Məhkəmə qərarları › İş №e-2(026)-161/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-161/2023

14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-161/2023 14.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Cavabdeh ilə arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 18 iyul 2021-ci il tarixində № KT114 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş keçinin və 2 (iki) baş təkənin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 Cavabdeh ilə arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 18 iyul 2021-ci il tarixində № KT114 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş keçinin və 2 (iki) baş təkənin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 nümayəndəsi X10 iddianı müdafiə edərək izahatında göstərdi ki, özünü məşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN:xxxxxxx) ilə ilkin olaraq təlim keçirilmiş, təlimdə onun hüquq və vəzifələri veriləcək heyvanlara qulluq etmə, bir il bitməmiş heyvanların olmadığı təqdirdə məsuliyyəti izah olunmuş, heyvanlar öldükdə ölüm haqqında baytar həkimin aktı, ölmüş heyvanın bırkası göstərilməklə fotoşəkilinin çəkilməsinin vacib olduğu başa salınmışdır. Onunla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 8 saylı Mərkəzi Məşğulluq filialı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 18 iyul 2021-ci il tarixində №KT114 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “keçicilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 10973 10972 10726 10993 10606 10749 10750 10960 10909 ********** 11840 10760 10731 10964 3827 10947 11889 10959 10958 10961 10737 birka nömrəli 20 (iyirmi) baş keçi, 2 (iki ) baş təkə və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 18 iyul 2021ci il tarixində №KT114 nömrəli müqavilə ilə vətəndaş Cavabdeh “keçicilik təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin Özünü məşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünü məşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilməsi üçün 01 aprel 2022-ci il tarixdə Cavabdeh yaşadığı Cəmcəmli kəndinə gəlmiş, cavabdeh Bakı-Quba yolunda işlədiyini bildirərək baxışa şərait yaratmamışdır. 2022-ci il 17 oktyabr tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “keçicilik təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 10973 10972 10726 10993 10606 10749 10750 10960 10909 ********** 11840 10760 10731 10964 3827 10947 11889 10959 10958 10961 10737 birka nömrəli 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci il 28 dekabr tarixli **********0 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Ona görə də Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 20 (iyirmi ) baş keçinin və 2 (iki) baş təkənin natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 tərəfindən özünü məşğulluq proqramı çərçivəsində onunla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 8 saylı Mərkəzi Məşğulluq filialı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 18 iyul 2021-ci il tarixində №KT114 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən ona “keçicilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, 20 baş keçi, 2 baş təkə və biraz da qarışıq yem verilmişdir. Həmin heyvanların 9 başı çəpiş, 11 başı isə 2 yaşdan yuxarı keçi olmuşdur. Təhvil-təslim aktında keçilərin ili qeyd edilmişdir. Heyvanları qəbul etdikdən sonra heyvanların xəstə olduğunu görüb 30 manat verərək baytar həkim aparmış, lakin işsiz olduğu üçün sonradan xəstə heyvanlara baxmaq üçün baytar həkim aparmağa imkanı olmamışdır. 2022-ci ilin aprel ayında o, həqiqətən bakı-Quba yolunda işdə olmuşdur. Ona görə də monitorinq keçirilməmişdir. Götürdüyü keçilərdən 15 başı ayrı-ayrı vaxtlarda xəstəlikdən ölüşdür. Lakin bilmədiyindən həmin heyvanların ölümünü baytar həkin vasitəsi ilə sənədləşdirməmişdir. Qalan 7 baş keçini isə sataraq nisyə aldığı yem borcunun əvəzinə vermişdir. X2 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 müdiri vəzifəsində işləyir. Özünü məşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 8 saylı Mərkəzi Məşğulluq filialı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 18 iyul 2021-ci il tarixində №KT114 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “keçicilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 10973 10972 10726 10993 10606 10749 10750 10960 10909 ********** 11840 10760 10731 10964 3827 10947 11889 10959 10958 10961 10737 birka nömrəli 20 (iyirmi) baş keçi, 2 (iki ) baş təkə və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünü məşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünü məşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə əlaqədar X13 ilə birlikdə 01 aprel 2022-ci il tarixdə cavabdehin yaşadığı Cəmcəmli kəndinə gəlmiş, lakin Hafizin həyat yoldaşı qapını onların üzünə açmamış və heyvanların yoxlanılmasına imkan verməmişdir. Hafizə Babaşov zəng etmiş, Hafiz də onlara Bakı-Quba yolunda işdə olduğunu onlara demişdir. İkinci dəfə 17 oktyabr 2022-ci il tarixdə yekun monitorinq keçirmək üçün Hafizə Babaşovun evinə getmiş, Hafiz baxış zamanı heyvanlardan 15 başının öldüyünü, 7 başını isə 2022-ci ilin avqust ayında satdığını demişdir. Lakin heyvanların ölməsi barədə baytar həkimin aktını, ölmüş heyvanların fotoşəkilin təqdim etməmişdir. X3 01 aprel 2022-ci il tarixdə yekun monitorinqdə iştirak etdiyini bildirərək X2nun ifadəsinə oxşar ifadə verdi. Şahid Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 əməkdaşı X18 izahat verərək göstərdi ki, özünü məşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və bu məqsədlə də 17 oktyabr 2022-ci il tarixdə Cavabdeh verilən heyvanlara baxış keçirilməsi üçün Hafizin həyətinə gəlmişlər. Cavabdeh iştirakı ilə Qobustan rayonunun Cəmcəmli kəndindəki ünvanında özünü məşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılmış və nəticədə 20 baş keçi və 2 baş təkə aşkar edilməmişdir. Cavabdeh ona verilən keçilərindən 15 başının öldüyünü, 7 başını isə 2022-ci ilin avqust ayında satdığını demişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, şahidlərin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 8 saylı Mərkəzi Məşğulluq filialının “Özünü məşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair18 iyul 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 8 saylı Mərkəzi Məşğulluq mərkəzinin əməkdaşı tərəfindən özünü məşğulluğa cəlb olunmuş şəxs Cavabdeh 20 baş keçi, 2 baş təkə və 400 kiloqram yem təhvil verilmişdir. X6 İdarə Heyətinin 17 oktyabr 2022-ci il tarixli özünüməşğulluqa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Dağlıq X14 filialının əməkdaşı X12, X18 özünü məşğulluğa cəlb olunmuş Cavabdeh Qobustan rayonunun Cəmcəmli kəndindəki ünvanında özünü məşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi aparılmış və nəticədə 20 baş keçi və 2 baş təkə aşkar edilməmişdir. Cavabdeh heyvanlardan 15 başının öldüyünü, 7 başını isə 2022-ci ilin avqust ayında satdığını demişdir. Özünü məşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitoriqin 01 aprel 2022-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X1 filialının əməkdaşları X12, X13 və özünü məşğulluğa cəlb olunmuş Cavabdeh iştirakı ilə Qobustan rayonunun Cəmcəmli kəndindəki ünvanında özünü məşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılmış və nəticədə 20 baş keçi və 2 baş təkə aşkar edilməmişdir. Özünü məşğulluğa kömək göstərilməsinə dair 18 iyul 2021-ci il tarixli KT 114 saylı müqavilədən görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə bəmin əmlakı Mərkəzə qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq Mərkəzin təqdim etdiyi X6 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Bu müqavilənin 4.1-ci bəndində göstərilən əmlakın dəyəri (bazar qiyməti) Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş Əmlaka bu Müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin Əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. Müəyyən olundu ki, özünü məşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 8 saylı Mərkəzi Məşğulluq filialı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 18 iyul 2021-ci il tarixində №KT114 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “keçicilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 10973 10972 10726 10993 10606 10749 10750 10960 10909 ********** 11840 10760 10731 10964 3827 10947 11889 10959 10958 10961 10737 birka nömrəli 20 (iyirmi) baş keçi, 2 (iki ) baş təkə və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Lakin X6 İdarə Heyətinin əməkdaşlarının keçirdiyi monitorinq zamanı heyvanlar aşkar olunmamışdır. Cavabdeh tərəfindən heyvanların ölümü barədə heç bir sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə əsasən seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində 1 (bir) il monitorinqi aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və istinad olunan hallara əsasən məhkəmə hesab edir ki, Cavabdeh (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş keçi və 2 (iki) baş təkə natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4ytarılmalı, Cavabdeh 100 manat dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş keçi və 2 (iki) baş təkə natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4ytarılsın. Cavabdeh 100 manat dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar