Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-988/2025 12.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı2, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********51, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən Qəbələ şəhəri, H.Əliyev prospekti, giriş 329 ünvanındakı 0.07 ha torpaq sahəsindən onlara düşən 1/3 hissə birlikdə (adıma olan köhnə fərdi Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: yaşayış evi və digər tikililərin altındakı torpaq sahəsi bizə verilməklə) olmaqla naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X4 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Mənzil Kommunal- Təsərrüfat Nazirliyinin Qutqaşen rayon şöbəsinin xx.xx.1986-cı ildə tərtib etdiyi 1254 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportu”na əsasən ona İddiaçı2 məxsus Qutqaşen (indiki Qəbələ) şəhəri, İ.B.Qutqaşenli küçəsində yerləşən 700 kv.m torpaq sahəsi və 132,6 kv.m ümumi sahəsi olan 1985-ci ildə tikilmiş fərdi yaşayış evi qeydiyyata alınmışdır. Hal-hazırda da sənəddə qeyd olunan fərdi yaşayış onların istifadəsindədir. Eyni zamanda Texniki Pasport əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ Rayon Ərazi İdarəsi tərəfindən Qəbələ şəhəri, İ.B.Qutqaşenli küçəsi, ev 56-da yerləşən 0.07 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi və digər tikililərə onun, yəni İddiaçı2 adına reyestr nömrəsi **********51-10301 olan xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportu da verilmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 2001-ci il tarixli, 03 saylı qərarı ilə 3 nəfər ailə üzvü olaraq onlara Qəbələ şəhəri, İ.B.Qutqaşenli küçəsi,ev 56 ünvanındakı fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrufatının bağı təyinatlı 0.07 ha torpaq sahəsinə görə JN-897F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(116)-933/2024 saylı qərarına əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rayestrindən Qəbələ şəhəri, H.Əliyev prospekti, giriş 329 ünvanındakı 0.07 ha torpaq sahəsində 1/3 hissə İddiaçı2,1/3 hissə İddiaçı1 və 1/3 hissə Cavabdeh ümumi birgə mülkiyyət hüququ əsasında reyestr nömrəsi **********51, qeydiyyat nömrəsi ********** olan xx.xx.2024-cü il tarixli Çıxarış və Torpaq sahəsinin plan və ölçüsü sənədi verilmişdir. Hazırda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindəki yuxarıda adları göstərilən hər birinə düşən hissə müəyyən edildiyindən torpaq sahəsinin onlara düşən hissəsinin naturada ayrılmasını istəyirlər. Lakin bölgüdə narazılıq olduğundan həmin torpaq sahəsini könüllü olaraq bölə bilmirlər. Eyni zamanda qeyd etmək istəyir ki, çıxarışda qeyd olunan torpaq sahəsində 2 fərdi yaşayış evi vardır: biri yeni tikili, digəri isə köhnə tikili olmaqla. Yeni tikilmiş fərdi yaşayış evi Cavabdeh tərəfindən inşa olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli Çıxarışdakı 0.07 ha torpaq sahəsindən bizə düşən payların naturada ayrılmasını xahiş etmişlər, müvafiq olaraq 21 aprel 2025-ci il tarixli 3-21-3-42/2-Ə-00xx-xx/2025 saylı məktubu ilə mülkiyyətçilər arasında razılaşma olmadığından, tərəflər arasında olan saziş və ya məhkəmə qərarına əsasən qeydiyyat orqanına müraciət edə bilməyi izah olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, verilmiş mütəxəssis və ekspert rəylərinə uyğun olaraq payının naturada ayrılmasını, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh mütəxəssis və eskpert rəyləri ilə razı olduğunu bildirmişdir. Üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh və üçüncü şəxs X1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçıların vəkili və etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi Yeni Qaydalarla: AZ 3600, Qəbələ rayonu, Qəbələ şəhəri, Heydər Əliyev prospekti, giriş 329 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqlarından İddiaçı2, İddiaçı1 və Cavabdeh ½ hissədə payları müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, **********51-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqhı, 93 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 108 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməтi yanında Qəbələ Rayon Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvan 4 ünvanında yerləşən **********51-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 18 sentyabr 2025-ci il tarixli, 3-21-3-42/2-4574/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı2 və İddiaçı1 cavabdeh miraslanov Zaur Feyruz oğlunun ümumi paylı mülkiyyətlərində olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a Qəbələ şəhəri, Heydər Əliyev prospekti, giriş 329 ünvanında yerləşən 0,07 hektar torpaq sahəsinin qərarda göstərilmiş pay normasına uyğun naturda bölünməsi mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2025-ci il № 3-16-16/2-10/6710/2025 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi Yeni Qaydalarla: AZ 3600, Qəbələ rayonu, Qəbələ şəhəri, Heydər Əliyev prospekti, giriş 329 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqlarından İddiaçı2 və İddiaçı1 çıxarışda göstərilmiş paylarının mülki iş materiallarına əlavə edilmiş bölgü sxemlərinə uyğun bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış 21 aprel 2025-ci il tarixli məktubda göstərilmişdir ki, üüvvədə olan qanunvericiliyin tələblərinə görə paylı, ümumi birgə mülkiyyətdə olan əmlaka payın ayrılması barədə müvafiq saziş və ya məhkəmə qərarı ilə birlikdə qeydiyyat orqanına müraciət etməlidir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razıləğa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməsi bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəyə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi Yeni Qaydalarla: AZ 3600, Qəbələ rayonu, Qəbələ şəhəri, Heydər Əliyev prospekti, giriş 329 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqlarından İddiaçı2, İddiaçı1 və Cavabdeh 1/3 hissədə payları müəyyən olunmuşdur. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçılara və cavabdehə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis və ekspert rəyləri alınmış və rəylərlə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçıların və cavabdehin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərci iddiaçılara aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Məhkəmə tərəflərin izahatlarına, təqdim etdiyi sübutlara, eləcədə mütəxəssis rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş ələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi Yeni Qaydalarla: AZ 3600, Qəbələ rayonu, Qəbələ şəhəri, Heydər Əliyev prospekti, giriş 329 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin 1/3 hissədə payları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (18 sentyabr 2025-ci il tarixli, 3-21-3-42/2-4574/2025 nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi Yeni Qaydalarla: AZ 3600, Qəbələ rayonu, Qəbələ şəhəri, Heydər Əliyev prospekti, giriş 329 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin 1/3 hissədə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş (18 sentyabr 2025-ci il tarixli, 3-21-3- 42/2-4574/2025 nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-988/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-988/2025
12.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver