Məhkəmə qərarları › İş №e-2(026)-193/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-193/2021

24.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-193/2021 24.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi X1, üçüncü şəxslər Qobustan rayon bələdiyyəsinin sədri X12 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Qobustan rayon bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı Cavabdeh adına olan ******* saylı RX seriyalı 03 aprel 2015-ci il tarixli və ******* saylı RX seriyalı 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Qobustan rayon bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı Cavabdeh adına olan ******* saylı RX seriyalı 03 aprel 2015-ci il tarixli və ******* saylı RX seriyalı 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Qobustan rayon Nərimankənd bələdiyyəsinin 05 may 2005-ci il tarixli, 05 saylı qərarının və bu qərar əsasında verilmiş Qobustan bələdiyyəsinin 04 iyun 2012-ci il tarixli çıxarışın, Qobustan bələdiyyəsinin 02 iyun 2012-ci il tarixli torpaqların alqı-satqısına dair aktının və Cavabdeh adına verilmiş ******* saylı RX seriyalı 03 aprel 2015-ci il tarixli və ******* saylı RX seriyalı 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarının etibarsız elan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı cavabdeh Cavabdeh ilə birlikdə 02 may 2002-ci il tarixdə X2 Qobustan rayonu Nərimankənd kəndində yerləşən 36,7 kvadrat metr torpaq sahəsində yerləşən 142 saylı yanacaqdoldurma məntəqəsini alqı-satqı müqaviləsi yolu ilə almışlar. Həmin məntəqəyə görə tərəflər yetmiş milyon manat vəsait ödəmişlər. Bunun əsasında Şamaxı Rayonlararası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 08 avqust 2003-cü il tarixdə 143 №li Qeydiyyat Vəsiqəsi verilmişdir. Bundan sonra tərəflər qeyd olunan 142 saylı yanacaqdoldurma məntəqəsini işlətmək üçün Cavabdeh ilə tam ortaqlı "T.E.K.O." firmasını Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirmişlər. Cavabdeh özünü direktor təyin edərək məntəqəni işlətməyə başlamışdır. Cavabdeh hər dəfə bu illər ərzində güya heç bir qazanc əldə etməməsini dəfələrlə İddiaçı bildirmişdir. Müvafiq dövlət orqanlarına müraciətləri nəticəsində cavabdehin qanunsuz şəkildə qeyd olunan məntəqəyə və onun altında yerləşən torpağa dair öz adına çıxarış alması məlum olmuşdur. Hazırki iş üzrə Cavabdeh hələ 2013-cü il tarixdə Sumqayıt İnzibati-İqtisadı məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Qobustan rayon Nərimankənd bələdiyyəsinin 05 may 2005-ci il tarixli qərarı ilə ona satılmış 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona reyestrdən çıxarışın verilməsini xahiş etmiş və iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti vermiş Sumqayıt Apelyasiya Məhkəməsi Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin qərarını dəyişdirmədən saxlamış, daha sonra Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və Ali Məhkəmə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Bunun əsasında Cavabdeh Qobustan şəhəri, Bakı-Quba yolunun 85-ci km yerləşən həmin YDM-nin altındakı 0,20 ha torpağa dair DƏDRX-nin ******* saylı RX seriyalı Çıxarışını 03 aprel 2015-ci il tarixdə almışdır. Daha sonra torpağın üstündəki 34.8 kvadratmetr qeyri-yaşayış binasına 02 noyabr 2017-ci il tarixdə ******* saylı RX seriyalı Çıxarışını öz adına almışdır. Halbuki həmin qeyri-yaşayış sahəsinə dair onların adına qeydiyyat vəsiqəsi vardır. Qeydiyyat Vəsiqəsi olduğu halda yenidən həmin əmlaka dair cavabdehin tək öz adına çıxarışı hansı əsasla alması məlum deyildir. 06 oktyabr 2016-ci il tarixdə Qobustan RİHB-nin memarlıq və tikinti şöbəsinin müdiri, Qobustan bələdiyyəsinin sədri, ƏMDK-nin 16 saylı ərazi şöbəsinin müdirinin, DƏDRX-nin 14 saylı ərazi şöbəsinin müdirinin və Cavabdeh iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş və ASPOS istinad şəbəkəsi vasitəsilə torpaq sahəsinin faktiki kordinatları dəqiqləşdirilmiş və məlum olmuşdur ki, YDM-nin altındakı torpaq sahəsinə DT VƏ XK tərəfindən tərtib olunmuş A401761 saylı plan və ölçüdə qeyd olunan kordinatlar, faktiki kordinatlardan fərqlidir. Haqlı olaraq hələ 10 iyul 2013-cü il tarixdə Sumqayıt İnzibati-İqtisadi məhkəməsində iclasda iştirak etmiş DƏDRX-in Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, Bakı-Qazax yolunun 85-ci km-də yerləşən YDM-nin tikintisinə 0,20 ha torpaq sahəsi 53 saylı Qobustan rayon X9 30 sentyabr 1994-cü il Qərarı ilə ayrılmış və həmin məntəqə Bakı Neft Bazasının balansında olmuşdur. YDM dövlət mülkiyyətində olması ƏMDK tərəfindən özəlləşdirilən əmlakların siyahısına daxil edilmiş və 15 aprel 2002-ci il tarixdə X6 tərəfindən özəlləşdirilmişdir. 02 may 2002-ci il tarixdə isə alqı-satqı yolu ilə onunla Cavabdeh tərəfindən alınmışdır. Torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi zamanı 142 saylı YDM-nin faktiki istifadəsində olan 0,28 ha torpaq sahəsi Dövlət komitəsinə təqdim olunmuş və torpağa 00188332 registr nömrəsi ilə göstərilmiş və hal hazırda həmin torpaq sahəsi elektron baza xəritəsində dövlət mülkiyyəti kimi əks olunmuşdur. Lakin Cavabdeh YDM-nin yerləşdiyi torpaq sahəsini Qobustan rayonu, Nərimankənd Bələdiyyəsindən satın almışdır. Bundan başqa torpaq ayırma sənədləri araşdırılarkən məlum olmuşdur ki, Qobustan Bələdiyyəsi tərəfindən torpaq sahəsinin alqı-satqısına dair sənədləri düzgün tərtib edilməmişdir. Sənədlərin tarixlərində və məzmunlarında ziddiyyətlər vardır. Belə ki, Qobustan rayonu Nərimankənd bələdiyyəsinin Mərəzə bələdiyyəsi ilə 2008-ci il tarixdə birləşməsi nəticəsində Qobustan bələdiyyəsinin yaranmasına baxmayaraq Nərimankənd bələdiyyəsinin 05 may 2005-ci il tarixli 05 saylı Qərarından çıxarışına Qobustan bələdiyyəsinin möhürü vurulmuşdur. Bələdiyyə torpaqlarının ayrılmasına dair qərar DT VƏ XK-nin yerli qurumlarının hazırladığı müvafiq sənədlər əsasında verilir. Torpağın ayrılmasına dair rəy Cavabdeh DT VƏ XK-nin Qobustan rayon Şöbəsi tərəfindən bələdiyyə qərarından 7 il sonra 04 iyun 2012-ci ıl tarixdə verilmişdir. Ona görə də, DƏDRX-in Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X5 iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə əsassız olaraq dövlətə məxsus olan torpağa dair çıxarışın verilməsi tələbinə dair Cavabdeh iddiasını təmin etmişdir. Halbuki, DƏDRXin Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X5 iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə əsassız olaraq dövlətə məxsus olan torpağa dair çıxarışın verilməsi tələbinə dair Cavabdeh iddiasını təmin etmişdir. Halbuki, DƏDRX-in Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X3 ifadəsində onu da qeyd etmişdir ki, torpağın üzərindəki YDM-nin iki mülkiyyətçisi vardır. Lakin məhkəmələr nədənsə qeyd olunan faktları güya görməmişlər və nəticədə iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh tərəf, Qobustan bələdiyyəsi, DT və XK-nin yerli torpaq şöbəsi əlbir olaraq güya 05 may 2005-ci il tarixli 05 saylı Nərimankənd bələdiyyəsinin Qərarına istinad edərək Qobustan bələdiyyə ərazisində 0.20 ha torpaq sahəsinin satılmasına dair akt qəbul etmişlər və müvafiq rəylər cavabdehin xeyrinə alınmışdır. Hətta DT VƏ XK-nin Qobustan rayon Şöbəsi 04 iyun 2012-ci il tarixli rəyini möhkəmləndirmək üçün güya Cavabdeh YDM-nin altında olan torpaq sahəsindən 1994-cü ildən istifadə etməsini göstərmişdir. Halbuki artıq yuxarıda göstərildiyi kimi həmin YDM-ni tərəflər 2002-ci ildə alqı-satqı müqaviləsi əsasında X2 almışlar. Alqı-satqı tarixinədək başqasının mülkiyyətində olmuş YDM-nin altındakı torpaq sahəsini Cavabdeh necə 1994-cü ildən istifadə etmişdir. Müvafiq sənədləşmələrdə iştirak edən dövlət orqanları qanunsuzluqlara yol vermiş və nəticədə birgə mülkiyyətçilərdən biri İddiaçı hüquqları pozulmuşdur. Ona görə də Qobustan rayon Nərimankənd bələdiyyəsinin 05 may 2005-ci il tarixli, 05 saylı qərarının və bu qərar əsasında verilmiş Qobustan bələdiyyəsinin 04 iyun 2012-ci il tarixli çıxarışın, Qobustan bələdiyyəsinin 02 iyun 2012-ci il tarixli torpaqların alqı-satqısına dair aktının və Cavabdeh adına verilmiş ******* saylı RX seriyalı 03 aprel 2015-ci il tarixli və ******* saylı RX seriyalı 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarının etibarsız elan olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi X4 izahat verərək göstərdi ki, iddia tamamilə əsassızdır. Ona görə ki, mübahisələndirilən torpaq sahəsi ilə Cavabdeh bələdiyyədən aldığı 0,20 ha torpaq sahəsi qonşu mərzlərdə yerləşir və üst-üstə düşmürlər. Hazırda “Lukoil” yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərən 142 saylı YDM-nin həqiqətən Cavabdeh İddiaçılə birgə almış və məntəqədəki tikililərin mülkiyyətinə dair qeydiyyat vəsiqəsi bərabər payda hər ikisinin adına olmuşdur. Məntəqənin yerləşdiyi torpaq sahəsi onların tərəfindən özəlləşdirilməyib, dövlətə məxsus olmuşdur. Cavabdeh 2005-çi ildə Nərimankənd bələdiyyəsindən 0,20 ha torpaq sahəsi alıb, həmin torpaq sahəsi ilə əvvəlki 142 saylı indiki “Lukoil” firmasına məxsus YDM-nin yerləşdiyi torpaq sahəsi ilə qonşu torpaqlardır, yəni üst-üstə düşmürlər. Həmin torpaq sahəsinə mülkiyyətə dair çıxarış almaq üçün DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə müraciətindən imtina olunduğu üçün Cavabdeh çıxarışın verilməsinin həmin idarəyə həvalə olunması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldirmış və iddia tələbi təmin olunmuşdur. 14 saylı Ərazi idarəsinin apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. 2015-ci ildə 14 saylı Ərazi İdarəsindən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarış almışdır. 2017-ci ildə isə həmin torpaqda Talışxan çıxarışın verilməsinin 14 saylı ərazi idarəsinə həvalə olunmasına dair tələbi üzrə çıxarılmış qərarlarla razılaşmadığı üçün 2020-ci ilin fevral ayında Sumqayıt İnzibati Məhkəməsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və onun üçüncü şəxs qismində icraata cəlb edilməklə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli qərarının ləğv edilməsi barədə müraciət etmiş, lakin Cavabdeh vəsatəti birinci və apelyasiya instansiyaları tərəfindən rədd olunmuş, Ali Məhkəmə isə vəsatəti mümkün saymamışdır. Bundan başqa, İddiaçı Bakı Kommersiya Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırmış, lakin iddia təmin olunmamışdır. Eləcə də iddiaçının Elçinin guya dələduzluq yolu ilə 115000 ABŞ dolları pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə Xətai RPŞ-nə verdiyi ərizə üzrə də həmin fakt təsdiq olunmamış və cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş mühəndis-texniki ekspertizasının rəyində və mütəxəssis rəyində Cavabdeh faktiki istifadəsində olan 0,40 ha torpaq sahəsinin 0,20 hektarının dövlət, 0,20 hektarının isə bələdiyyə mülkiyyətinə aid olunduğu təsdiq edilmişdir. Hazırda iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh bələdiyyədən aldığı torpaq sahəsidir və iddiaçıya heç bir aidiyyatı yoxdur. Ona görə də iddianin təmin olunmamasını məhkəmədən xahiş etdi. Qobustan rayon bələdiyyəsinin sədri X12 izahat verərək bildirdi ki, Cavabdeh o vaxt fəaliyyətdə olmuş Nərimankənd bələdiyyəsinə müraciət etmiş, Nərimankənd bələdiyyəsi qərar vermiş, lakin torpağın alqı-satqısı keçirilməmşdir. Cavabdeh Nərimankənd bələdiyyəsi ilə Mərəzə bələdiyyəsi birləşdirildikdən sonra yaranan Qobustan bələdiyyəsinə müraciət edib və mövcud qanunvericiliyə uyğun olaraq torpaq vətəndaşa satılmışdır. Nərimankənd bələdiyyəsinin 2005-ci ildə Cavabdeh ayırdığı torpaq sahəsi bələdiyyə torpağı olmuşdur. Məhkəmə iclasında maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin Qobustan rayon şöbəsinin müdiri X13 izahatında göstərdi ki, Cavabdeh torpağa mülkiyyət hüququna dair çıxarış məhkəmə qərarı əsasında verilib. “Dövlət reyestri haqqında” Qanuna görə məhkəmə qərarı çıxarış verilməsi üçün əsaslardan biridir. Məhkəmə iddiaçının, iddiaçının və cavabdehin nümayəndələrinin, üçüncü şəxslərin izahatlarını dinləyib, işdəki sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 sentyabr 2021-ci il tarixli Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatda göstərilir ki, Cavabdeh vergi ödəyicisidir və onun adına ********** VÖEN vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 sentyabr 2021-ci il tarixli Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatda göstərilir ki, İddiaçı vergi ödəyicisidir və onun adına ********** VÖEN vardır. Beləliklə, müəyyən edildi ki, İddiaçı və Cavabdeh hər ikisi vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Ona görə də həmin işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Cavabdeh, üçüncü şəxslər Qobustan rayon bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı Cavabdeh adına olan ******* saylı RX seriyalı 03 aprel 2015-ci il tarixli və ******* saylı RX seriyalı 02 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Qobustan rayon Nərimankənd bələdiyyəsinin 05 may 2005-ci il tarixli, 05 saylı qərarının və bu qərar əsasında verilmiş Qobustan bələdiyyəsinin 04 iyun 2012-ci il tarixli çıxarışın, Qobustan bələdiyyəsinin 02 iyun 2012-ci il tarixli torpaqların alqı-satqısına dair aktının etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmədə baxılmalı olmadığına görə icraata xitam verilsin. Qərardaddan on gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar