Məhkəmə qərarları › İş №e-2(026)-208/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-208/2024

08.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-208/2024 08.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının Qobustan rayonunun Şıxzahırlı kəndində yerləşən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilmişi, evin boşaldılması və cavabdehin həmin evdən çıxarılaraq evin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatı Qobustan rayonunun Şıxzahırlı kəndində yerləşən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilmişi, evin boşaldılması və cavabdehin həmin evdən çıxarılaraq evin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayon məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(026)-1036/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli çıxarışda əsasən Qobustan rayonu Şıxzahırlı kəndində yerləşən əvvəllər Cavabdeh məxsus fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adına rəsmiləşdirilmişdir. İddiaçı QSC-nin evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdə qeydə alındığı andan keçmiş mülkiyyətçinin həmin evə mülkiyyət hüququ itirilmişdir. Cavabdeh verilmiş kredit vəsaitinin bərpasının təmin edilməsi üçün sözügedən evin müvafiq qaydada alınması zərurəti yaranmışdır. İddiaçı QSC tərəfindən 24 yanvar 2024-cü il tarixli 13-7/2-3-12/168/2024 saylı məktubla Cavabdeh istifadə etdiyini nəzərə alaraq, həmin evin alınması ilkin olaraq ona təklif edilmiş, əks təqdirdə evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi xahiş edilmişdir. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh İddiaçı QSC-in mülkiyyətində olan evi tərk etməmiş və hazırda da həmin evdən istifadə etməkdə davam edir. Qobustan rayonunun Şıxzahırlı kəndində yerləşən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilmişi, evin boşaldılması və cavabdehin həmin evdən çıxarılaraq evin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul edərək izahat verərək göstərdi ki, oğlu Afiq Mirzəliyev İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 2014-cü ildə kredit götürmüş və Qobustan rayonunun Şıxzahırlı kəndində yerləşən ona məxsus evi banka ipotekaya qoymuşdur. Banka olan borcu ödəmədiyinə görə bankın iddiası əsasında Qobustan rayon məhkəməsinin 19 dekabr 2017ci il tarixli 2(026)-1036/2017 saylı qətnaməsi ilə ona məxsus fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adına rəsmiləşdirilmiş və İddiaçı QSC-nin evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdə qeydə alındığı andan onların həmin evə mülkiyyət hüququ itirilmişdir. Evi boşaltmağa razıdır. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, Qobustan rayon məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(026)- 1036/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli çıxarışda əsasən Qobustan rayonu Şıxzahırlı kəndində yerləşən əvvəllər Cavabdeh məxsus fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adına rəsmiləşdirilmişdir. İddiaçı QSC-nin evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdə qeydə alındığı andan keçmiş mülkiyyətçinin həmin evə mülkiyyət hüququ itirilmişdir. Cavabdeh verilmiş kredit vəsaitinin bərpasının təmin edilməsi üçün sözügedən evin müvafiq qaydada alınması zərurəti yaranmışdır. İddiaçı QSC tərəfindən 24 yanvar 2024-cü il tarixli 13-7/2-3-12/168/2024 saylı məktubla Cavabdeh istifadə etdiyini nəzərə alaraq, həmin evin alınması ilkin olaraq ona təklif edilmiş, əks təqdirdə evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi xahiş edilmişdir. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh İddiaçı QSC-in mülkiyyətində olan evi tərk etməmiş və hazırda da həmin evdən istifadə etməkdə davam edir. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(026)-1036/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh X1 28 oktyabr 2014-cü il tarixli 834 saylı 9635 manat əsas borc və 883,98 manat faiz borcu olmaqla, cəmi 10518,98 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Qobustan rayonunun Şıxzərli kəndində yerləşən Cavabdeh məxsus 0,04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və ipoteka predmetinin satışı yolu ilə əldə ediləcək vəsait hesabına cavabdeh X3 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan kredit borcunun ödənilməsi və ipoteka predmetinin qiyməti 18000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinhüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilir ki, Qobustan rayonu Şıxzahırlı kəndində yerləşən 0,04 ha torpaq sahəsi və 106,60 kv.metr yaşayış sahəsi olan daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə İddiaçı QSC-in adına daşınmaz əmlakın dövlət reyestrində 04 may 2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 24 yanvar 2024-cü il tarixli 13-7/2-3-12/168/2024 saylı xəbərdarlıq məktubundan görünür ki, Qobustan rayonu Şıxzahırlı kəndində yerləşən, İddiaçı QSC-in mülkiyyətində olan fərdi yaşayış evinin satılması Cavabdeh təklif edilmiş və əks halda 10 gün müddətində evin boşaldılması bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 203.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qobustan rayonunun Şıxzahırlı kəndində yerləşən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməli, ev boşaldılmalı, cavabdeh həmin evdən çıxarılmalı, ev İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməli və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC-in xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qobustan rayonunun Şıxzahırlı kəndində yerləşən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Ev boşaldılsın. Cavabdeh həmin evdən çıxarılsın, ev İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar