Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-179/2023 06.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı Cavabdeh2 28680 manat əsas borcun, ödənilmiş 177 manat dövlət rüsumunun və Cavabdeh1 4407 manat pulun, ödənilmiş 65 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı Cavabdeh2 28680 manat əsas borcun, ödənilmiş 177 manat dövlət rüsumunun və Cavabdeh1 4407 manat pulun, ödənilmiş 65 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək yaranmış vəziyyətlə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin geri qaytarılmasına və baxılmamış saxlanılmasın etirazı olmadığını bildirdilər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı Cavabdeh2 28680 manat əsas borcun, ödənilmiş 177 manat dövlət rüsumunun və Cavabdeh1 4407 manat pulun, ödənilmiş 65 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın və mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-179/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-179/2023
06.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver