Məhkəmə qərarları › İş №e-2(026)-235/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-235/2022

14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-235/2022 14.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, iddiaçı X1 və onun vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə iddiaçı X1 Cavabdeh qarşı 805 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh 625 manat borc, 150 manat östərdiyi hüquqi yardıma görə vəkilə ödənilən haqq və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 805 manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı X2 və onun vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək cavabdehlə aralarında razılığa gəldiklərini göstərərək iddiadan imtina etdiklərini və mülki işin icraatına xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək cavabdeh X2 ilə aralarında razılığa gəldiklərini göstərərək mülki işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152, 261, 263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh 625 manat borc, 150 manat östərdiyi hüquqi yardıma görə vəkilə ödənilən haqq və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 805 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar