Məhkəmə qərarları › İş №e-2(026)-180/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-180/2023

06.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-180/2023 06.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı Cavabdeh2 3000 manat əsas borcun, ödənilmiş 50 manat dövlət rüsumunun, Cavabdeh3 8500 manat pulun, ödənilmiş 105 manat dövlət rüsumunun, Cavabdeh1 23500 manat əsas borcun, ödənilmiş 161 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı Cavabdeh2 3000 manat əsas borcun, ödənilmiş 50 manat dövlət rüsumunun, Cavabdeh3 8500 manat pulun, ödənilmiş 105 manat dövlət rüsumunun, Cavabdeh1 23500 manat əsas borcun, ödənilmiş 161 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək yaranmış vəziyyətlə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddia ərizəsinin geri qaytarılmasına və baxılmamış saxlanılmasına etirazı olmadığını bildirdilər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı Cavabdeh2 3000 manat əsas borcun, ödənilmiş 50 manat dövlət rüsumunun, Cavabdeh3 8500 manat pulun, ödənilmiş 105 manat dövlət rüsumunun, Cavabdeh1 23500 manat əsas borcun, ödənilmiş 161 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın və mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar