Məhkəmə qərarları › İş №e-2(025)-970/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-970/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-970/2024 03.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq 3215,0 manat sığorta ödənişi məbləği və 52,15 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Cavabdeh2 ona məxsus olan «Ford» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx.xx.2018-ci il tarixdə, saat 23:30 radələrində Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində hərəkətdə olarkən “BMW” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobillə toquşma ilə nəticələn yol nəqliyyat hadisəsi onun təqsirindən baş verməmişdir. Həmin yol nəqliyyat hadisəsində zədələnmiş “BMW” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilən məbləğ dəymiş zərərdən bir neçə dəfə artıq olmuşdur. İddiaçı Sığorta Şirkəti ASC-nin tələb hüququ iddia müddətinin keçməsi ilə əlaqədar itirilmişdir. Ona görə də, iddia tələbini əsassız hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Qəbələ rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 3(025)-400/2018 saylı qərarının surətinə əsasən Cavabdeh1 etibarnaməsi olmadan Cavabdeh2 ona məxsus olan «Ford» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə edərək xx.xx.2018-ci il tarixdə, saat 23:30 radələrində Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edib “BMW” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobillə toquşma ilə nəticələn yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətinə cəlb edilmişdir. İşdə olan sentyabr 2018-ci il tarixli Qiymətləndirilməi barədə Hesabatın surətinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər cəmi 3215,0 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli 055643 nömrəli Sığorta Aktının surətinə əsasən PAT ********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2018-xx.xx.2019 sığorta müddətində sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış «Ford» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2018-ci il tarixdə, saat 23:30 radələrində Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində baş vermiş sığorta hadisəsində “BMW” markalı ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar dəymiş zərər 3215,0 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 3215,0 manat təşkil etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli 10113 nömrəli Ödəniş tarşırığının surətinə əsasən İddiaçı Sığorta Şirkəti xx.xx.2018-ci il tarixli 055643 Sığorta Aktına əsasən X1 3215,0 manat ödəmişdir. İşdə olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən «Ford» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İşdə olan ƏN Vİİ 185419 nömrəli Eetibarnamənin surətinə əsasən «Ford» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh2 etibarnaməli idarəetməsinə verilmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qnunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 373.1-ci maddasinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3215,0 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 52,15 manat alınıb İddiaçı Sığorta Şirkəti ASC-ə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3215,0 (üç min iki yüz on beş) manat sığorta ödənişi və 52,15 (əlli iki) manat dövlət rüsumu tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar