 5000,00 (beş min) manat icbari sığorta ödənişi zərər məbləğindən çıxılmışdır. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 14 946,45 (on dörd min doqquz yüz qırx altı manat qırx beş qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərdi ki, xx.xx.2021-ci il tarixində Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi ** OD *** dövlət qeydiyyat nişanlı BMW X-5 markalı avtonəqliyyat vasitəsi ilə ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı onun icbari sığortası "xxxx" ASC olduğundan qarşı tərəfə 5000 manat icbari sığorta ödənişi etmişdir. Lakin "xxxx" ASC tərəfindən Cavabdeh əsassız olaraq 14 946,45 manat subroqasiya hüququ əsasında pul tələb olunur. Ümumiyyətlə, yol-nəqliyyat hadisəsi zamanı ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə dəymiş maddi ziyan məbləği sığortalı olduğumdan sığorta şirkətim tərəfindən tam həcmdə ödənilmişdir. ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə 19946,45 manat məbləğində maddi ziyan dəyməsi mümkün deyil, məbləğ bir neçə dəfə şişirdilməklə qeyd edilmiş, reallığı əks etdirmir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sığorta Aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yolda baş vermiş hadisə nəticəsində Cavabdeh tərəfindən idarə olunan ** OD *** dövlət qeydiyyat nişanlı BMW X-5 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 19946,45 (on doqquz min doqquz yüz qırx altı manat qırx beş qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, Cavabdeh tərəfindən törədilmiş “toqquşma” yol-nəqliyyat hadisəsi “BMW 520” minik markalı, **-DO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsinə səbəb olmuşdur. İş materiallarında olan Yasamal rayon DYPS polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* nömrəli “X16 Haqqında” qərardan görünür ki, Cavabdeh İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ƏN-V № etibarnamənin surətindən görünür ki, X1 Cavid Cavanşir oğluna **-OD-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” minik markalı avtomobil idarə etməyi etibar etmişdir. İş materiallarında olan AD seriyalı, 389755 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X2 surətindən görünür ki, ** DO *** dövlət qeydiyyat nişanlı “BMW 520” minik markalı avtomobil X9 məxsusdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ƏN-İV № 728396 nömrəli etibarnamənin surətindən görünür ki, X3 Cahangir Cavanşir oğluna ** DO *** dövlət qeydiyyat nişanlı “BMW 520” minik markalı avtomobil idarə etməyi etibar etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 28 oktyabr 2022-ci il tarixli, 7011/L nömrəli məktubdan görünür ki, cavabdehdən 15 (on beş) təqvim günü ərzində ödənişin həyata keçirilməsi tələbi irəli sürülmüşdür. Ödəniş həyata keçirilmədiyi halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh 18 oktyabr 2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi, X5 məxsus **-OD-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” minik markalı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yolda ** DO *** dövlət qeydiyyat nişanlı “BMW 520” minik markalı avtomobillə toqquşmuş və həmin avtomobillə toqquşduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin hadisə nəticəsində Yasamal rayon DYPS polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* nömrəli “X16 Haqqında” qərarına əsasən Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Həmin hadisə nəticəsində ** DO *** dövlət qeydiyyat nişanlı “BMW 520” minik markalı avtomobilə ziyan dəymişdir. Ona görə də, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində ** DO *** dövlət qeydiyyat nişanlı “BMW 520” minik markalı avtomobilə vurulmuş zərərin əvəzi 19946,45 (on doqquz min doqquz yüz qırx altı manat qırx beş qəpik) manat həcmində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2022ci il tarixli “Sığorta aktı”na əsasən 19946,45 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Həmin məbləğin 16903,77 manatı təmir xərcləri və ehtiyat hissələrini, 3042,68 manat hissəsi isə ƏDV təşkil edir. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC olduğundan 5000,00 (beş min) manat icbari sığorta ödənişi zərər məbləğindən çıxılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən tələb edilən 3042,68 manat ƏDV ilə bağlı hissədə əsassız olduğundan təmin edilməməlidir. Buna əsasən məhkəmə, cavabdehdən 11903,77 manat (14946,45-3042,68) pulun Cavabdeh iddiaçının xeyirinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 125,71 (bir yüz iyirmi beş manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11903,77 (on bir min doqquz yüz üç manat yetmiş yeddi qəpik) manat sığorta ödənişi məbləği və ödənilmiş 125,71 (bir yüz iyirmi beş manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11903,77 (on bir min doqquz yüz üç manat yetmiş yeddi qəpik) manat sığorta ödənişi məbləği və ödənilmiş 125,71 (bir yüz iyirmi beş manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar