Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-14/2021 23.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi X3 və Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 qızının iştirakı ilə iştirakı ilə İddiaçı cavabdeh X8 qarşı 21 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına yatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə ondan hər ay tutulması müəyyən edilmiş 154 manat alimentin məbləği azaldılaraq hər ay üçün 50 manat tutulması müəyyən edilməsi, 05 iyun 2016-cı ildə təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə ondan hər ay tutulması müəyyən edilmiş 154 manat alimenti ödəməkdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı 21 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına yatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə ondan hər ay tutulması müəyyən edilmiş 154 manat alimentin məbləği azaldılaraq hər ay üçün 50 manat tutulması müəyyən edilməsi, 05 iyun 2016-cı ildə təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə ondan hər ay tutulması müəyyən edilmiş 154 manat alimenti ödəməkdən azad edilməsi tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı vəkili və nümayəndəsi X3 izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh 24 may 2017-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını 1299 nömrə ilə qeyd etdirməklə evlənmişlər. Onların bu nikahdan 05 iyun 2016-cı ildə Kənan, 21 iyul 2017-ci ildə Sinan adlı uşaqları anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, 14 may 2019-cu il tarixdən başlayaraq 05 iyun 2016-cı il təvəllüdlü Kənan və 21 iyul 2017-ci il təvəllüdlü Sinanın yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tərəflərin 05 iyun 2016-cı il təvəllüdlü oğlu Kənan nikahın pozulmasından əvvəl olduğu kimi hələ də atası Bahadurun yanında, ünvan 1 ünvanında yaşayır və Kənanın bütün ehtiyaclarını atası Bahadur ödəyir. Bundan başqa 158 manat da aliment ödəyir. Təyin olunmuş alimentin miqdarı çox olduğundan Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə 21 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına yatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı hər ay tutulması müəyyən edilmiş 154 manat alimentin məbləği azaldılaraq hər ay üçün 50 manat tutulması müəyyən edilməsi və 05 iyun 2016-cı ildə təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı hər ay tutulması müəyyən edilmiş 154 manat alimenti ödəməkdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(012)-2657/19 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. 05 iyun 2016-cı il təvəllüdlü Kənan və 21 iyul 2017-ci il təvəllüdlü Sinanın yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Oğlu Kənan anasının yanından qaçaraq onun yanına gəlmiş və anasının yanına getmək istəmir. Tünzalə başqa adamla evlənib, istəmir uşaqları başqa atanın himayəsində qalsın. Uşaqlarına özü baxmaq istəyir, uşaqlarının hər ikisinin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında Qobustan rayon İHB-nin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 Rayon Məhkəməsinin qərardadı əsasında Qəyyumluq və Himayəçilik Komissiyasının verdiyi rəyi müdafiə edərək izahatında göstərdi ki, X9 atasının yanında olsa da, Kənan azyaşlı olduğu üçün ana qayğısına ehtiyacı vardır. Ona görə də Kənanın anası Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarına olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə İddiaçı arasında 24 may 2017-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1299 nömrəli nikah pozulması, 21 iyul 2017-ci il təvəllüdlü X10 və 05 iyun 2016-cı ildə təvəllüdlü X6 anaları Cavabdeh yanında qalmaları, 21 iyul 2017-ci il təvəllüdlü X10 və 05 iyun 2016-cı ildə təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa 154 manat sabit tul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 avqust 2020-ci il tarixli AZ-İ seriyalı 142592 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 05 iyun 2016-cı il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Zahidova Tünzalə Mahir qızıdır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 avqust 2020-ci il tarixli AZ-T seriyalı 142591 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 21 iyul 2017-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Zahidova Tünzalə Mahir qızıdır. Müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 24 may 2017-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1299 nömrəli nikah pozulmuş, nikah pozularkən onların birgə nikahlarından 21 iyul 2017-ci il tarixdə anadan olmuş övladları X10 və 05 iyun 2016-cı ildə anadan olmuş övladları X6 anaları Cavabdeh yanında qalmaları, 21 iyul 2017-ci il təvəllüdlü X10 və 05 iyun 2016-cı ildə təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa 154 manat sabit tul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Qobustan Rayonu icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 06 avqust 2021-ci il tarixli 3/270 saylı rəyində göstərilir ki, İddiaçı Cavabdeh qarşı 05 iyun 2016-cı il təvəllüdlü X6 ona verilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsi tərəfindən 21 iyul 2017-ci il təvəllüdlü X10 və 05 iyun 2016-cı il təvəllüdlü X6 valideynlərin hansı birinin yanında qalmasının onların mənafeyinə uyğun olması haqqında rəy verilməsi üçün iş rayon icra hakimiyyətinə göndərilmişdir. 19 aprel 2021-ci il tarixdə komissiyanın iclası keçirilmiş, İddiaçı Əlmehrab oğlu boşandıqdan bir neçə gün sonra oğlu Zahidov Kənanın onun yanına qaçıb gəldiyini, o vaxtdan da onun yanında qaldığını bildirmişdir. Bundan sonra da Kənanın onun yanında, himayəsində qalmağını xahiş etmiş, anasının oğluna qulluq etdiyini, ona baxdığını bildirmişdir. Ana Cavabdeh telefon vasitəsilə bir neçə dəfə əlaqə saxlamış, ailə həyatı qurduğunu, hazırda hamilə olduğunu, yol gələ bilmədiyini, Zahidov Sinanın onun yanında olduğunu, Zahidov Kənanın da ona verilməsini xahiş etmişdir. Oğlu Sinanın 4 yaşı, Kənanın 5 yaşı olduğunu, ana qayğısına, ana nəvazişinə ehtiyacı olduqlarını, övladlarının onun yanında qalmasını xahiş etmişdir. Özü gələ bilməsə də Cavabdeh əri X14 17 may 2021-ci il tarixdə komissiyanın növbəti iclasına gəlmiş, izahatında 06 may 2020-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olduğunu bildirmişdir. Hazırda Sinanın onlarla birlikdə, qayğı ilə əhatə olunmuş sağlam ailə mühitində yaşadığını, böyüyüb tərbiyələndiyini, həmçinin Kənanın da onlarla, anası qardaşı ilə birlikdə böyüməsi üçün atadan alınıb anaya verilməsini xahiş etmiş, uşaqların bütün maddi və mənəvi ehtiyaclarını ödəyəcəyini bildirmişdir. Uşaqlar azyaşlı olduğu üçün onların fikrini öyrənmək mümkün olmamışdır. Komissiya müəyyən etmişdir ki, Cavabdeh qayğıkeş anadır, analıq vəzifəsini yerinə yetirmək qabiliyyətindədir. Cavabdeh uşaqların saxlanılması, onların müalicəsinin təmin edilməsi, təhsil almaları və tərbiyələnməsi qayğısına qalmağı, onların hüquq və mənafelərini qorumağı öhdəsinə götürmüşdür. İddiaçı yaşadığı evə baxış keçirilən zaman 24 may 2021-ci ildə tərtib olunmuş akta əsasən onun maddi məişət şəraitinin yaxşı olduğu müəyyən olunmuşdur. Cavabdeh yaşadığı evə baxış keçirilən zaman 13 iyul 2021-ci ildə tərtib olunmuş akta əsasən mənzil şəraitinin yaxşı olduğu müəyyən olunmuşdur. 28 mart 2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Qobustan rayonu İcra hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası 21 iyul 2017-ci il təvəllüdlü X10 və 05 iyun 2016-cı il təvəllüdlü X6 ana Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab edir. Həmçinin komissiya uşaqların ananın yanında qalmasının onların mənafeyinə tam uyğun olması haqqında qənaətə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinin mənasına görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin İddiaçı aliment tutulmasına dair 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnamə çıxarıldıqdan sonra onun ailə vəziyyətində hər-hansı bir dəyişiklik olmasına dair heç bir sübut məhkəməyə təqdim olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə tutulan alimentin uşaqların saxlanılması üçün yetərli olduğunu, uşaqların mənafeyini, aliment azaldılacağı təqdirdə uşaqların maddi vəziyyətinə təsir edəcəyini, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmamasını nəzərə alaraq alimentin azaldılmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin materiallarına, iddiaçının vəkilinin və maraqlı şəxsin izahatını hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X8 qarşı 21 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına yatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə ondan hər ay tutulması müəyyən edilmiş 154 manat alimentin məbləği azaldılaraq hər ay üçün 50 manat tutulması müəyyən edilməsi, 05 iyun 2016-cı ildə təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə ondan hər ay tutulması müəyyən edilmiş 154 manat alimenti ödəməkdən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı İddiaçı cavabdeh X8 qarşı 21 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına yatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə ondan hər ay tutulması müəyyən edilmiş 154 manat alimentin məbləği azaldılaraq hər ay üçün 50 manat tutulması müəyyən edilməsi, 05 iyun 2016-cı ildə təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2657/19 saylı 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə ondan hər ay tutulması müəyyən edilmiş 154 manat alimenti ödəməkdən azad edilməsi tələbinə dair iddia əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-14/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-14/2021
23.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver